Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-491/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-491/2022 (Açar sözlər: alimentin artırılması ) Bakı şəhəri, 21 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment miqdarının artırılması ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021 il tarixli 2(103)-6893/2021 nömrə li qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 21 fevral 2022ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh 11.03.2011-ci il tarixdən rəsmi nikaha daxil olublar, da olmuş, onların bu nikahdan 14.01.2012-ci il təvəllüdlü X3 adlı bir uşaqları vardır.
2. Nizami Rayon Məhkəməsinin 06.03.2014-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, 14.01.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
3. Nizami Rayon Məhkəməsinin 15.02.2019-cü il tarixli qətnaməsi ilə aliment məbləğinin həcmi artırılaraq cavabdehdən hər ay 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. a) Birinc i instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək 14.01.2012ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay qazancının dörddə bir hissəsi qədər alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, Nizami rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq 160 manat miqdarında müəyyən edilmişdir.
6. Alimentin sabit pul məbləğində tələb edilməsinə səbəb cavabdehin daimi iş yeri olması barədə iddiaçının məlumatının olmaması olub. Hazırda iddiaçıya məlum olub ki, cavabdehin daimi iş yeri var. Belə olan halda cavabdehin əmək haqqının və gəlirlərinin qeyri-müntəzəmliyi və dəyişkənliyi ilə bağlı səbəblər aradan qalxıb.
7. Həmdə alimentin əmək haqqından tutulması cavabdehin indiyədək yayındığı aliment öhdəliklərinin qarşısnını alacaqdır.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 75 və 76-cı maddələrinə istinad etmişdir.
9. Səbail Rayon Məhkəməsinin 2(009)-387/2021 nömrəli, 05.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 14 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. (hakim İkin Rüstəmli)
10. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75.1, 75.4 və 76.1.1-ci maddələrinə istinad edərək, belə nəticəyə gəlib ki, iddiaçının cavabdehin qazancının dörddə bir hissəsi miqdarında aliment tələbi qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehin məhkəmə baxışında iştirakı təmin edilməyib; - birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işə birtərəfli baxılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulmuşdur. Belə ki, cavabdeh 11 oktyabr 2014-cü il tarixdə xarici vətəndaşla nikaha daxil olub, bu nikahdan cavabdehin iki övladı var; - cavabdehin arvadı xarici vətəndaş olduğu üçün heç yerdə işələmir, bütün ailə cavabdehin himayəsindədi r; - cavabdehin ailə vəziyyətində dəyişiklik olmuş, cavabdeh yeni ailə qurmuş və onun yeni nikahdan iki uşağı var. İddiaçının isə ailə və maddi vəziyyətində heç bir dəyişiklik olmayıb.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6893/2021 nömrəli, 29.07.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi) İkram Şirinov, Anar Tanrıverdiyev)
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaq hesab etmişdir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarının cavabdehin qazancının dörddə bir hissəsi məbləğində müəyyən edilməsi mövcud qanunvericiliyə uyğundur və apellyas iya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir.
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyası, Qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Azərbaycan Respublikasının ailə qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir.
16. Apellyasiya məhkəməsi vurğulayıb ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsin ə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
17. Apellyasiya şikayətini dəlillərinə gəldikdə, apellyasiya məhkəməsi göstərib ki, Cavabdeh ikinci dəfə ailə qurması, onu İddiaçı ilə birgə nikahdan olan uşağının saxlanması üçün maddi yardım göstərmək vəzifəsindən azad etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qay tarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırılması hüququnun pozulması məsələsinə apellyasiya məhkəməsi qiymət verməyib; - məhkəmə qətnamələri ilə daha əvvəl sabit pul məbləğində təyin edilmiş aliment cavabdeh tərəfindən ödənilir; - sonradan aliment məbləğinin artırılması və ya dəyişdirilməsi üçün əsas ola bilən iddiaçının ailə və maddi vəziyyətindən heç bir dəyişiklik baş verməyib (qətnamədə də belə bir hala istinad olunmur). Halbuki sonradan cavabdehin ailə vəziyyətində dəyişiklik baş vermiş, o, başqa bir şəxslə ailə həyatı qurmuş, iki övladı doğulmuş və beləliklə, cavabdehin saxlanılması üçün məsuliyyət daşıdığı şəxslərin dairəsi genişlənmiş, maddi öhdəlikləri artmışdır; - cav abdehin ailə vəziyyətinin dəyişdiyi və maddi öhdəliklərinin artdığı şəraitdə məhkəmə bu halları nəzərə almayaraq qanunvericiliyin tələblərini düzgün tətbiq etməyib, cavabdehin vəziyyətini ağırlaşdırmaq, öhdəliklərini artırmaq, digər şəxslərin maraqlarına toxunmaq istiqamətində qətnamə qəbul edib ki, bu da cavabdehin və digər şəxslərin hüquqlarını kobud şəkildə pozur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Kassasiya şikayətinə yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
22. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsi bar ədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 76.1.1. aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcə llənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən qətnamə tam yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzr ə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
27. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
28. Nəzərə alınsa ki, Ailə Məclləsinin 76.1.1-ci maddəsinə görə 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur, belə olan halda iş üzrə gəlinən nəticə işin müəyyən edilmiş halları na uyğun olmuşdur.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırılması hüququnun pozulması məsələsinə apellyasiya məhkəməsinin qiymət verməməsi barədə dəlillərinə münaisbətdə qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsində iştirakı təmin edilməsə də, nümayəndəsinin apellyasiya baxışında iştirakı təmin edilib. Mülki Prosessual Məcllənin 387.1-ci maddəsinə görə də prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
30. Cavabdehin ailə vəziyyətinin dəyişməsinin və maddi öhdəliklərinin artmasının nəzərə alınmaması barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla b u dəlilə apellyasiya məhkəməsi qiymət verib. (hazırki qərarın 17-ci bəndi)
31. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
32. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmal dır.
34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021 il tarixli 2(103)6893/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.