Məhkəmə qərarları › İş №2(102)-4926/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4926/2019

12.07.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4926/2019 12.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Qasımov Tural Mətləb oğlu, üçüncü şəxs X10 vəkili Kərimli Ruhiyə Nemət qızının iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili Qasımov Tural Mətləb oğlunun Şəki Apellyasiya Məhkəməsinin MKnın 2(107)-968/2019 nömrəli iş üzrə 07 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rаyоn Məhkəməsinin (C.F.İmanov) 27 dekabr 2018-ci il tarixli, 2(075)-4329/2018 nömrəli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər İddiaçı, Cavabdeh3 Məmmədbağır oğlu, Nümayəndə, X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şəki rayon 2 saylı Notariat Kontoru, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması və çıxarışın etibarsız sayılması” tələbinə dair iddiası üzrə iddia tələbinin X15 ilə cavabdehlər Cavabdeh3 Məmmədbağır oğlu, X2, Nümayəndə, X7, İddiaçı arasında 13.76 ha torpaq sahəsinin alqı-satqısına dair Şəki rayon 2 saylı Notariat Kontorunda bağlanmış 28 mart 2006-cı il tarixli, xxxxxxxx nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinə X10 mülkiyyət hüququ tanınmasına dair hissəsində icraata xitam verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 həmin tələblə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıra bilmək hüququ izah edilmişdir. Şəki Rаyоn Məhkəməsinin (C.F.İmanov) 27 dekabr 2018-ci il tarixli, 2(075)-4329/2018 nömrəli qətnаməsi ilə İddiaçı Cavabdeh1 qarşı Şəki rayonu Turan qəsəbəsi ərazisinə ona məxsus olan torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyinə Cavabdeh1 tərəfindən hər hansı maneəçiliyin törədilməsinin qadağan edilməsi, mülkiyyətlərində olan həmin torpaq sahəsindən Cavabdeh1 çıxarılması və 13 il müddətində ona vurduğu 130000 manat ziyanın Cavabdeh1 alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər İddiaçı, Cavabdeh3 Məmmədbağır oğlu, Nümayəndə, X6 və müstəq il tələb irəli sürməyən üçüncü şəxslər Şəki rayon 2 saylı Notariat Kontoru, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması və çıxarışın etibarsız sayılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Şəki rayonu Turan qəsəbəsində yerləşən 13.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 13 sentyabr 2018-ci il tarixdə aparılmış **********91 nömrəli reyestrdən cavabdehlər İddiaçı, Cavabdeh3 Məmmədbağır oğlunun, Nümayəndə və X3 adlarının çıxarılması və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 13 sentyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın etibarsız hesab edilmiş, iddianın X15 ilə cavabdehlər Cavabdeh3 Məmmədbağır oğlu, X2, Nümayəndə, X7, İddiaçı arasında 13.76 ha torpaq sahəsinin alqı-satqısına dair Şəki rayon 2 saylı Notariat Kontorunda bağlanmış 28 mart 2006-cı il tarixli, xxxxxxxxxx nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinə X10 mülkiyyət hüququ tanınması hissəsinə xitam verilməsi barədə Şəki Rayon Məhkəməsinin 27 dekabr 2018- ci il tarixli, 2(075)-4329/2018 nömrəli qərardadının nəzərə alınması və iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin özlərinə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), İ.F.Quliyev və M.A.Əsədli) 2(107)-968/2019 nömrəli, 07 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tаrixli, 2(075)-4 329/2018 saylı qətnаməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 qarşı torpaqdan çıxarılma, maneələrin aradan qaldırılması və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Turan qəsəbəsi ərazisinə ona məxsus olan torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyinə Cavabdeh1 tərəfindən hər hansı maneəçiliyin törədilməsinin qadağan edilməsi, mülkiyyətlərində olan həmin torpaq sahəsindən Cavabdeh1 çıxarılması və 13 il müddətində ona vurduğu 130000 manat ziyanın Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən İİİ şəxs X15 cavabdehlər İddiaçı Rəhim oğlu, Cavabdeh3 Məmmədbağır oğlu, Nümayəndə, X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şəki rayon 2 sayl ı Notariat Kontoru, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması və çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh3 Məmmədbağır oğlu, X2, Nümayəndə, X7, İddiaçı arasında 13.76 ha torpaq sahəsinin alqı-satqısına dair Şəki rayon 2 saylı Notariat Kontorunda bağlanmış 28 mart 2006-cı il tarixli, xxxxxxxx nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsinə 13 sentyabr 2018-ci il tarixdə aparılmış **********91 nömrəli reyestrdən cavabdehlərin adının çıxarılması və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarıl masını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı nümayəndəsi və vəkili Qasımov Tural Mətləb oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-968/2019 nömrəli iş üzrə 07 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Qasımov Tural M ətləb oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X10 vəkili Kərimli Ruhiyə Nemət qızı kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MKnın 2(107)-968/2019 nömrəli iş üzrə 07 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlar a istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 bildirmişdir ki, X15 onun övladıdır. Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 saylı qərarı ilə cavabdehlər Cavabdeh3 Məmmədbağır oğlu, X2, Nümayəndə, X7, İddiaçı mülkiyyətlərinə verilmiş 13.76 ha torpaq sahəsini demək olar ki, 1998-ci il tarixdən taxıl əkib-becərirlər. Belə ki, ilk 5-6 ili qeyd edilən torpaq sahəsini mülkiyyətçilərin razılığı ilə icarə əsasında istifadə etmişlər. 28 mart 2006-cı il tarixdə qeyd edilən mübahi sə edilən torpaq sahəsini mülkiyyətçilər Cavabdeh3, X2, Nümayəndə, X7, İddiaçı alqı-satqı yolu ilə müəyyən səbəblərdən oğlu x12 adına almışdır. Həmin müqavilə Şəki rayon 2 saylı Notariat Kontorunda xxxx nömrə ilə qeydə alınmışdır. Qeyd edilən müqaviləni oğlunun qəyyumu kimi alqı-satqı anından bəyənmişdir. Alqı-satqı anında torpağın müqavilə üzrə razılaşdırılmış məbləği olan iki min altı yüz manat mülkiyyətçilərə ödənilmişdir. Müqavilə bağlanılarkən mülkiyyətçilərin hər biri notariusa gələrək müqaviləni imzalamışlar və həmin müqavilədən bağlandığı andan xəbərləri olmuşdur. İş materiallarında olan: xxxx, KOD xxxxx nömrəli dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 saylı qərarı ilə Cavabdeh3, X2, Nümayəndə, X 7, İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 13.76 ha torpaq sahəsi verilmişdir. 28 mart 2006-cı il tarixli, xxxxx nömrəli notariat işinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 Məmmədbağır oğlu, X2, Nümayəndə, X7, İddiaçı özlərinə məxsus 13.76 ha torpaq sahəsini X12 2600 manata satmışlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 13 sentyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 13.76 ha torpaq sahəsi Cavabdeh3 Məmmədbağır oğlu, X2, Nümayəndə, X7, İddiaçı ümumi birgə mülkiyyətlərindədir. Şəki rayonu Turan qəsəbə İcra Nümayəndəli yi tərəfindən 13 iyul 2010-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 03 iyul 2010-cu il tarixdə Şəki rayonu Turan qəsəbəsində vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsinin 20 dekabr 2018-ci il tarixli, 33/5285 nömrəli məktubundan görünür ki, İddiaçı sonuncu dəfə dövlət sərhədindən hərəkəti “27 yanvar 2018-ci il tarixdə Çıxış”, “27 yanvar 2018-ci il tarixdə Giriş” olmuşdur. Apellyasiya instasniyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X1 Xəlil Məmməd oğlunun övladıdır. Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 saylı qərarı ilə cavabdehlər Cavabdeh3 Məmmədbağır oğlu, X2, Nümayəndə, X7, İddiaçı mülkiyyətlərinə verilmiş 13.76 ha torpaq sahəsini demək olar ki, 1998- ci il tarixdən taxıl əkib-becərirlər. Belə ki, ilk 5-6 ili qeyd edilən torpaq sahəsini mülkiyyətçilərin razılığı ilə icarə əsasında istifadə etmişlər. 28 mart 2006-cı il tarixdə qeyd edilən mübahisə edilən torpaq sahəsini mülkiyyətçilər Cavabdeh3 Məmmədbağır oğlu, X2, Nümayəndə, X7, İddiaçı alqı-satqı yolu ilə müəyyən səbəblərdən oğlu X13 adına almışdır. Həmin müqavilə Şəki rayon 2 saylı Notariat Kontorunda xxxxx nömrə ilə qeydə alınmışdır. Qeyd edilən müqaviləni oğlunun qəyyumu kimi alqı-satqı anından bəyənmişdir. Alqı-satqı anında torpağın müqavilə üzrə razılaşdırılmış məbləği olan iki min altı yüz manat mülkiyyətçilərə ödənilmişdir. Müqavilə bağlanılarkən mülkiyyətçilərin hər biri notariusa gələrək müqaviləni imzalamışlar və həmin müqavilədən bağlandığı andan xəbərləri olmuşdur. Azərbay can Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsində göstərilmişdir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul ed ilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.4-cü maddəsinə müvafiq olaraq, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsin ə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci madəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 569.1-ci madəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 570.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcını n əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1-ci maddəsinə əsasən müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2-ci maddəsinə əsasən əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etiba rsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci madəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanununun 8.0.3-cü madəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr və mənzil sertifikatları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılm asının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən Məcəllənin 158.4-cü maddəsi nə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzr ə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri il bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və hazırki məhkəmə mühabisəsinin predmetinə aid omadığından apellyasiya instansiyası qətnaməsinin ləğv üçün əsas deyildir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, hab elə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-968/2019 nömrəli iş üzrə 07 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı nümayəndəsi və vəkili Qasımov Tural Mətləb oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-968/2019 nömrəli iş üzrə 07 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar