Məhkəmə qərarları › İş №2(102)-489/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-489/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-489/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2 qızına və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1943/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 qızı və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSCnin xeyrinə 10986,28 ABŞ dolları məbləğində kredit borcu, 4118,1 ABŞ dolları faiz borcu və 6505,58 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21609,96 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)-740/2021 nömrəli qətnaməsi ilə (hakim S. Seyfullayev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 qızı və Cavabdeh3 müştərək qaydada 10986,28 ABŞ dolları məbləğində kredit borcu, 4118,1 ABŞ dolları faiz borcu və 60 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15044,38 ABŞ Dolları (Azərbycan manatı ekvivivalentində kredit borcu və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçı "xxxx" QSC-yə aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh1 qızı apellyasiya şikayət verərək qətnamənin qismən ləğv edilib, ödənilmiş 7422 ABŞ dolları və 1768 manat məbləğində pul vəsaitini iddianın təmin edilmiş hissəsindən çıxılmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şi rvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 2(105)-1943/23 nömrəli qərardadı ilə (hakimlər – T.X.Heydərov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı qətnaməsindən Cavabdeh1 qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı qətnaməsi 12 oktyabr 2021-ci il tarixdə iş üzrə tərəflərə göndərilmişdir. Həmin qətnamə 12 noyabr 2021-ci il tarixdə icra edilməsi üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Beyləqan Rayon İcra və Probasiya şöbəsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə, Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı icra sənədinin geri qaytarılması qərara alınmışdır. 14 noyabr 2022-ci il tarixdə Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı icra vərəqəsində uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra icra olunması üçün yenidən Beyləqan Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 29 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 qızı ərizə i lə məhkəməyə müraciət edərək iş üzrə qətnaməni rəsmi qaydada almadığını bu səbəbdən qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Həmin gün qətnamənin surətini almışdır. Lakin iş materiallarından görünür ki, Cavabdeh1 qızı məhkəmə baxışı iclasında iştirak etmiş və iddia tələbini qəbul etmişdir. Göründüyü kimi cavabdeh qəbul olunan məhkəmə qətnaməsindən xəbərdar olmuş həmçinin iddia tələbini qəbul etmişdir. İş materiallarından göründüyü kimi, qətnamə iş üzrə tərəflərə göndərilmişdir. Əgər qətnamə iş üzrə tərəflərə çatmamışdırsa bu halda qətnamə (yəni məktub) geri qayıtmalı və iş materiallarına əlavə edilməli idi. Lakin iş materiallarında belə bir qətnamənin (yəni məktub) geri qayıtmasını və ya iş üzrə tərəflərə çatmasını təsdiq edən heç bir sənəd olmamışdır.

6. Belə olan halda biri nci instansiya məhkəməsi qeyd olunanları araşdırmalı lazımı olduğu təqdirdə poçt şöbəsinə sorğu verməli və məktubun ünvan sahibinə çatması və ya çatmadığı halda məktubun geri qayıtmamasının səbəblərini öyrənməlidir. Baxmayaraq ki, birincisi instansiya məhkəməsi yuxarıda qeyd olunanlarla əlaqədar hər hansısa araşdırılmanın aparılmasına cəhd etməmiş, özünün qəbul etdiyi qətnamənin prosessual qanunvericilik baxımından tərəflərə çatdırılıb-çatdırılmaması, çatdırılmadığı halda isə göndərilən qətnamənin tərəfə çatmamasının səbəblərini müəyyən etmədən qəbul olunmuş qətnaməni qanuni qüvvəsin alması əsası ilə icraya yönəltmişdir. Buradan belə qənaətə gəlinir ki, əgər qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişsə, onda icra məmuru tərəfindən icra haqqında qanuna əsasən icra tədbirləri həyata keçirilməli və bu barədə məhkəməyə məlumat verilməli idi. Lakin iş materiallarında bunu təsdiq edən sübutlar mövcud olmamışdır.

7. Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı qətnaməsi 12 noyabr 2021-ci il tarixdə icra edilməsi üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Beyləqan Rayon İcra və Probasiya şöbəsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə, Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı icra sənədinin geri qaytarılması qərara alınmış, bundan sonra 14 noyabr 2022-ci il tarixdə Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı icra vərəqəsində uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra icra olunması üçün yenidən Beyləqan Rayon İcra və Probasiya şöbəsinə gön dərilmişdir. MPMnin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 35518.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qəra rdadlardan verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Cavabdeh1 qızı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmiş, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları müzakirə etmədən apellyasiya şikayətini qəbul edərək apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu isə ona dəlalət edir ki, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar mövcud deyildir.

8. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Prosessual Məcəllənin 130.1, 233.1, 357.1, 360, 363.1.3, 364.1 və 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 qızı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilib, verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi və icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qərardad qəbul edərkən MPM-nin 361-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, normanın tələblərinə görə qətnamə rəsmi qaydada tərəfə verildikdən 1 ay müddətinə apellyasiya şikayəti verilə bilər. MPM-nin 361-ci maddəsi imperativ normadır. Məhkəmə həmdə MPMnin 130-cu maddəsini düzgün təfsir etməmişdir. Belə ki, buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmənin hüquqi əsasları olmalıdır. Əgər Cavabdeh1 qızı qətnaməni rəsmi qaydada aldıqdan sonra bir aylıq apellya siya şikayəti vermə müddətini ötürsəydi onda təbii ki, müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərdi.

11. Məhkəmə “qətnaməni rəsmi təqdim etmək” ifadəsi ilə “məhkəmə prosesindən məlumatlı olmaq” ifadələrini səhv salır. Digər tərəfdən o, ümumiyyətlə Beyləqan Rayon Məhkəməsində iştirak etməmişdir və iddianı təbii ki, etiraf etməmişdir. Onun məhkəmədə iştirak edib-etməməyini təsdiq etmək üçün məhkəmə xətşünaslıq ekspertizası keçirə bilər. Məhkəmə bir tərəfdən Beyləqən Rayon Məhkəməsinin qətnaməni tərəflərə göndərdiyini qeyd edir. Digər tərəfdən isə qətnaməni ona çatmasını təsdiq edən müvafiq sənədin iş materiallrında olmadığını qeyd edir. Başqa sözlə desək məhkəmə qərardadda onun qətnaməni almadığını qeyd edir. Sonra isə apellyasiya şikayəti vermək üçün qanunla müəyyən ed ilmiş müddəti buraxdığını bildirir. Başa düşülmür ki, o, qətnaməni almadığı halda həmin qətnamədən necə şikayət verə bilər? Beləliklə, iş materiallarında onun qətnaməni almağını təsdiq edən müvafiq sənəd yoxdursa deməli məhkəmənin qərardadda göstərdikləri tam qanunsuzdur. Ona görə də qərardad ləğv edilməli və tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

13. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə

88. Məhkəmə sübutl ara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Maddə 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

18. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, h əmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

19. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər

20. Maddə 363.1.3 Aspellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır.

21. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

24. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiyanın mümkünlüyü ilə əlaqədar hallar prosessual hüquq normalarının tələbinə uyğun şəkildə araşdırılaraq hüquqi qiymət verilmiş və apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmış, gəlinən nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi apel lyasiya instansiyası məhkəməsinin qərardadında şərh edilən göstərişlərə müvafiq olaraq apellyasiya şikayəti verilərkən prosessual hüquq normalarının tələbinə riayət edildiyini müəyyən edərsə apellyasiya şikayətini yenidən apellyasiya instansiyası məhkəməsinə göndərməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 dekabr 2023-cü il tarixli 2(106)-1943/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar