Məhkəmə qərarları › İş №2(102)-4914/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4914/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4914/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4914/20 (Açar sözlər: borc tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-516/2020 nömrəli, 10 mart 2020-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 10801,17 manat məbləğində əsas borc, 1515,09 manat məbləğində faiz borcunun, cəmi 12316,26 manat məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində 1-ci icraat Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(060)-349/2017 saylı qətnaməsi ilə (hakim İ.Mahmudov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 984,32 manat məbləğində əsas borcun, 1776,43 manat məbləğində faiz borcunun, cəmi 2760,75 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə iddia tələbi ni qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 442.1, 449.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər - F.Məmmədov (sərlik edən və məruzəçi), T.Quliyev və Z.Məmmədov) xx xxxx 2020-ci il tarixli, 2(105)-516/20 nömrəli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(060)-349/2017 saylı qətnaməsi ləğv edilərək, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri-ümumilikdə 245 (iki yüz) manat İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən 52.1, 191.1, 191.2, 261.0.4, 370.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC kassasiya şikayəti verərək qərardadın qismən-245 manat ekspertiza xərcinin cavabdehdən tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh borcunu tam olaraq ödədiyi üçün iddiadan imtina edildiyindən, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Lakin işə baxan məhkəmə əsassız olaraq ekspertiza xərclərini iddiaçıya aid etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vax tı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Məhkəmə kollegiyası MPMin 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 122.1 iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı ASC-nin verdiyi kassasiya şikayəti ona əsaslanmışdır ki, cavabdeh borcu ödədiyi üçün iddiadan imtina edilmişdir və iş üzrə keçirilmiş ekspertiza xərci də cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 122.1-ci ma ddəsinə istinad edərək, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri-ümumilikdə 245 (iki yüz qırx beş) manat İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, işdən görünür ki, 1-ci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayətini iddiaçı bank vermişdir. Bank hesablanmış məbləğlə razılaşmayaraq şikayət vermiş və məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilmişdir. Sonradan iddiaçı tələbindən imtina etmiş və bildirmişdir ki, cavabdeh borcunu tam olaraq ödəmişdir. Lakin iddiaçı cavabdehlə hansı məbləğə razılaşdıqlarını, cavabdehin hansı məbləği ödəməsinə dair heç bir sübut təqdim etməmişdir. Nə qədər ki, ekspertiza məhz iddiaçının şikayətindən sonra keçirilmiş və iddiaçı ekspertiza rəyində n asılı olmayaraq iddiadan imtina barədə ərizə vermişdir, belə olan təqdirdə çəkilmiş xərclər də iddiaçıya aid edilməlidir. İddiaçının məbləğlə razılaşmayaraq apellyasiya şikayəti verməsinin nəticəsi olaraq ekspertiza keçirilmiş, lakin iddiaçı cavabdehin hansı məbləği ödəməsinin əvəzi olaraq iddiadan imtina etməsinə dair sübut təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-516/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar