Məhkəmə qərarları › İş №2(102)-4901/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4901/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4901/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil Eyvaz oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli, 2(103)578/2021 saylı qətnaməsindən İddiaçı Açıq Sə hmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “kredit alan” olmaqla bağlanmış 29 may 2014-cü il tarixli, 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi”nə əsasən kredit alan Cavabdeh1 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 390.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Cavabdeh1 17 yanvar 2013-cü il tarixli, 104626-1-5276 №-li Baş kredit razılaşması və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə bağlanmış 29 may 2014-cü il tarixli, 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi” və 15 may 2015-ci il tarixli 01 saylı Razılaşma ilə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyini yerinə yetirməməsi səbəbindən, 29 may 2014-cü il tarixli, 103430-7-7267 və 103430-7-7268 №-li zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh4 da 17 yanvar 2013-cü il tarixli, 104626-1-5276 №-li Baş kredit razılaşması və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə bağlanmış 29 may 2014-cü il tarixli, 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi” və 15 may 2015-ci il tarixli 01 saylı Razılaşma ilə götürdüyü öhdəlikləri pozmuşlar. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X3 qarşı “borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və “iddia tələbinin dəyişdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2015-ci il tarixli, 1046261-5276/2/1 saylı kredit müqaviləsinə əsasən 21 may 2018-ci il tarixə hesablanmış 352.353 ABŞ dolları məbləğində əsas borc, 69.286,78 ABŞ dolları məbləğində faiz borcu və 4.723,50 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 426.363,28 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipotek a predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada, İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 362.000 manat müəyyən edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m. yaşayış, 369.4 kv.m. köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, evə tutma yönəldildi kdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvləri - Cavabdeh2 və X4 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(010)59/2019 saylı qətnaməsi ilə (hakim A.Qasımov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 343.535,69 (üç yüz qırx üç min beş yüz otuz beş manat 69 sent) ABŞ dolları məbləğində əsas borc, 69.286,78 (altmış doqquz min iki yüz səksən altı dollar 78 sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində cərimə olmaqla ödənild iyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cəmi 412.922,47 (dörd yüz on iki min doqquz yüz iyirmi iki dollar 47 sent) ABŞ dolları məbləğində borcun və məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla - cəmi 60 (altmış) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulmalı olan cəmi 412.922,47 (dörd yüz on iki min doqquz yüz iyirmi iki dollar 47 sent) ABŞ dolları məbləğində borcun və 60 (altmış) manat məbləği ndə pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m. yaşayış, 369.4 kv.m. köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılaraq iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m. yaşayış, 369.4 kv.m. köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 370.000 (üç yüz yetmiş min) manat mə bləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m. yaşayış, 369.4 kv.m. köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, satıldıqdan ən geci bir ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh2 və X2 həmin yaşayış sahəsindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada ekspertizanın dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müx bir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 29 may 2014-cü il tarixli kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri həmin banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. 6.Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 bağladıqları zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini icra etmədiklərinə görə və qanunun mənasına görə kreditor qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdıqlarına görə həmin cavabdehlərə qarşı yönəlmiş iddia tələbi əsaslıdır və təmin edilməlidir. 7.Əsas və faiz borcunun məbləği ilə bağlı həqiqətin müəyyən edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə-mühasibat ekspertizası təyin edildiyindən məhkəmə hesab etmişdir ki, bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən hesablanmış əsas və faiz borcunun məbləğləri əsas götürülməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulmalı olan borc məbləği həmin rəyə uyğun olaraq müəyyən edilməlidir. 8.Məhkəmə hesab etmişdir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 352.35 3 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində iddia qismən təmin edilməli və məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi nəzərə alınmaqla, cavabdehlərdən əsas borca görə 343.535,69ABŞ dolları,faiz borcuna görə 69.286,78 ABŞ dolları tutulmalıdır. 9.Məhkəmə həmçinin hesab etmişdir ki, iddianın cavabdehlərdən “4723,50 ABŞ dolları məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalıdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin qanuni əsasları vardır. Çünki Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora öd əməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış 29 may 2014-cü il tarixli, 104626-1-5276/2 saylı Kredit Müqaviləsinin 9.2-ci bəndinə görə də müştəri ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 100 USD borc məbləğinə 0,5 USD cərimə hesablanması nəzərdə tutulmuşdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445,448,462, 465-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas borc və cərimənin müəyyən edilməli hissələrində dəyişdirilməsi və iddia tələbinin həmin hissələrdə təmin edilməsi qət ed ilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli, 2(103)578/2021 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehlər Cavabdeh4 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(010)- 59/2019 saylı qətnaməsinin cavabdehlər Cavabdeh4, Cavabdeh2 və X3 qarşı təmin olunmuş hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin olunmaması, İddiaçı ASC və Cavabdeh1 apellyasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissədə - Cavabdeh1 pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 12 dekabr 2011-ci il tarixli 103430-NEDV İJ-182 №-li “Daşınmaz əmlak İpoteka müqaviləsi” tələb irəli sürülən kredit müqaviləsinin təminatı kimi deyil, ilkin olaraq 12 dekabr 2011-ci il tarixli, 103539-1-1850 nömrəli “Kredit müqaviləsi”nin təminatı kimi bağlanmışdır. 14.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 12 dekabr 2011-ci il tarixli 103430-NEDVİJ-182 №-li “Daşınmaz əmlak İpoteka müqaviləsi” və həmin müqaviləyə dəyişiklik edilməsi barədə 17 yanvar 2013-cü il tarixli 2 saylı Razılaşma 29 may 2014-cü il tarixli 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi”nə və 15 may 2015-ci il tarixli “29 may 2014-cü il tarixli 104626-1- 5276/2 №-li “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə Razılaşmaya münasibətdə bağlanmamış hesab edilməli və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir.Həmin müqavilərin bağlanmamış hesab edilməsi özlüyündə həmin müqavilələr əsasında aparılacaq sonrakı hərəkətlərlə (ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, tələbin əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlakın boşaldılması) bağlı hissələrdə iddia tələblərinin təmin edilməsini istisna edir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tələbin Cavabdeh4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m. yaşayış, 369.4 kv.m. köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində iddia tələbi təmin edilmədiyindən, ondan asılı olaraq “evin açıq hərracda satılmas ı, ilkin satış qiymətinin müəyyən edilməsi və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi və satıldıqdan sonra ən azı 1 ay ərzində cavabdehlərin çıxarılmaqla yaşayış sahəsinin boşaldılması” hissələrində də iddia tələbi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi həmin iddia tələblərinə ayrılıqda qiymət verilməsini zəruri hesab etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azər baycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında göstərilmişdir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddəl əri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraat ında olan mübahisələrə şamil olunur. 17.Bununla əlaqədar qeyd edilmişdir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X3 qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi 08 iyun 2016-cı il tarixdə icraata qəbul edilmişdir. Odur ki, Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları hazırkı mübahisəyə şamil olunur Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissələrində ləğv olunması və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsas borc və cərimənin məbləğini düzgün müəyyən etməməklə, həmçinin iddianın cavabdehlər Cavabdeh4, Cavabdeh2 və R.A.Cəfərovaya qarşı hissəsini təmin etməməklə maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmışdır. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi əsas borcu müəyyən edərkən məhkəmə-mühasibatlıq ekspertizasının 04 aprel 2019-cu il tarixli, 25298 saylı rəyini əsas götürmüşdür. Lakin Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2019-cu il tarixli, 25298 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyində əsas borc hissəsində hesablamalar düzgün aparılmamış və nəticədə, ekspert həmin hissədə yanlış nəticəyə gəlmişdir. Ekspert rəyi Cavabdeh1 əsas borcu hissə sində həqiqəti əks etdirmir və bu səbəbdən həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında göstərilir ki, “... məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır... bu hal məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır...”. Apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamış, həmin normanı zaminliyin xitamı üçün əsassız üstünlük imkanı kimi qəbul etmiş, işin konkret hallarını nəzərə almayaraq, qanunsuz və əsassız qənaətə gəlmiş, məhkəmə qərarını əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil Eyvaz oğlu kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X4 məhkəmə iclasına gəlmədiyi və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əm ələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zə rər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdə liklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul b orc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 24. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə

8. Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yara nması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndirici nin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmı r və onlara qiymət vermir.

27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının qismən ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası, ekspert rəyi ilə əlaqədar kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, ekspertin rəyi sübut növlərindən biridir, məhkəmə iclasında tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İş materiallarından görünür ki, ekspert rəyinin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur və məhkəmələr tərəfindən ekspert rəyinə düzgün hüquqi qiymət verilmişdir

32. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli, 2(103)578/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar