Məhkəmə qərarları › İş №2(102)-4912/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4912/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4912/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, evdən çıxarılma və evin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.06.2020-ci il tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh1 tərəf indən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 əsas borc 40278.24 manat, əsas borca hesablanmış faiz borcu - 2864.66 manat olmaqla, cəmi 43142.90 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.03115 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 126.8 kv.m, yaşayış sahəsi 83.5 kv.m, yardımçı sahəsi 43.3 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin 55000 (əlli beş min) manat müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 0.03115 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 126.8 kv.m, yaşayış sahəsi 83.5 kv.m, yardımçı sahəsi 43.3 kv.m olan fərdi yaşayış evindən çıxarılmaları və həmin evin boşaldılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) 04 iyul 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi i lə iddia qismən təmin edilmiş, İddiaçı ASC-nin xeyrinə Cavabdeh1 40278.24 manat əsas borc, əsas borca hesablanmış 2864.66 manat faiz borcu ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş cəmi 30 manat xərc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 43202,90 manat tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 03115 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 126.8 kv.m, yaşayış sahəsi 83.5 kv.m, yardımçı sahəsi 43.3 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və həmin yaşayış sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti hesabına iddiaçının xeyrinə ümumil ikdə 43202,90 manat pul ödənilməsi, borc məbləği tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması və tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqda cavabdehlər ən geci bir ay ərzində evi tərk etmədikdə evdən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Rəhimov, G.Tağızadə və T.Quliyev) 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, X5 saylı qətnaməsi qismən, yəni faiz borcunun məbləği və fərdi yaşayış evinin qiyməti hissəsində dəyişdirilmiş, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması qət edilən faiz borcunun məbləğinin 2.404,93 manat, fərdi yaşayış evinin dəyərinin isə 91000 manat həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsidə həll edilmişdir. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.06.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq etməyərək, əlavə araşdırma aparmadan, cavabdehin şifahi vəsatətlərinə məhəl qoymadan iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənərək qətnamə qəbul etmişdir. Məhkəmə qeyd edilənləri və məhkəməyə təqdim edilən sübutları nəzərə almayaraq, iddiaçı tərəfindən təşkil edilmiş “MBA” Qiymətləndirmə şirkətinin rəyini nəzərə alaraq əlavə araşdırma aparmadan fərdi yaşayış evinin bazar dəyərini 91000 manat kimi qəbul edərək qətnamə qəbul etmişdir. Halbuki, şifahi vəsatətlərlə məhkəməyə müraciət edərək digər müstəqil qiymətləndirmə şirkətlərinə müraciət etmək istəyi rədd edilmişdir. Çünki bu tip fərdi yaşayış evinə 91000 manat qiymət qoyulması absurddur və heç bir reallığı əks etdirmir. İddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra ödədiyi ödənişlərin nəzərə alınıb-alınmaması yoxlanılmamışdır. Apelyasiya məhkəməsi mübahisəli məsələyə birtərəfli mövqədən yanaşaraq iddiaçının xeyrinə şərh edərək fərdi yaşayış evinin qiyməti ilə bağlı əlavə araşdırma aparmamış iş materiallarında olan sənədlərə və fər di yaşayış evinin köhnə şəkillərinə əsaslanaraq qəbul edilmiş qiymətləndirmə rəyinə və ehtimala əsaslanaraq əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri ipotekanın satış qiyməti və borc məbləğinin düzgün müəyyən e dilməməsi barədə olduğundan kassasiya baxışının hədlərini həmin hissələrin qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin «Nəsimi» filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2017-ci il tarixli, 105850-110060/3 №-li kredit müqaviləsinin 1.1. və 1.2. bəndlərinə əsasən Bank tərəfindən Cavabdeh1 illik istifadə haqqı 36 ay müddətinə şəxsi istehlak məqsədi ilə 50600 (əlli min altı yüz) manat məbləğində kredit verilmiş, borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və ya qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 № əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 18 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhd əsinə götürmüşdür. Kassa məxaric orderinin təsdiqlənmiş surətinə əsasən Cavabdeh1 50600 (əlli min altı yüz) manat kredit məbləğini 22 noyabr 2017-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən imza edərək qəbul etmişdir. Qeyd edilən müqavilənin 4.1. bəndinin şərtindən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona 36 ay müddətinə illik 18% olmaqla verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 22.12.2017-ci il tarixdən başlayaraq 14.11.2020-ci il tarixinədək, 50600 manat əsas, 15247.99 manat faiz borcu olmaqla, hər ay banka 1829.31 manat (sonuncu ay 1822.14 manat) ödəməklə qaytarmalıdır. 14 noyabr 2017-ci il tarixli, 105850-110060/3 №-li Sonrakı İpoteka müqaviləsindən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən 25.07.2014-cü il tarixli seriya RX ******* №-li Çıxarışdan, həmçinin, işin digər materiallarından görünür ki, bir tərəfdən iddiaçı - İddiaçı ASC-nin «Nəsimi» filialı, ikinci tərəfdən kredit müqaviləsi üzrə ipoteka qoyan borclu - Cavabdeh1 ipoteka müqaviləsi bağlamaqla, Bankla borc alan arasında bağlanmış 14 noyabr 2017-ci il tarixli, 105850-110060/3 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.03115 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 126.8 kv.m, yaşayış sahəsi 83.5 kv.m, yardımçı sahəsi 43.3 kv.m olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər və bu barədə rəsmi dövlət qeydiyyatı aparılmışdır. Həmin müqavilənin 2.2. bəndinə əs asən ipoteka predmetinin likvid dəyəri 55000 (əlli beş min) manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində 25.07.2014cü il tarixdə qeydiyyata alınmışdır. “xxxx” MMC tərəfindən verilmiş 30.05.2019-cu il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsində Cavabdeh1 mülkiyyətində olan 0.03115 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 126. 8 kv.m ümumi, 83.5 kv.m yaşayış, 43.3 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 6.8 kv.m olan hasar (liter İ) və metal darvazalardan (liter İİ) ibarət 8 nömrəli fərdi yaşayış evinin hal-hazırda bazar qiyməti: 90000 (doxsan min) manat təşkil edir. Birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alınmaqla ondan iddiaçının xeyrinə 40278.24 manat əsas, əsas borca hesablanmış 2864.66 manat faiz borcu olmaqla, cəmi 43142.90 manat borc, tutulması, ipoteka predmetinin isə ilkin satış qiymətinin qiymətləndirmə rəyinə əsasən 90000 (doxsan min) manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəli lərinə əsasən iş üzrə məhkəmə- mühasibatlıq və təkrar qiymətləndirmə ekspertizaları təyin etmiş hesab etmişdir. Məhkəməyə təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2020-ci il tarixli, 4710 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 14.11.2017-cü il tarixdə bağlanmış 105850110060/3 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-nə olan borcu 40.761,55AZN əsas, 2.404,93AZN faiz borcu müəyyən edilir. Mülki iş üzrə “xxxx” MMC tərəfindən verilmiş 05.06.2020-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, A.Şaiq küçəsində Cavabdeh1 mülkiyyətində olan 0.03115 ha torpaq sahəsi ilə birlikdə, həmin to rpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 126.8 kv.m ümumi, 83.5 kv.m yaşayış, 43.3 kv.m yardımçı sahədən və tikintialtı sahəsi 6.8 kv.m olan hasar (liter İ) və metal darvazalardan (liter İİ) ibarət 8 nömrəli fərdi yaşayış evinin hal-hazırda bazar qiyməti 91000 (doxsan bir min) manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi həmin rəyləri nəzərə almaqla hesab etmişdir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, borcun tutulması və fərdi yaşayış evinin qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması qət edilən faiz borcunun məbləği 2.404,93 manat, fərdi yaşayış evinin qiyməti isə 91000 manat həddində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı dır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqavilələri üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən həmin müqavilələrdən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tutulan borcun məbləği və ipotekanın satış qiyməti müvafiq ekspertizalar keçirilməklə müəyyən edilmişdir. Həmin rəyləri düzgün olmaması barədə kassator məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Həmçinin cavabdeh kassasiya şikayətində bank məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra edilmiş ödənişlərin nəzərə alınmaması göstərmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının 21.02.2019-cu il tarixə olan borcu müəyyən edilə rək tutulduğundan, 18.10.2019, 15.11.2019 və 25.12.2019-cu il tarixlərdə ödənilmiş cəmi 900 manat məbləğində ödəniş qətnamənin icra mərhələsində nəzərə alınmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «M əhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını d əyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 05 iyun 2020-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar