Məhkəmə qərarları › İş №2(102)-4922/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4922/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4922/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1218/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tar ixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 13 fevral 2015-ci il tarixli, 313/15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh biznesin inkişafı üçün illik faiz dərəcəsi 20% olmaq şərtilə 36 ay müddətinə 75000 manat məbləğində kredit verilmişdir. 13.02.2015-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, 13.02.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan Salyan rayonu, Arbatan kəndində yerləşən 82.9 kv.m yaşayış, 255,8 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 2 mər təbəli fərdi yaşayış evi iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin daşınmaz əmlakın Dövlət reyestrindən 05.03.2015-ci il tarixli Çıxarışın surətindən görünür ki, 13.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh məxsus olan Salyan rayonu, Arbatan kəndində yerləşən 82.9 kv.m yaşayış, 255,8 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 08.10.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 03 oktyabr 2019-cu il tarixinə banka 38352,59 manat əsas borcu, 8609,52 manat faiz borcu, 11633,63 manat c ərimə borcu, 3144,70 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış borcu, cəmi 61740,44 manat borcu təşkil edir. "xxxx" MMC-nin 26 avqust 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Salyan rayonu, Arbatan kəndində yerləşən 0,0514 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırda ilkin satış qiyməti 125000 manat təşkil edir. Ekspertiza təqdiqatının dəyəri 350 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 13 fevral 2018-ci il tarixə iddiaçı "xxxx" ASC-yə olan əsas borcu 38999,57 manat, faiz borcu 8304,90 manat təşkil edir. Hesabdan çıxarış məlumatlarına əsasən 13 fevral 2015-ci il tarixli, 313/15 saylı kredit müqaviləsi üzrə 21 fevral 2018-ci il tarixdən 11 iyun 2018-ci il tarixədək cəmi 400 manat m əbləğində ödəniş olmuşdur. Lakin ekspertiza tədqiqatı ilə borcun 13 fevral 2018-ci il tarixinə hesablandığından yuxarıda qeyd olunan məbləğ nəzərə alınmamışdır. Ekpertiza təqdiqatının dəyəri 100 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 fevral 2015-ci il tarixli 313/15 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 20 faiz olmaqla 36 a y müddətinə 75000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə həmin tarixdə 313/15/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Salyan rayonu, Arbatan kəndində yerləşən 82.9 kv.m yaşayış, 255,8 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan əsas borcu 38352,59 manat, faiz borcu 8609,52 manat, cərimə borcu 11633,63 manat, 3144,70 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış borcu, cəmi 61740,44 manat borcu mövcuddur. Bu günədək Cavabdeh tərəfindən 13 fevral 2015ci il tarixli 313/15 say lı saylı kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur və hazırda cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcunun ödənilməsi üçün heç bir tədbir görmür. Göstərilənləri nəzərə alaraq, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehdən onun xeyrinə 38352,59 manat əsas borcu, 8609,52 manat faiz borcu, 11633,63 manat cərimə borcu, 3144,70 manat konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış borcu, cəmi 61740,44 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipotekaya qoyulmuş Cavabdeh məxsus olan Salyan rayonu, Arbatan kəndində yerləşən 82.9 kv.m yaşayış, 255,8 kv.m ümumi sahədən ib arət 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim M.Qasımov, iş № 2(057)-602/2020) iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair idd iası qismən təmin edilərək, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış 13.02.2015-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh 37952,59 manat məbləğində əsas borc, 8609,52 manat məbləğində faiz borcu, 3500 manat məbləğində cərimə borcu, cəmi 49162,11 manat məbləğində pul tutularaq, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, tələbin ipoteka predmeti olan digər Cavabdeh məxsus Salyan rayonu, Arbatan kəndində yerləşən 82.9 kv.m yaşayış, 255,8 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, Salyan rayonu, Arbatan kəndində yerləşən 82.9 kv.m yaşayış, 255,8 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin i lkin satış qiyməti 125000 manat məbləğində müəyyən edilməsi, həmin fərdi yaşayış evin açıq hərracdan satılması və onun satışından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq vəsait qalarsa, evin mülkiyyətçisi olan Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24 manatı cavabdehə aid edilməsi, cavabdehdən 24 manat məbləğində pul alınaraq, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 24 manatı iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, 76 manatı Cavabdeh aid edilməsi, iddiaçı ləğv p rosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 24 manat məbləğində və Cavabdeh 76 manat məbləğində pul alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinədarlığı agentliyi kodu 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK, CTREAAZ22, VÖEN: **********, AZ34CTRE******************** saylı hesabına köçürülməsi, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 350 manatın 266 manatı cavabdehə, 84 manatı isə iddiaçıya aid edilməsi, Cavabdeh 266 manat, iddiaçıdan isə 84 manat alınaraq, "xxxx" MMC-nin VÖEN: **********, "xxxx" ASC Əməliyyat filialı, VÖEN: **********, M\h: AZ89NABZ********************, kodu: 503314, SWİFT BİC: AMRAAZ22, H/h: AZ40AMRA******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi daha sonra hesab etmişdir ki, 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh iddiaçı "xxxx" ASC-nə olan pul öhdəliyi digər Cavabdeh tərəfindən ipoteka ilə təmin edildiyindən və Cavabdeh iddiaçı ləğv proses ində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, borc tələbi kreditin təminatı kimi ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməlidir. Tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, qeyd etmişdir ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tələbinin ipoteka qoyulmuş göstərilən əmlaklara yönəldilməsi Mülki Məcəllənin 317.2-ci maddəsinin tələbinə uyğun olaraq, ipoteka qoyulmuş göstərilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Salyan rayonu, Arbatan kəndində yerləşən 82.9 kv.m yaşayış, 255,8 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətini "xxxx " MMC-nin rəyində göstərildiyi kimi 125000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, məhkəmə eskpertiza rəyində olan bankın çıxarış məlumatlarına əsasən 13 fevral 2015-ci il tarixli, 313/15 saylı kredit müqaviləsi üzrə 21 fevral 2018-ci il tarixdən 11 iyun 2018-ci il tarixədək Cavabdeh tərəfindən cəmi 400 manat məbləğində ödəniş olmuşdur. Həmin ödənilən məbləğ cavabdehin əsas borcundan çıxılmalı, əsas borc 37952,59 manat götürülməlidir. Ekspert rəyinə əsasən cavabdehin əsas borcu 38999.57 manat təşkil etsə də, ondan iddiaçının tələb etdiyi 38352.59 manat tutulmalıdır. İddiaçı faiz borcu olaraq cavabdehdən 8609.52 manat tələb etsə də, ekspert rəyinə əsasən həmin borc 8304.90 manat təşkil edir. Buna görə də faiz borcu olaraq cavabdehdən 8304.90 manat tutulmalıdır. Əsas borc 38352,59 manat təşkil etdiyi halda, 11633,63 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 3500 manata qədər azaldılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 3144,70 manat məbləğin tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə biləcəyini konkret şəkildə əsaslandırmadığı və məhkəməyə müvafiq sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), N.Mirzəyev, Q.Kərimov, iş № 2(106)-1218/2021) iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-602/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, id diaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Salyan Rayon Məhkəməsinin 2(057)-602/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1218/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə əsas borc, cərimə məbləği, kr edit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması hissəsində və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, ekspertin rəyində olan nəticəsi ilə razı olmadıqları üçün təkrar ekspertiza təyin olunması xahiş olunmuş, lakin məhkəmə əsaslandırmadan vəsatəti təmin etməmişdir. Bununla yanaşı cərimə borcu əsassız olaraq azaldılmış və bankın mənafeyi nəzərə alınmamışdır. Müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün isə pul məbləğini tutmamaqda məhkəmə mövqeyini əsaslandırmamış fo rmal mülahizələrdən çıxış etmişdir. İddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında ipoteka predmetinin dəyərinin 125000 manata qiymətləndirilməsi barədə xahiş etməmiş və razılıq verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında kassasya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilərək iddianın tam təmin olunmasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədlər i Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı ka ssasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarl a və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq təna sübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-ci maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymə tidir. 33-cü maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3.1-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci madd əsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni pred met barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa hakim iş üzrə icraata xitam verir. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün tələb olunan faiz borcunun tutulmasından imtina olunması hissələrində qanuni və əsaslı deyildir. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil, "xxxx" MMC-in 26 avqust 2020-ci il tarixli qiymətləndirmə hesabatında göstərilən qiyməti (125000 manat) əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçü n adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qəd ər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Bununla yanaşı kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması ilə bağlı iddianın təmin olunmaması hissəsində apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini ümumiyyətlə araşdırmamış və birinci instansiya məhkəməsinin formal mülahizələrlə bağlı olan mövqeyini dəstəkləmişdir. Bu zaman müəyyən edilməli olan hallar: kreditin məbləği, ödənilmiş məbləğ, gecikmə günləri və bankın lisenziyasının alınması anı, iddia ərizəsində istinad olunan mübahisələndirilən əsasla faizin tələb edilməsinin mümkünlüyü. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, əsas borc və cərimə borcu ilə bağlı olaraq apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəsi işin araşdırılmış hallarına uyğun olmuş, bu hissələr üzrə kassasiya şika yətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv olunması və dəyişdirilməsi əsasları kimi qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1218/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi «ipoteka predmetinin ilkin satış qiyməti 125.000 (yüz iyirmi beş min) manat məbləğində müəyyən edilməsi və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulmasının rədd olunması» hissələrində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar