Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4911/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ iş № 2(102)-4911/20 İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: borcun ödənilməsi Açar sözlər: borc müqaviləsi, iddia müddəti 04.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı və vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-575/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2 020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 18000 ABŞ dolları məbləğində borc pul vermiş, sonuncu isə həmin məbləğdə borc pulu bir ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat xx xxx 2019-cu il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona borclu olduğu 18000 ABŞ dolları pulun ödəndiyi günə manatla ekvivalentinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiq edilmişi barədə yazılı ərizə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2735/2015 nömrəli iş üzə xx xxx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia təmin edilmiş, cavabdehdən 18.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 425.1, 442-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən iddiaçı cavabdehə 18000 ABŞ dolları məbləğində borc pul vermiş, cavabdeh isə həmin məbləğdə borc pulu 1 ay müddətinə qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş ərizədə iddia müddətin in axımının nə zamandan başlamasını müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçı izahatlarında dəfələrlə cavabdehlə əlaqə saxladığını bildirmiş və bunu təkzib edəcək hər hansı sübut da məhkəməyə daxil olmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən məhkəməyə daxil olan ərizə əsaslı deyildir və təmin olunmamalıdır. Cavabdeh həmin qətnamədən verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsassız olaraq mübahisəyə iddia müddətini tətbiq etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-575/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova, S.A.Qafari, F.Ə.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3, 375.2-ci maddələrinin tələbləri ilə əsaslandırmış və hesab etmişdir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmış, müqavilənin icra müddəti bir ay müəyyən edilmiş, iddiaçı isə xx.xx.2019-cu il tarixdə, yəni 6 il 3 ay 14 gündən sonra məhkəmədə iddia qaldırmışdır. Yəni qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arı pozulmuş və düzgün tətbiq edilməmiş, təqdim edilmiş sübutlar düzgün qiymətləndirməmiş, iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətinin müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərarın çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında yoxlanılır. Tətbiq ed ilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində yanlışlığa yol verildiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. İddiaçı hazırki tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən və cavabdeh tərəfindən işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən iddianın rədd edilməsi barədə iş üzrə gəlinən nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mü lki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4911/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4911/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver