Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4921/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü) 15.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-665/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin İddiaçı (bundan sonra – iddiaçı) ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Cavabdeh (bundan sonra – cavabdeh) izahatında ondan borc aldığını etiraf etmiş, lakin 3900 manat deyil, 2300 manat aldığını və tam tərkibdə qaytardığını bildirərək ona heç bir borcunun qalmadığını qeyd etmişdir. Həmin materialda olan cavabdehin izahatının surətindən görünür ki, o, iddiaçıdan ümumilikdə 3900 manat deyil, 2300 manat borca pul aldığını və həmin pulu 5 ay ərzində qaytardığını və hazırda heç bir borcunun olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhk əməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödənilməmiş 3500 manatın və Mərkəzi Bankın bank uçot dərəcəsinə əsasən müəyyən edilmiş 297,50 manatın onun xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi 2017-ci ildən tanıyır. Cavabdeh 2018-ci ilin oktyabr ayının ortalarında ona anasının ağır xəstə olduğunu, cərahiyyə əməliyyatı aparmaq üçün 3900 manat pul lazım olduğunu demişdir. Cavabdehin anasının ağır xəstə olduğunu bilən zaman o, özü də pis olmuş və cavabdehə 3900 manat pul tapıb verəcəyini demişdir. O, cavabdehə inandığı üçün evindən anasının topladığı 3900 manat pulu “20 Yanvar” metrostansiyasının yaxınlığında cavabdehə vermişdir. Cavabdeh vəd verdiyi müddət bitdikdən sonra o, pulunu geri tələb edəndə cavabdeh müxtəlif vaxtlarda verəcəyini bəhanə edərək yalnız 2018-ci ilin dekabr ayında 200 manat və 2019-cu ilin yanvar ayında 200 manat qaytarmış, qalan 3500 manat pulu bu günə kimi qaytarmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbi rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apelyasiya instansiyası məhkəməsi) (hakimlər – Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Telman Quliyev, Zaur Məmmədov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləiddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 2300 manat pul vəsaitinin alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə 3900 manat borc verdiyini göstərsə də, həmin məbləğdə borcun verilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Lakin cavabdeh məhkəmə kollegiyasının iclasından iddiaçıdan 2700 manat borc aldığını etiraf etmişdir. Cavabdeh iddiaçıdan 2700 manat borc aldığını etiraf etdiyindən, iddiaçı tərəf isə borca görə cavabdehin 400 manat qaytardığını təsdiq etdiyindən, cavabdehdən iddiaçının xeyrinə 2300 manat pul vəsaiti tutulmalıdır. (2700400=2300) İddia tələbinin bank uçot dərəcəsinə əsasən müəyyən edilmiş 297,50 manat pul vəsaitinin tu tulması hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 449.1.-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarının nəticə hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istif adə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunur ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla hər hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair iddiaçı tərəf sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icra atı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi hissədə ləğv edilməsini və həmin hissədə işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən həmin hissədə ləğv olunmalıdır. Məhkəmə cavabdehin qeyri-səmimi izahatını əsas götürərək cavabdehin ona 2300 manat pul qaytarmasını qət etmiş, qalan hissədə iddia tələbini təmin etməmişdir. Halbuki məhkəmə tərəfindən təmin edilməmiş hissə 14 97,50 manat da cavabehdən tutularaq onun xeyrinə ödənilməlidir. Məhkəmə iddianin təmin edilməməsi hissəsində qətnamə qəbul edərkən Azərbaycan Respublikası MPM-in 14, 88 və 217-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredito run) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. - öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 407.2. Kassasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən yalnız iddia tələbinin rədd edilən hissəsini mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin akt yalnız həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin ona 3500 manat borcu olmasını işə aşağı instansiya məhkəmələrində baxılan zaman sübuta yetirə bilməmişdir. Ona görə də, məhkəmə cavabdehin etirafını nəzərə alaraq yalnız iddia tələbini cavabdehin etiraf etdiyi hissədə təmin etmişdir. Tələb edilən məbləğdə borcun verilməsini sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə tələb etdiyi məbləğdə pulun cavabdehə verilməsini sübut edə bilməmişdir. Məhkəmə isə cavabdehin etir afını nəzərə alaraq etiraf edilən məbləğdə pulun iddiaçının xeyrinə tutulmasını qət etməkdə düzgün nəticəyə gəlmişdir. MPM-in 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iddia tələbinin bank uçot dərəcəsinə əsasən müəyyən edilmiş 297,50 manat pul vəsaitinin tutulması hissədə Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan gəlir, artım, bəhər və s. əldə edilm əsi müəyyən edilməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 665/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov