Məhkəmə qərarları › İş №2(102)-491/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-491/2023

24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-491/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi, "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi, "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh5 qarşı “zərərin əvəzinin ö dənilməsi, torpaq sahəsinin sahibliyinə və istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-329/2019 nömrəli iş ürzə 26 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh3nə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh5 qarşı cavabdehlərdən müştərək qaydada ******* manat vurduqları zərərin əvəzinin, 20 0000 manat pozulmuş hüquqla əlaqədar əldə edəcəyi gəlirin əvəzinin, 100000 manat mənəvi ziyanın əvəzinin, ümumilikdə ******* manat məbləğində pulun iddiaçının xeyrinə tutulması və mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək ilkin vəziyyətə qaytarılması, mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsinin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh5 Yusif oğlunun qeyri-qanuni sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən ümumilikdə ******* manatın tutulması və Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsini eyni vaxtda icra edilməsi barədə iddia ə rizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin (hakim S.Quliyeva) 20 sentyabr 2017-ci il tarixli 2(012)-463/2017 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh5 Yusif oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh5 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, İddiaçı Yusif qızının mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsinin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh5 Yusif oğlunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq İddiaçı sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər "xxxx" MMC, Cavabdeh 2 və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710.600 ( bir milyon yeddi yüz on min altı yüz) manat pulun tutularaq İddiaçı verilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manatın cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldildiyindən rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. Sumqayıt Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 09 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh5 Yusif oğlunun apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh5 Yusuf oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh5 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsi cavadehlər "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh5 Yusif oğlunun qanunsuz sahibliyindən və ist ifadəsindən geri alınaraq İddiaçı sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada 500.000 (beş yüz min) manat tutularaq iddiaçı X1 verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu 30 manat cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 oglu və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada alınaraq iddiaçıya verilməsi, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu isə cavabdehlərin özlərinə aid edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq və xətşünaslıq ekspertizalarının dəyəri 200 manat cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22), hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 2(102)-4676/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi) X2, X5) kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyəti, Cavabdeh5 Yunis oğlu və vəkilləri Zülfüqarov Rüstəm Məhəmməd oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 saylı qə tnaməsindən kassasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin 02 iyun 2020-ci il tarixli, 2(102)-3603/2020 nömrəli qərardadı cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin kassasiya şikayətinin icraata qəbulu hissəsində ləğv edilmiş, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışın dan çıxarılaraq, Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(102)-3603/2019 nömrəli qərarı ilə Cavabdeh5 Yusif oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh5 Yusif oğluna münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 saylı qətnaməsi ilə Cavabdeh5 ape llyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi Cavabdeh5 münasibətdə təmin olunmuş hissələrdə, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində Cavabdeh5 Yusif oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin Cavabdeh5 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, İddiaçı Yusif qızının mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsinin Cavabdeh5 Yusif oğlunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq İddiaçı sahibliyinə və istifadəsinə verilməsi və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200000 manat, 05 noyabr 2015- ci il tarixdə verilmiş 500000 manat olmaqla, cəmi ******* manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq İddiaçı verilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin edilməmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

9. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər T.Məmmədov, Ş.Abasov və Z.Məmmədov) 30 mart 2022-ci il tarixli, 2(105)-407/2021 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmədiyindən kassasiya şi kayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

11. Cavabdeh2 09 yanvar 2019-cu il tarixli qətnamədən kassasiya şikayəti vermişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 2(102)-3763/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 03 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-329/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılması və iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tar ixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti ona geri qaytarılması qərara alınmışdır. g) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat

14. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsindən kаssаsiyа şikаyəti və prossesual müddətin bərpasına dair ərizə vermişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər S.Qafari, E.Əhmədov, İ.Dəmirov) 26 oktyabr 2022-ci il tarixli, 2(105)-329/2019 nömrəli qərardadı ilə Cavabdeh2 prossesual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

16. Həmin qərardaddan Cavabdeh2 kаssаsiyа şikаyəti vermişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsini xx.xx.2021-ci il tarixdən əvvəl rəsmi qaydada almaması sübut olunur, bu isə ona münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1. maddəsinə əsasən müəyyən edilmiş 2 aylıq kassasiya şikayəti vermək müddətinin ötürülmədiyini göstərir.

18. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi tərəflərə, o cümlədən Cavabdeh2 göndərilmiş, qətnamənin onun ünvanı üzrə çatdırılması barədə poçt sənədləri iş materiallarına əlavə olunmasa da, sonuncu həmin qətnamədən digər cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında kassasiya instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən işə yeni apellyasiya qaydasında baxılarkən xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermiş və 30 mart 2021-ci il tarixli qərardadla kassasiya şikayəti vermək hüququ olmadığından (Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsindən şikayət vermədiyindən) geri qaytarılması qərara alınmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixli ərizəsi əsasında işin birinci apellyasiya icraatında qəbul edilmiş 09 yanvar 2019-cu il tarixli qətnamənin surəti xx.xx.2021-ci il tarixdə Cavabdeh2 təqdi olunmuş və o, həmin qətnamədən 06 yanvar 2022-ci il tarixdə kassasiya şikayəti vermiş, onun şikayəti baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilsə də, kassasiya i nstansiya məhkəməsi qətnamədən təxminən iki il müddət keçdikdən sonra şikayət verdiyini, apellyasiya instansiya məhkəməsinin isə prosessual müddətlə bağlı məsələni iclasda iştirak edən cavabdehlə müzakirə emədiyi qənaətinə gələrək Sumqayıt Apellyasiya Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadını ləğv etməklə, şikayəti baxışdan çıxarılması qərara alınmışdır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil1 müddətin ötürülməsi səbəbi kimi qətnamənin surətinin onlara təqdim edilməməsini göstərmişdir.

20. Lakin Cavabdeh2 həm təkrar apellyasiya baxışında iştirak edərkən belə həmin qətnamənin mövcudluğundan xəbərdar olsa da, qətnamənin əldə etməsinə belə cəhd etməmiş, yalnız təkrar apellyasiya baxışının nəticəsi olan xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarıldıqdan sonra, xx.xx.2019-cu il tarixli qətnamədən kassasiya şikayəti vermək qərarına gəlmişdir.

21. Göründüyü kimi kassatorun mübahisələndirilən məhkəmə aktından kassasiya instansiyası məhkəməsinin göstərdiyi kimi əvvəlcədən xəbərdar olmuş və digər cavabdehin şikayəti əsasında təkrar apellyasiya baxışında iştirak etmiş, lakin bu zaman həmin qətnamədən şikayət vermək hüququndan kifayət qədər istifadə etmək imkanı olduğu halda, istifadə etməmişdir.

22. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 128.2, 129.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil1) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını və qətnamədən verilmiş kassasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)329/2019 saylı qərardadından Cavabdeh2 Əlisəfa oğlunun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eti raz onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi artıq qüvvəsini almış və icraya yönəldilmişdir, tərəflər isə həmin qətnaməni rəsmi qaydada almışlar. Belə ki, iş materiallarında olan aktdan görünür ki, Cavabdeh2 Əlisəfa oğlu İddiaçı sözügedən qətnamənin icrası ilə əlaqədar olaraq 500.000 manat məbləğində ödəniş etmişdir. Bu halı Cavabdeh2 Əlisəfa oğlu kassasiya şikayətində qeyd etmişdir. Bu da cavabdehin qətnaməni almasını və tərəfindən icra olunmasını bir daha təsdiq olunmasıdır. Belə olan halda kassasiya şikayəti müddəti ötürməklə verdiyindən ümumiyyətlə icraata qəbul edilməli deyildir. Həmçinin cavabdeh kassasiya şikayətinə ötürülmüş müddətin üzrlü hesab edilməsi ilə bağlı ərizə də əlavə etməmiş, apellyasiya in stansiyası məhkəməsi bu halı yoxlamamışdır. Qeyd etmək zəruridir ki, həmin icra sənədinin icrası ilə bağlı kassator İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilmişdir. Belə olan halda, məhkəmə qətnaməsindən məlumatsız olması ilə bağlı dəlillər inandırıcı deyildir. c) İşdə iştirak edən şəxslərin müraciətləri

26. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin mülahizəsi daxil olmuşdur, mülahizədə cavabdeh siyahısından çıxarılaraq agentliyə münasibətdə xitam verilməsi məhkəmədən xahiş olunur.

27. Kassatorun vəkili Vəkil1 məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə yeni sübutlarının olduğunu, bir hissəsinin elektron qaydada göndərildiyini, sübutlar barədə Cavabdeh2 özünün vəkili ilə birlikdə məhkəmə iclasında iştirak edib izahat verməsinin zəruri olduğunu qeyd edərək kassasiya şikayətinə tərəflərin iştirakı ilə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir.

28. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, işə məhkəmə iclasında baxılması barədə verilmiş vəsatət həmin Məcəllənin 407.1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əsaslandırılmadığından təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

30. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmı ş müddəti bərpa edir.

31. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

32. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

33. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

39. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi tərəflərə, o cümlədən Cavabdeh2 göndərilmiş, qətnamənin onun ünvanı üzrə çatdırılması barədə poçt sənədləri iş materiallarına əlavə olun masa da, sonuncu həmin qətnamədən digər cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında kassasiya instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən işə yeni apellyasiya qaydasında baxılarkən xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermiş və 30 mart 2021-ci il tarixli qərardadla kassasiya şikayəti vermək hüququ olmadığından (Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsindən şikayət vermədiyindən) geri qaytarılması qərara alınmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixli ərizəsi əsasında işin birinci apellyasiya icraatında qəbul edilmiş 09 yanvar 2019-cu il tarixli qətnamənin surəti xx.xx.2021-ci il tarixdə Cavabdeh2 təq di olunmuş və o, həmin qətnamədən 06 yanvar 2022-ci il tarixdə kassasiya şikayəti vermiş, onun şikayəti baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilsə də, kassasiya instansiya məhkəməsi qətnamədən təxminən iki il müddət keçdikdən sonra şikayət verdiyini, apellyasiya instansiya məhkəməsinin isə prosessual müddətlə bağlı məsələni iclasda iştirak edən cavabdehlə müzakirə emədiyi qənaətinə gələrək Sumqayıt Apellyasiya Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadını ləğv etməklə, şikayəti baxışdan çıxarılması qərara alınmışdır.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəmə sinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-329/2019 nömrəli iş ürzə 26 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar