Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4915/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-165/2020 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov, iş № 2(012)-826/2019) İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 30.386,34 ABŞ dolları, faiz borcu 3518,32 ABŞ dolları, 1000 ABŞ dolları cərimə, cəmi 34.904,66 ABŞ dolları borcun və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla borcun, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun və xidmət haqqının, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 116.2 kv.m, yaşayış sahəsi 64.6 kv.m, yardımçı sahəsi 51.6 kv.m olan 3 otaqlı mənzilin açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə ediləcək məbləğ hesabına cəmi, 34.904,66 dollar borcun və ya ödəniş g ününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla borcun, tutmanın ipotekaya yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun və xidmət haqqının, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Məmmədov, L.M.Məmmədova və S.A.Qafari) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilərək, faiz borcu üzrə 256,98 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları Cavabdeh tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 130.000 manat müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: xx xxx 2015-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik istifadə dərəcəsi 20 faiz olmaqla 36 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzil bank qarşında ipoteka ilə yüklü edilmişdir. 2019-cu ilin yanvar ayında İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka ümumilikdə 65.106,14 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərərək həmin borcun ipotekaya tutma yönəldilmə si ilə bağlı bildirişin qeydə alınması üçün 31 manat məbləğində rüsumun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldillməsi və s. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhk əmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verilməmiş, işə apelyasiya qaydasında yalnız Cavabdeh tərəfindən verilmiş şikayət əsasında baxılmış və cavabdehdən tu tulması qət olunmuş faiz və cərimə borcunun məbləği azaldılmaqla qətnamə qismən dəyişdirilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən əsas və faiz borcuna dair hissələrdə mübahisələndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əm lak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı iş üzrə kredit müqaviləsinə və ödəniş cədvəlinə görə Cavabdeh banka 100.000 ABŞ dolları məbləğində kredit borcunu və kreditdən istifadə haqqı kimi 33.788,91 ABŞ dolları məbləğində faiz ödəmək barədə üzərinə öhdəlik götürmüş, iş üzrə aparılmış xx xxxxxx 2019-cu il tarixli ekspertiza rəyinə görə Cavabdeh xx xxx 2018-ci il tarixə banka əsas borc üzrə 42.051,40 ABŞ dolları, faiz borcu üzrə 256,98 ABŞ dolları olmaqla, cəmi 42.308,38 ABŞ dolları təşkil etməsi müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinə görə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş əsas və faiz borc məbləği cavabdeh tərəfindən ödəni lmədən qalmışdır. Ekspert rəyinə əsasən faiz borcunun məbləği tələbdən az olsa da, əsas borc tələbdən çoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən bank tərəfindən apelyasiya şikayəti verilmədiyindən əsas borcun məbləği tələbdən artıq ola bilməz. Cavabdeh isə tələb edilən məbləğ ilə razı olmadığından apelyasiya şikayətinə əsasən faiz borcunun məbləği rəy ilə müəyyən edilmiş 256,98 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsində təsbit olunmuş səlahiyyətindən çıxış edərək hesab etmişdir ki, iddiaçı bank tərəfindən tələb edilən dəbbə pulunun minimal miqdara qədər azaldılması cavabdehin kredit müqaviləsi üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olduğundan, cərimə borcunu azaldaraq 100 ABŞ dolları məbləğində müəyyən etməklə, cavabdehdən tutulmalı əsas borc məbləğinə dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4915/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4915/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver