Məhkəmə qərarları › İş №2(102)-492/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-492/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-492/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Məmmədov Zamin Əli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh x3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-689/2019 saylı, 03 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Səmədov) x1 ilə x2-nin arasında bağlanmış 29.10.2014-cü il tarixli 535/H-14 nömrəli kredit müqaviləsi üzrə 02.04.2018-ci il tarixinə olan əsas borc kimi 319.000 manat, faiz borcu kimi 11.851,02 manat, cərimə borcu kimi 30.000 manat, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi kimi 31 manat, cəmi 360.912,02 manat borcalandan bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən, məruzəçi), Ş.Məmmədova və V.Həsənov, 2(103)526/2019 saylı mülki iş) hazırki iş üzrə akı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsi mübahisələndir ilən hissədə dəyişdirilmədən saxlanmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2-yə və qeyrilərinə qarşı “müqavilə üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Məmmə dov Zamin Əli oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, borcalanın bank qarşısında birinci instansiya məhkəməsinin qətnaməsində göstəri lən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Dəbbə pulunun məbləği müəyyən edilərkən tənasüb nəzərə alınmışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x3nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar