Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4916/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – vəkil imzalamayıb, məbləğ azdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 1800/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzər də keçirərək, MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı maddi zərərin əvəzi olaraq 7784 manatın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(060)-x/2023 saylı qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilərək 5698 (beş min altı yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində avtomobilə dəymiş ziyanın əvəzi, 100 (yüz) manat məbləğində ekspertiza xərci və 200 (iki yüz) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 5998 (beş min doqquzyüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul və 75 (yetmiş beş) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Həmin qətnamədən cavabdehlər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-x/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə ( hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X1) apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-xx/2023 saylı, 20 iyun 2023cü il tarixli qətnaməsinin qismən- “iddia tələbinin və ekspertiza xərcinin Cavabdeh1 aid təmin edilən hissəsində” ləğv edilməsi, iş üzrə bu hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməsi,qətnamənin mübahisələndirilən digər hissələrdə yəni, 5698 (beş min altı yüz doxsan səkk iz) manat 90 (doxsan) qəpik məbləğində avtomobilə dəymiş ziyanın əvəzi, 100 (yüz) manat məbləğində ekspertiza xərci və 200 (iki yüz) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 5998 (beş min doqquz yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul və 75 (yetmiş beş) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi; iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 39 (otuz doqquz) manatının Cavabdeh2, 11 (on bir) manatının isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. İddiaçı və Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermişlər.
6. Məhkəmə kollegiyası kassasiya şikayətlərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh X kassasiya şikayəti qeyri-mümkün hesab edil məli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
7. Belə ki, Cavabdeh2 kassasiya şikayətində ondan 1572,90 manatın tutularaq iddiaçıya verilməli olduğunu bildirir. Belə olan halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş minimum məbləğdən (beş min manat) azdır. Çünki apellyasiya instansiyası cavabdeh X iddia ərizəsində tutulması tələb olunan məbləğin 5998,90 manatlıq hissəsinin tutulmalı olduğu nəticəsinə gəlmiş, cavabdeh isə kassasiya şikayətində ondan 1572,90 manat tutulmalı olduğunu bildirməklə, mübahisələndirdiyi məbləğ 4426 manat (5998,90-1572,90=4426) təşkil edir.
8. Belə olan halda, cavabdeh X tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı oldu ğundan həmin hissədən kassasiya şikayəti verilə bilməz.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
10. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemində cavabdehin vəkili olan Vəkil2 kassasiya şikayətini elektron qaydada imzalamamışdır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; 12. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1, 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassas iya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cavabdeh X kassasiya şikayətini qaytarmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; 16. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
17. Cavabdeh2 kassasiya şikayəytinə baxmaq üçün prosessual əsaslar olmadığına görə qeyri-mümkün hesab ediməli və geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir
18. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 25 sentyabr tarixli, 2(105)-xx/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.