Məhkəmə qərarları › İş №2(102)-4908/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4908/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4908/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X14 prosessual hüquqi varisi X7 cavabdehlər X4 və X8 qarşı borcun tutulması tələbinə dair QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina edilməsi, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Atakişi Abbas Musa oğlunun, cavabdeh X3 vəkili X11 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2045/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X19 cavabdehlər X10 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 mart 2017-ci il tarixli kredit müqaviləsi üzrə 250000 manat əsas borcun, 96562 manat faiz məbləğinin birgə cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 03 mart 2017-ci il tarixli kredit müqaviləsi üzrə 250000 manat əsas borcun, 107,550 manat faiz məbləğinin birgə cavabdehlər X10, X12 və X1 tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin cavabdeh X2 X9 tərəfin dən qəbul edilmiş sadalanan əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-1044/2020) iddia qismən təmin edilərək, cavabdehlər X9 və X5 iddiaçının prosessual hüquqi varisi X7 xeyrinə 250.000 (iki yüz əlli min) manat əsas borc və 18.696 (on səkkiz min altı yüz doxsan altı) manat faiz məbləğinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və V.Sadıqovdan, iş № 2(103)-20 45/2021) cavabdeh X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1044/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh X9 (vəkil X17) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2045/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mübahisənin məhkəmə aidiyyatı üzrə kommersiya məhkəməsinə aid olub-olmaması əsaslarının yoxlanması nəticələrinə, müq avilədə kreditin faizsiz verilməsi şərtlərinə uyğun olaraq, hesablanmış 18696 (on səkkiz min altı yüz doxsan altı) manat faiz məbləğinin ləğv edilməsi əsasları ilə, işin məhkəmə aidiyyatı üzrə baxılması üçün kommersiya məhkəməsinə və yaxud işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı X13 (vəkil Atakişi Abbas Musa oğlu) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021 -ci il tarixli 2(103)2045/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh X6 vəkili X17 göstərir ki, cavabdeh tərəfindən ərizə təqdim olunmuş və bununla əlaqədar olaraq kassasiya şikayətindən imtina edildiyini və kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçının vəkili Atakişi Abbas Musa oğlu kassasiya şikayətindən imtinanın qəbul edilməsi və kassasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 410.1-ci maddəsinə görə kass asiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi AR MPM-in 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət ve rməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məhkəməyə təqdim edilmiş kassasiya şikayətindən imtina barədə ərizə qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, imtina qəbul edilməli və cavabdehə münasibətdə kassasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 410 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X9 tərəfindən Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2045/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikay ətindən imtina qəbul olunsun və cavabdehə münasibətdə işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar