Məhkəmə qərarları › İş №2(102)-489/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-489/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-489/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, kredit müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7422/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında Bakı şəhəri 14 saylı notariat ofisində 3M-2064 və 3M-2066 reyestr №-ləri ilə 14 sentyabr 2020-ci il tarixdə bağlanmış kredit müqavilələri əsasında 01 yanvar 2021-ci il tarixə kimi qaytarılmalı olan ümumilikdə 46.000 manat təşkil edən pul vəsaitinin və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumu əvəzinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia rədd edilməklə, ilkin İddiaçı ilə onun arasında Bakı şəhəri 14 sayl ı notariat ofisində bağlanılmış 14.09.2020-ci il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır və bu tanışlığa əsaslanaraq ona müqavilə ilə borca pul vermişdir. Belə ki, cavabdehlə arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli kredit müqavilələri əsasında 01 yanvar 2021-ci il tarixdə qaytarılması şərti ilə cavabdehə 18000 manat və 28000 manat olmaqla cəmi 46000 manat pul vermişdir. Lakin müqavilə müddətinin bitməsinə sayılı günlərin qalmasına baxmayaraq cavabdeh məndən götürdüyü krediti ona qaytarmayıb və onun tələblərindən də müxtəlif bəhanələrlə yayınır. Ona görə də o, verdiyi pulların qaytarılması üçün məhkəmə müdafiəsinə müraciət etmək qərarına gəlmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddiaçı ilə aralarında bağlanılmış kredit müqavilələri qanunvericiliyin tələbləri pozulmaqla bağlanıldığı üçün etibarsız hesab edilməlidir. Belə ki, o, “Brand” kredit təşkilatında baş mütəxəssis vəzifəsində işləyir. Təşkilatda kreditlərin verilməsi işinin təşkili ilə məşğul olur. X3 onun işlədiyi kredit təşkilatının davamlı olaraq müştərisidir. Hazırda da İddiaçı təşkilata kredit borcu vardır. İlkin İddiaçı təşkilatdan götürdüyü pulları ətrafında tanıdığı insanlara və ona müraciət edən ehtiyaclı insanlara yüksək faizlə qeyri-rəsmi qaydada verməklə məşğul olmaqdadır. O, İddiaçı belə bir işlə məşğul olduğunu sonradan bil di. Sevinc bildirmişdir ki, tanıdığı kiməsə faizə pul lazım olsa deyərsən. Onun tanıdığı Nazim adlı şəxsə öz şəxsi ehtiyacı üçün pul lazım oldu. O, İddiaçı zəng edərək tanışına 23000 manat pul lazım olduğunu bildirdi. Həmin vaxt İddiaçı ona bildirdi ki, pulu qısa zaman içində iki-üç dəfəyə aylıq 10%-lə verə bilər. 2019-cu ilin iyun ayının sonlarına yaxın o, Nazim adlı tanışı ilə Nazimə faizə pul almaq məqsədilə İddiaçı yaşadığı Sabunçu qəsəbəsində yerləşən evinin qarşısında görüşərək Nazim ondan 13000 manat pul götürmüşdür. Təxminən bir həftə sonra iyul ayının əvvəlində o, Nazim adlı tanışı ilə yenidən Yasamal rayonu ərazisində yerləşən İran klinikasının yaxınlığında İddiaçı ilə görüşərək ondan əlavə olaraq 10000 manat pul vəsaitini götürmüşdür. Sonucu görüşlərindən 2 gün sonra Yasamal ray onu ərazisində yerləşən "Baku Mall” ticarət mərkəzinin qarşısında İddiaçı ilə görüşərək yenidən ondan 3300 manat pul vəsaitini Nazim onun yanında götürmüşdür. Nazim ümumilikdə İddiaçı 23.000 manat pul vəsaitini aylıq 10% ödəməklə götürmüşdür. Nazim 2020ci ilin mart ayına kimi 7 ay müddətində həy ayın faiz borcu kimi 2300 manat pul vəsaitini onun vasitəsi ilə İddiaçı ödəmişdir. O, ümumilikdə götürdüyü pulun yeddi aylıq faizini yəni, 17000 manatını İddiaçı onun vəsaitəsi ilə qaytarmışdır. 2020-ci ilin mart ayından COVİD-19 virusu ilə əlaqədar ölkədə karantin rejimi tətbiq edilməsi səbəbi ilə Nazim adlı tanışı ona bildirdi ki, İddiaçı faiz ödəmək nisbətində götürdüyü pulu bir müddət qaytara bilməyəcəkdir. Həmin ilin mart ayının sonuna yaxın Nazim işləri ilə əlaqədar Rusiya Federasiyasına getm işdir. O, bu barədə İddiaçı məlumat verdiyində, onun nəyinə lazım deyib pulu ona ödətdirəcəyini bildirdi. Bundan sonra İddiaçı mütəmadi olaraq telefon vasitəsi ilə ona hədə qorxu gələrək iş yerinə gələrək biabır edəcəyini, onu işdən çıxartdıracağını və bu pul ödənilməzsə onun başına oyun açdıracağını bildirmişdir. Nazim adlı tanışı ilə bu barədə vatsap sosial şəbəkəsi vasitəsi ilə mütəmadi danışsa da o, işlərinin hazırda normal getməməsi səbəbindən bir müddət İddiaçı ilə danışaraq vaxtı uzatmağa kömək etməyi xahiş etmişdir. Nazim avqust ayında ona bildirdi ki, çalışacaq ki, ilin sonuna kimi ondan vaxt alsın. İddiaçı bu barədə dedikdə onun nəyinə lazımdır ki, onsuz da pulu səndən alacaq deyərək onu mütəmadi təhdid etməyə davam etmişdir. 2020ci ilin sentyabr ayının əvvəlində İddiaçı ona da vamlı hədə-qorxu gələrək onunla şəxsi adına rəsmi borc müqaviləsi bağlayacağı halda ondan əl çəkəcəyini və pulun ödənilməsi üçün əlavə müddət verəcəyini bildirdi. Onunla aralarında olan razılaşmaya əsasən, 2021-ci ilin əvvəlinə kimi pulun qaytarılması üçün vaxt verilir, eyni zamanda əsas borcun yəni, 23000 manatın üzərinə 10 aylıq 10% həcmində borc hesablanmaqla borca əlavə faiz tətbiqi də dayandırılır. Artıq başqa yolu qalmadığından və iş yerində biabır olmamaq üçün, eyni zamanda İddiaçı müxtəlif səlahiyyət orqanlarında çalışan vəzifə sahiblərinin adlarını çəkməklə onu qorxu altında saxlamasından yorularaq çarəsiz vəziyyətdə onunla şəxsi adına borc müqaviləsi bağlayacağına razılaşmışdır. Sentyabr ayının on dördündə İddiaçı ona Bakı şəhəri 14 saylı notariat kontoruna gedəcəklərini bildirdi. Əvvəldə dediyi kimi hədə və digər təhdidlər qarşısında başqa çıxış yolum qalmadığı üçün Nazimin aldığı pulun onun borcunun olmağını təsdiq etmək üçün notariat kontorona getmək məcburiyyətində qalmışdır. Bakı şəhəri 14 saylı notariat kontorunda onlara bildirildi ki, müqavilənin bağlanılması razılaşdırılmış pulun həmin əraziyə yaxın yerdə yerləşən Bankda onun adına qoyulmasına dair sənəd təqdim edildikdən sonra mümkün olacaqdır. Bu səbəbdən İddiaçı ilə o, 20 yanvar metrosundan üzü Şamaxinka gedən yolda yerləşən “Muğan Bank"a gedərək əvvəlcədən razılaşdırdıqları 46000 manat dəyərində müqavilənin bağlanılması üçün pulu onun adına müvəqqəti hesaba yerləşdirmək istəmilşər. İddiaçı ona Bankda bildirdi ki, hazırda onun üzərində 28000 manat olduğu üçün borcu iki müqavilə əsasında rəsmiləşdirməklə bağlayacaqdır. Bu səbəbdən də o, ilk öncə 28000 manat dəyərində müqavilənin bağlanılması üçün müvəqqəti hesaba pulu yatıraraq notariat kontorunda müqaviləni bağladıqdan sonra yenidən banka qayıdıb adına qoyulmuş pul onun tərəfindən çıxarılaraq bankın özündə İddiaçı təqdim edilmişdir. Bundan sonra onlar yenidən 18000 manat dəyərində ikinci müqaviləni bağlamaq məqsədilə notoriat kontoruna qayıtmışlar. Notariat kontoronda müqavilənin hazırlanmasından sonra yenidən banka qayıdaraq həmin pul onun adına yatırılmış, notariat kontorunda müqavilə imzalandıqdan sonra yenidən Banka qayıdaraq pulu müvəqqəti hesabından çıxararaq İddiaçıva vermişdir. Göründüyü kimi, o, iddiaçının qaldırmış olduğu iddia tələbi üzrə əsas sübut olaraq təqdim etdiyi müqavilələrin bağlanılmasına hədə-qorxu və digər qanunsuz tələblərin qarşılığında məcbur olmuşdur. Eyni zamanda İddiaçı tərəfindən həmin maddi pul vəsaitləri Nazim adlı şəxsə heç bir sənəd imzalanmadan verildiyi halda, ona heç bir zaman borc olaraq pul vermədiyi halda müqaviləni guya ki, ona borc verilməsi kimi rəsmiləşdirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 may 2021-ci il tarixli 2(005)-1096/2021 nömrəli qətnaməsi ilə (hakim Solmaz Adilova) ilkin iddia tələbinin təmin edilməsi, X2 46000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmədə müəyyən edildi ki, İddiaçı və Cavabdeh arasında 3M-102 saylı reyestrlə qeydiyyatdan keçmiş 30.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 16000 manat məbləğində borc pul vermiş, borc verən nəzərdə tutulan pul məbləği borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Borc alan krediti 30.01.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişdir. İlkin iddia üzrə iddiaçı cavabdehə müqavilədə göstərilən pulu verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin yerinə ye tirilməməsinə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, 14.09.2020-ci il tarixli, 3M-2066 reyestr nömrəli və 14.09.2020-ci il tarixli, 3M-2064 reyestr nömrəli “Borc verən İddiaçı ilə “Borc alan” Cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən “Borc verən” “Borc alan”-a ümumilikdə 46000 manat məbləğində pul vermişdir. Bununla yanaşı məhkəmədə sübut olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, yəni 46000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, göründüyü kimi, 14.09.2020-ci il tarixli, 3M-2064 reyestr nömrəli və 14.09.2020-ci il tarixli, 3M-2066 reyestr nöm rəli kredit müqavilələrinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh oğuna ümumilkdə 46000 manat məbləğində borc vermiş, sonuncu həmin pul məbləğini 01.01.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı, həmin müqavilələrin ilk iddiaçı tərəfindən ona hədə-qorxu gəldiyi üçün borc müqavilələrinin bağlanılması məcburiyyətində olması, müqavilənin həqiqəti əks etdirməməsi, həmin müqavilənin qanunsuz tələblərin qarşılığında bağlanılması kimi xüsatlarla əsaslandırmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sadalanan xüsusatlar üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, iddia tələbi sadəcə onun mülahizələrindən ibarət olmuşdur. Bu baxımdan qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı İddiaçı və Cavabdeh arasında bağlanmış 3M-2 064 saylı və 3M2066 reyestrlə qeydiyyatdan keçmiş 14.09.2020-ci il tarixli kredit müqavilələri ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Belə olan təqdirdə mübahisələndirilən kredit müqavilələrinin etibarsız hesab edilməsi əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 324.1, 324.5, 337.1, 339.1, 339.4, 339.5, 339.6, 385.1, 425, 442, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 11.08.2021-ci il tarixli, 2(103)-7422/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(005)-1096/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə tam şəkildə əməl edilmişdir. Bunun əksini təsdiq edən sübutlar qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Apelyasiya şikayətinin əsas dəlilləri məhkəmə tərəfindən işin ətraflı araşdırılmaması, məsələyə səthi yanaşılması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması və s. barədədir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə ma ddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanmış əqdin forma və məzmununa riayət edilsə də, onun iradə ifadəsi həqiqətdə bu qədi bağlamaq istəyini deyil, təhdid və hədə təsiri altında ağır vəziyyətə düşməyi nəticəsində müqavilə tərəfi olmaq zərurətini yaratmışdır. Apelyasiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına uyğun olmamaqla yanaşı eyni zamanda maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasə n kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. B u Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləripozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır (maddə 448.2). Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, ilk idia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı əsasən kasasiya şikayətini qarşılıqlı iddia tələbinin dəlilləri ilə əsaslandırmağa, kredit müqavilələrinin onun borc pul almadığı halda bağlanması əsası ilə etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarından da göründüyü kimi, notariat işi məhkəmə tərəfindən tələb edilmiş, həmin notariat işində olan sənədlərlə və ilk iddia üzrə cavabd ehin ərizəsi ilə onun ilk iddiaçıdan tələb edilən məbləğdə borc pul vəsaitini ədlə etməsi öz təsdiqini tapmışdır. İlk iddia üzrə cavabdeh göstərdiyi xüsusatlarla bağlı işə mahiyyəti üzrə baxmış məhkəmələrə hər hansı sübut təqdim edə bilməmiş, tələbi öz təsdiqini tapmadığı üçün rədd edilmişdir. Qətnamə qəbul edilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7422/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar