Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4916/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-811/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.03.2015-ci il tarixli kredit №DP/28748/50/15 saylı kredit sazişindən görünür ki, həmin sazişə əsasən Cavabdeh1 48 ay müddətinə illik 25 % olmaqla 10245 ABŞ dolları məbləğində kredit verilmişdir. 17.03.2015-ci il tarixli kredit №DP/28748/50/15 saylı kredit sazişindən görünür ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. 17.03.2015-ci il tarixli kredit №DP/28748/50/15 saylı kredit sazişindən görünür ki, həmin saziş üzrə zaminlərin öhdəliklərinin icrası müddəti 17.03.2020-ci il tarixdə başa çatmışdır. 02.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 5971,83 ABŞ dolları əsas borc, 6869,54 ABŞ dolları faiz borcu və 0 ABŞ dolları cərimə borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 5971,83 ABŞ dolları əsas borc, 6869,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12841,37 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.03.2015-ci il tarixli kredit sazişinə əsasən cavabdehə 48 ay müddətinə illik 25 % olmaqla 10245 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş cədv əlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh ilə aralarında bağlanmış kredit sazişinin müddətinin bitməsinə baxmayaraq hazırkı vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Zamin Cavabdeh2 və ikinci zamin Cavabdeh3 həmin sazişə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Cəbrayıl Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Nuriyev, iş № 2(072)-313/2020) iddianın Cavabdeh1 aid hissədə təmin edilməsi, Cavabdeh1 qətnamənin icr a ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli valyuta ilə hesablanaraq 5971,83 ABŞ dolları əsas borc, 6869,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12841,37 (on iki min səkkiz yüz qırx bir dollar otuz yeddi sent) ABŞ dolları və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 17.03.2015-ci il tarixli kredit №DP/28748/50/15 saylı kredit sazişi üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 zaminliklərinə xitam verilməsi, iddia tələbinin cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qarşı hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı 17.03.201 9-cu il tarixdən 1 il ərzində, yəni 17.03.2020-ci il tarixədək hər hansı bir tələb irəli sürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 17.03.2015-ci il tarixli kredit №DP/28748/50/15 saylı kredit sazişi üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən narazı qalan İddiaçı ASC-nin nümayəndəsi X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-313/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğu üçün aşağıda qeyd olunan əsaslarla ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qeyd olunmalıdır ki, daha öncə iş üzrə iddia qaydasında məhkəməyə 30 dekabr 2016-cı il tarixdə müraciət edilm iş və iş məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının icrası ilə bağlı 2019-cu ildə məhkəməyə müraciət edə bilməmişlər. 13 iyun 2020-ci il tarixində Cəbrayıl rayon Məhkəməsinə ərizə ilə təkrar müraciət etsələr də, məhkəmə həmin halı nəzərə almamışdır. Cəbrayıl Rayon Məhkəməsi işə baxarkən cavabdehlər məhkəmə bildirişini qəbul etsələrdə məhkəmə iclasına gəlməmiş, məhkəmədə zaminliklə bağlı müddətin tətbiqini xahiş etməmiş, bu barədə məhkəməyə yazılı qaydada ərizə ilə müraciət etməmişdir və məhkəmə öz təşəbbüsü əsasında zaminlik müqaviləsinə xitam vermişdir. Belə ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış 17 mart 2015-ci il tarixli İddiaçı ASC-nin kreditləşmə və xidmət müqaviləsinin şərtlərində qeyd edil mişdir ki, (2.1) Müqaviləyə əsasən zamin müqavilə ilə müəyyən olunan şərtlərdə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdəsinə götürür. Xidmət şərtləri tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişlərinin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Müştəri bu şərtləri imzalamaqla onlarla tanış olduğunu və gələcəkdə bağlanacaq kredit sazişləri üzrə də onun hüquq və vəzifələrinin bu şərtlərlə müəyyən edildiyini qəbul edir. (9.2) Xidmət şərtləri tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişləri üzrə tətbiq ediləcəyindən qeyri-müəyyən müddətdə qüvvədədir. (9.3) Kredit Sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər Bankın xeyrinə icra olunduğu an dan qüvvədən düşür. (11.18) Müqavilə, o cümlədən xidmət şərtləri, hər hansı cəm şəkilçisi daxil edilib-edilməməsindən asılı olmayaraq, kredit müqaviləsi üzrə eyni tərəfdə birdən artıq müqavilə iştirakçılarına münasibətdədə qüvvədədir. (6.12) Zamin, Müqavilədən irəli gələn pul öhdəlikləri müştəri tərərfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında müştəri ilə birlikdə birgə məsuliyyət daşıyır. Tərəflərin qəbul etdiyi “Xidmət şərtləri” müqaviləsindən göründüyü kimi zaminlər “Xidmət Şərtləri” müqaviləsi qüvvədən düşənə qədər, yəni öhdəlik tam icra olunana qədər məsuliyyət daşıyırlar. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov, N.Mirzəyev, iş № 2(106)-811/2021) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-313/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Fərid Mustafayev tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2015-ci il tarixli kredit sazişinə əsasən cavabdehə 48 ay müddətinə illik 25 % olmaqla 10.245 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh ilə aralarında bağlanmış kredit sazişinin müddətinin bitməsinə baxmayaraq hazırkı vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Zamin Cavabdeh2 və ikinci zamin Cavabdeh3 həmin sazişə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Nəticədə borclunun 17 mart 2015ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5.971,83 ABŞ dolları əsas borc, 6.869,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12.841,37 ABŞ dolları borcu yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş 17 mart 2015-ci il tarixli kredit müqaviləsini əsas götürməklə, Cavabdeh1 tərəfindən müqavilə şərtlərinə əməl olunmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin hər üç cavabdehdən tələb edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin iddia tələbinin zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə zaminliyin qüvvədə olma müddətinin keçməsinə görə zaminliyə xitam verildiyindən, onlara münasibətdə iddia tələbini təmin etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)811/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlar a təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin qismən ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-c i maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlər də pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştir ak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar ki mi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, «… Hazırkı zaminlik müqaviləsində belə bir müddət dəqiq göstərilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından iddiaçının apelyasiya şikayətində göstərildiyi dəlillər formal mülahizəyə əsaslanmaqla, mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin zaminlərə münasibətdə iddianın əsassız olaraq təmin edilməməsi, birinci dəfə məhkəməyə 30 deka br 2016-cı il tarixdə müraciət edilməsi və işin məhkəmənin icraatına qəbul edilməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə zaminlərə münasibətdə iddianın təmin edilməməsi hissəsində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi Fərid Mustafayev birinci dəfə məhkəməyə 30 dekabr 2016cı il tarixdə müraciət edilməsi və işin məhkəmənin icraatına qəbul edilməsi və zaminlərə münasibətdə iddianın təmin edilməməsi hissəsində apelyasiya şikayətinin dəlillərini əsaslandırmaq üçün apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, məhkəmə iclasında i ştirak edərək, belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu isə apelyasiya şikayətinin formal mülahizələrlə əsaslandırıldığını göstərir. Odur ki, apelyasiya şikayəti zaminlərə münasibətdə iddianın təmin edilməməsi hissəsində əsaslı olmadığından təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin cavabdehlərin məhkəmədə zaminliklə bağlı müddətin tətbiqini xahiş etməmələri, bu barədə məhkəməyə yazılı qaydada ərizə ilə müraciət etməmələri və məhkəmənin öz təşəbbüsü əsasında zaminlik müqaviləsinə xitam verməsi barədə dəlilini də əsassız hesab edir. Belə ki, qanunun tələbinə görə zaminlik müqaviləsi üzrə müddətin tətbiqi üçün cavabdehin ərizə verməsi tələb olunmur. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş mate riallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.» Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-811/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4916/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4916/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver