Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4899/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-360/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 02 noyabr 2011-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialı ilə X10 arasında bağlanmış RB/SHF-2499 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 24% olmaqla 26000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Şirvan filialı ilə X11 arasında bağlanmış 02 noyabr 2011-ci il tarixli ƏbF-2499 saylı İpoteka müqaviləsinə əsasən X6 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin razılığı ilə 40000 manat məbləğində qiymətləndirilərək banka ipoteka ilə yüklü edilmişdir. Salyan rayon Məhkəməsinin 06 fevral 2013-cü il tarixli, 2(57)-80/13 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış 11.05.2011-ci il tarixli, RB/SHF-1940 saylı kredit müqaviləsi üzrə 18000 manat əsas borc, 3180 manat faiz borcu, 2920 manat dəbbə pulu, cəmi 24100 manat və 02.11.2011-ci il tarixli, RBSHF-2499 saylı kredit müqaviləsi üzrə 21709 manat əsas borc, 3835 manat faiz borcu, 2098 manat dəbbə pulu, cəmi 27642 manat məbləğində borc cavabdeh X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetləri olan cavabdeh X5 məxsus Salyan şəhəri, 20 yanvar küçəsi, 133 nömrəli fərdi yaşayış evinə və cavabdeh X6 məxsus Salyan şəhəri, 20 yanvar küçəsi, döngə 11, 8 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, X5 məxsus Salyan şəhəri, 20 yanvar küçəsi, 133 nömrəli fərdi yaşayış evi və X6 məxsus Salyan şəhəri, 20 yanvar küçəsi, döngə 11, 8 nömrəli fərdi yaşayış evinin boşaldılması və boşaldılmış vəziyyətdə İpoteka saxlayan "xxxx" ASC-yə təhvil verilməklə açıq hərracdan satılması, satışdan əldə olunan məbləğ cavabdeh X3 "xxxx" ASC-nə olan 11.05.2011-ci il tarixli RB/SHF-1940 saylı və 02.11.2011-ci il tarixli RB/SHF-2499 saylı kredit müqavilələrindən irəli gələn borclarının ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evlərinin satışından əldə olunan vəsait hesabına borc ödənildikdən sonra artıq vəsait qalarsa, həmin əmlakların mülkiyyətçilərinə verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(106)-05/16 saylı qətnaməsinə əsasən Salyan rayon Məhkəməsinin 06 fevral 2013-cü il tarixli, 2(57)-80/13 saylı qətnaməsi qismən, iddia tələbinin 18 iyun 2013-cü il tarixdə vəfat etmiş X7 məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması və boşaldılmış vəziyyətdə ipoteka saxlayan "xxxx" ASC-yə təhvil verilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin hə min hissədə təmin edilməməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdeh X5 qarşı əlavə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 arasında bağlanmış 02 noyabr 2011-ci il tarixli "xxxx" ASC-nin Kredit müqaviləsinə əsasən illik 24 faiz olmaqla 24 ay müddətinə 26000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi X5 məxsus Salyan şəhəri, 20 yanvar küçəsi, döngə 11, 8 nömrəli yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli olduğu halda öhdəliklərini icra etməmişdir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. "xxxx" ASC tərəfindən cavabdeh X5 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə 2013-cü ildə müraciət olunmuşdur. Salyan Rayon Məhkəməsinin 06.02.2013-cü il tarixli 2( 057)-80/2013 saylı qətnaməsinə əsasən borclu X4 21709 manat əsas borc, 3835 manat faiz borcunun, 2098 manat dəbbə pulunun, cəmi 27642 manat borcun tutulması, tutmanın ipoteka predmentinə yönəldilməsi və həmin əmlakdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli 2(106)-05/2016 saylı qətnaməsinə əsasən borcun tutulması və tutmanın yönəldilməsi hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin cavabdeh borcu hissə-hissə ödəyərək 05 dekabr 2019-cu il tarixdə tam bağlamışdır. Qətnamənin çıxarıldığı tarixdən onu tam icra edilməsi tarixinədək olan müddətdə təxminən 6 il 10 ay olduğundan bu 6 il 10 ay ərzində həmin məbləği bank başqa bir müştəriyə kredit şəklində vers əydi gəlir əldə etmiş olardı. Lakin cavabdehin qətnamə üzrə üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyinə görə qətnamə üzrə qət edilmiş məbləği hissə-hissə ödədiyinə görə bankın əldən çıxmış faydası 02 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 6121,81 manat faiz və 1073,08 manat cərimə borcu olmaqla, cəmi 7194,89 manat təşkil etmişdir. Maliyyə arayışına görə borclu X3 02.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə 6121,81 manat faiz və 1073,08 manat cərimə borcu olmaqla, cəmi 7194,89 manat borcu vardır. Göstərilənləri nəzərə alaraq, iddiaçı "xxxx" ASC məhkəmədən cavabdeh X2 02 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə 6121,81 manat faiz borcu, 1073,08 manat cərimə borcunun, cəmi 7194,89 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu məbləğin də pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Qasımov, iş № 2(057)-522/2020) iddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı əlavə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə borcun təminatı kimi cavabdehə məxsus fərdi yaşayış evi iddiaçıya təhvil verilmiş, iddiaçı həmin evi hərrac vasitəsilə satıb cavabdehin borcunu bağlamaq səlahiyyətinə malik olmuşdur. Lakin iddiaçı bunu etməməklə, eləcə də hazırki iddia ilə məhkəməyə müraciət etməklə əsassız varlanmaq istəyir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Apelyasiya instansiyası m əhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov, Z.Babayev, iş № 2(106)-360/2021) iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(057)-522/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları araşdırılmışdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli hesab edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC (vəkil X8) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)360/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsini tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X9 məhkəmə kollegiyasında kassasiya şikayətinin məzmunun a uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Bel ə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin ic rasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdi rilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-360/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4899/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4899/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver