Məhkəmə qərarları › İş №2(102)-4897/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4897/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4897/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı-nin cavabdeh Vəkil2 qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4897/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)44/2021 saylı qətnaməsindən Cavabdeh1 və cavabdeh Vəkil2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 19 oktyabr 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh X1 və digərlərinə qarşı ilk iddia qaldıraraq, 01 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh Eldəniz Dünyamaliyevdən 161.302,58 manat əsas, 34.914,94 manat faiz, 3.446,54 manat artırılmış faiz (cərimə) olmaqla, cəmi 199.664,06 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi və tutmanın Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması, ipoteka q oyulmuş yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması, həmin şəxslərin evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Quliyev) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, borclu Cavabdeh1adan 161.302,58 manat əsas, 34.914 manat faiz borcu, 1.000 manat dəbbə pulu olmaqla, cəmi 196.222,52 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, 2ci döngə, mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 300.000 manat müəyyən edilməklə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına kredit borcunun ödənilməsi, fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin həmin evdən çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılmaları, həmçinin, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda, əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh2 qaytarılması, satışdan götürü lən və ya əldə edilən məbləğ iddiaçıya olan borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1dan iddiaçının xeyrinə tutulması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. İlk iddianın qismən təmin, qarşılıqlı iddianın rədd edilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 442, 448.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər Eldəniz Dünyamali yev və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, ilk iddia qismən təmin edilib, Cavabdeh1 161.302,58 manat əsas, 32.400,06 manat faiz borcu, 1.000 manat dəbbə pulu olmaqla, cəmi 194.702,64 manat kredit borcunun tutulub iddi açıya ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, 2-ci döngə, mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 380.000 manat müəyyən edilməklə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər həmin evdən çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılması, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh2 qaytarılması, satışdan götürülən və ya əldə edilən məbləğ banka olan borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1adan iddiaçın ın xeyrinə tutulması, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. İlk iddianın qismən təmin, qarşılıqlı iddianın rədd edilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona et irazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayətləri belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, Cavabdeh2, vəkili Vəkil3, Cavabdeh1, vəkili Vəkil1, Cavabdeh3, üçüncü şəx slər Abşeron Rayonu, 01 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 04 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci bənd inə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət d aşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün k assasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, 01 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 illik 21 faiz ödəmək və 01 sentyabr 2017-ci il tarixədək qaytarmaq şərti ilə 170.000 manat kredit ayırıb. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 01 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, 2-ci döngədə yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 22 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka qoyulub və ipoteka müqaviləsində ipoteka predmeti 300.000 manat qiymətləndirilib. İşə əlavə edilmiş 20 noyabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 həmin tarixədək iddiaçıya cəmi 17.850 manat ödəniş edib, həmin məbləğin 8.697,42 manatı əsas borca, 9.152,58 manatı faiz borcuna silinib. Həmin tarixə ümumi kredit borcu 199.664,06 manat təşkil edir, Cavabdeh1 tərəfindən son 7 ay müddət ərzində borcdan ödəniş edilməyib. İşə əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 28 iyun 2019-cu il tarixli rəyinə əsasən, borclu Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 01 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə borclu Cavabdeh1 20 noyabr 2015-ci il tarixə (iddia tarixinə) banka olan əsas borcu 161.302,58 manat, faiz borcu isə 32.400,06 manat təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayıb, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini tam icra edərək kredit məbləğini borclu Cavabdeh1 təhvil verdiyi halda, sonuncu həmin müqavilə üzrə öhd əliklərini vaxtında və lazımi qaydada icra etməyib və nəticədə öhdəliklərini pozub. Ona görə də icranı gecikdirmiş borclu Cavabdeh1 gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maliyyə arayışına və ekspert rəyinə əsaslanıb borclu Cavabdeh1 iddiaçının xeyrinə əsas borca görə 161.302,58 manat, faiz borcuna görə isə 32.400,06 manat tutmaqla düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Daha sonra, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavi lə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda, borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını, borclu Cavabdeh1 tərəfindən götürülən kreditin məbləğini, müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır, iddia tələbinin 3.446,54 manat cərimənin tutulması hissəsinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, cərimə təyin edilərkən tənasüblük qorunm alı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Ona görə də iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği azaldılaraq 1.000 manat müəyyən edilməlidir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında hər hans ı razılaşma yoxdur, əksinə mübahisə vardır. Ona görə də apellyasiya icraatı mərhələsində müstəqil qiymətləndirici dəvət edilərək ipoteka predmetinin ilkin satış qiyməti 380.000 manat müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi, ipoteka predmetinin ilkin satış qiymətinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş çoxsaylı qiymətləndiricilərin hesabatlarına prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verib. Apellyasiya instansiyası məhkəməsi, eyni zamanda qarşılıqlı iddianı əsassız hesab edərkən qeyd edib ki, mülki qanunverciliyə görə, əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlmə məsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. Əqdlərin etibarsız sayılması üçün əsaslar isə Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilib göstərilib. Həmin Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələbl ərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində ipoteka müqaviləsinin etibarsızlığı müqavilənin notarial qaydada təsdiq edilməməsi ilə əsaslandırılsa da, Abşeron rayonu, 1 saylı Notariat Kontoru tərəfindən təqdim edilmiş notariat hərəkətlərinin aparılmasının qeydə alınmasına dair jurnaldan çıxarışdakı qeydlərlə və imzalarla təsdiq olunur ki, ipoteka müqaviləsi notariat qaydada təsdiq olunub və daha sonra Reysetr Xidmətində qeydə alınıb. Göründüyü kimi, ipoteka müqaviləsinin subyekt tərkibi, iradə ifadəsi, forması, məzmunu ilə bağlı hər hansı qüsur müəyyən olunmur və buna görə də, qarşılıqlı iddia rədd olunmalıdır. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 və cavabdeh Vəkil2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)-44/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar