Məhkəmə qərarları › İş №2(102)-4887/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4887/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4887/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" KB ASC-nin Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4887/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Cavabdeh: Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)3668/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" KB ASC və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikay ətləri üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" KB ASC məhkəmədə Cavabdeh qarşı ilk iddia qaldıraraq, sonuncudan əsas borca görə 7.449,6 manat, faiz borcuna görə 877,42 manat, cəmi 8.327,02 manat kredit borcunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə iddiaçı "xxxx" KB ASC qarşı iddia qaldıraraq, sonuncu ilə aralarında bağlanmış 06 noyabr 2014-cü il tarixli kredit xətti müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 oktyabr 2020-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.N.Abbasov) ilk iddia qismən təmin edilərək, Cavabdeh əsas borca görə 4.698,84 manat, faiz borcuna görə 877,42 manat kredit borcunun tutulub iddiaçı "xxxx" KB ASC ödənilməsi qət edilib. Eyni zamanda həmin məhkəmənin 01 oktyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh iddiaçı "xxxx" KB ASC qarşı 06 noyabr 2014-cü il tarixli kredit xətti müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddiası baxılmamış saxlanılıb. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlib. Cavabdeh sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçı "xxxx" KB ASC ödənilməmiş kredit borcu yaranıb. Ona görə də ilk iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 427.3, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı "xxxx" KB ASC apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Mə hkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 77.1, 97.1, 217.3-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" KB ASC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mü lki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı "xxxx" KB ASC kassasiya şikayətini belə əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və ilk iddianı tam təmin etməməklə səhv nəticəyə gəlib. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini belə əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iddianı qismən təmin etməklə səhv nəticəyə gəlib. Kassas iya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsində iddiaçı "xxxx" KB ASC kassasiya şikayətinin təmin edilmədən saxlanılması, özünün kassasiya şikayətinin isə təmin edilməsi xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı "xxxx" KB QSC və vəkili Zaur Osmanov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 442-ci maddəsi nə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci bəndinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqd an sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərinində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Tərəflər kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 06 noyabr 2014-cü il tarixli kredit xətti və bank hesabı haqqında müqaviləyə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh 84 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 7.500 manat kredit verilib. İddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş 14 sentyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən bo rclu Cavabdeh iddiaçı "xxxx" KB ASC ödənilməmiş 7.449,6 manat əsas, 877,42 manat faiz olmaqla, cəmi 8.327,02 manat kredit borcu vardır. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2019-cu il tarixli ekspert rəyinə əsasən, işə əlavə edilmiş hesabdan çıxarış məlumatlarına, habelə 06 noyabr 2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsinin şərtlərinə görə borclu Cavabdeh 14 sentyabr 2018-ci il tarixə (maliyyə arayışının tarixinə) tələbkar "xxxx" KB ASC olan kredit borcu 5.288 manat müəyyən edilir, o cümlədən: əsas borc üzrə 4.124,17 manat, faiz borcu üzrə 1.163,83 manat təşkil edir. Həmin Mərkəzin digər 04 avqust 2020-ci il tarixli ekspert rəyinə görə mülki iş materiallarında olan hesabdan çıxarış məlumatlarına, habelə 06 noyabr 2014-cü il tarixli kredit xətti və bank hesabı müq aviləsinin şərtləri nəzərə alınmaqla borclu Cavabdeh 14 sentyabr 2018-ci il tarixə (maliyyə arayışının tarixinə) tələbkar "xxxx" KB ASC olan kredit borcu 5.937,75 manat müəyyən edilir, o cümlədən: əsas borc 4.698,84 manat, faiz borcu 1.238,91 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb və iddiaçı "xxxx" KB ASC həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirərək kredit məbləğini Cavabdeh təhvil versə də, sonuncu həmin müqavilə üzrə kredit borcunu və ona hesablanmış faizi vaxtında və lazımi qaydada iddiaçı "xxxx" KB ASC ödəməməklə öhdəliklərini pozub. Bu səbəbdən də öhdəliyini icra etməyən borclu Cavabdeh kreditor "xxxx" KB ASC dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 442, 443.1, 445.1, 445.2, 448.1, 449.4-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən maliyyə arayışını və çoxsaylı ekspert rəylərini araşdırıb, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayıb haqlı olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquq u vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi, tərəflərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh ona əsas borca görə 7.449,6 manat, faiz borcuna görə 877,42 manat, cəmi 8.327,02 manat ödənilməmiş kredit borcunun olduğunu iddia etsə də, işə əlavə edilmiş çoxsaylı ekspert rəyləri ilə təsdiq olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC ödənilməmiş 4.698,84 manat əsas, 877,42 manat faiz borcu vardır. Birinci instansiya məzhkəməsi iddi a tələblərini qeyd olunan məbləğdə təmin etməklə düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçı "xxxx" KB ASC kassasiya şikayətində ekspertin rəyi ilə razılaşmadığını, Cavabdeh ona ödənilməmiş 7.449,6 manat əsas, 877,42 manat faiz borcunun olduğunu iddia etsə də, sonuncu isə kassasiya şikayətində iddiaçı "xxxx" KB ASC hazırki vaxtadək cəmi 6.850 manat ödədiyini, iddia olanan əsas və faiz borcunun düzgün hesablanmadığını göstərib iddiaya etiraz etsə də, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə he ç bir mötəbər yazılı sübutlar təqdim etməyiblər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli oldu qları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, tərəflərin öz tələb və etirazlarının əsası kimi istinad etdikləri hallar, işə əlavə edilmiş çoxsaylı sübutlarla, o cümlədən ekspertlərin rəyləri ilə istisna olunur və işdə, sözügedən ekspert rəylərinin əsassızlığını özündə ehtiva edən heç bir sübut yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsaslı deyil və iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 41 6, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" KB ASC və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)-3668/2021 saylı qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar