Məhkəmə qərarları › İş №2(102)-4906/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4906/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4906/2020 23.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)3370/2020 saylı qətnaməsindən İddiaçı Şirkəti tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş № 2(001)-5306/2018) İddiaçı Şirkətinin cavabdeh X2 qarşı iddiası təmin edilərək cavabdeh X1 N-ci sahəsində inşa etdiyi özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov, iş № 2(102)10574/2018) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov, iş № 2(103)735/2019) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx x 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov, № 2(103)3686/2019) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Əliyev, A.K.Kalbalıyev və V.Ə.İbayev, iş № 2(102)-68) cavabdehin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilm iş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə üçüncü dəfə apelyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 1 saylı mədənin 5-ci sahəsində yerləşən neft quyusunun təhlükəsizlik zolağı və şirkətin saziş hüdudları daxilində özbaşına tikili inşa edilməsini əsas göstərməklə cavabdehin həmin tikilidən çıxarılması, tikilinin sökülməsi və əraz inin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən inşa olunmuş və sökülməsi tələb olunan fərdi yaşayış evi xx xxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutə pə, Masazır, Fatmayi, Şabandağ və Siansor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2004-cü il tarixli 296 nömrəli Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Lakin işdən göründüyü kimi həmin tikilinin yerləşdiyi torpaq sahəsi Biləcəri Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə cavabdehə fərdi yaşayış evinin tikintisi üçün verilmiş və torpaq sahəsinin dəyəri onun tərəfindən ödənilmişdir. Həmin sahədə cavabdeh tərəfindən fərdi yaşayış evi inşa olunmuş və evə işıq, qaz, su və telefon xətləri çəkilməklə cavabdeh həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Şirkət tərəfindən Bələdiyyənin qərarı məhkəmə qaydasında mübahisələndir ilsə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. İddiaçıya torpaq sahəsinin ayrılmasına dair Bələdiyyənin qərarı hazırkı vaxtadək qüvvədədir. Cavabdehin həmin evə mülkiyyət hüququ olmasa da, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını nəzərə alaraq iddianın təmin edilməsi üçün əsasların olmaması nəticəsinə gəlmiş və bu zaman cavabdehin həmin evdən heç bir etiraz olmadan öz daimi yaşayış yeri kimi istifadə etməsinə və eyni zamanda, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia rədd edilsə də, hesab olunmuşdu r ki, cavabdehin evdən çıxarılması və evin sökülməsi ona müvafiq məbləğdə kompensasiyanın ödənilməsi yolu ilə mümkündür. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar