Məhkəmə qərarları › İş №2(102)-4926/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4926/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4926/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehlər: Cavabdeh, Zamin2, Zamin1 və Zamin3 İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması Açar sözlər: faiz borcunun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-649/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank borcluya illik 30% olmaqla, 30 ay müddətinə 9300 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin borcun təminatı olaraq həmin tarixdə bankla Zamin2, Zamin1 və Zamin3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat xx xxxxxxx 2017-ci il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6760 ABŞ dolları əsas borc, 3970 ABŞ dolları faiz borcu, 1360 ABŞ dolları cərimə olmaqla, cəmi 12091 ABŞ dolları borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-255/2018 nömrəli iş üzə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.M.Yaqubov) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6760 ABŞ dolları əsas borc, 3970 ABŞ dolları faiz borcu, 80 ABŞ dolları cərimə olmaqla, cəmi 10810 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən verdiyi apelyasiya şikayətində faiz borc məbləğinin düzgün müəyyən edilmədiyini, 6760 ABŞ dolları əsas borca görə 3970 ABŞ dolları faiz borcunun hesablanmasının q anunsuz olduğunu göstərmişdir. Apelyasiya məhkəməsi tərəfindən alınmış məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2020-ci tarixli rəyinə əsasən cavabdehin banka olan borcu 6781 ABŞ dolları əsas, 3392 ABŞ dolları faiz borcu olmaqla, ümumi borcu 10174 ABŞ dolları təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-649/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev, G.F.Tağızadə, Z.İ.Məmmədov) Cavabdeh apelyasiya şikayəti qismən təmin olunmuş, qətnamə cavabdehlərdən müştərək qaydada 3970 ABŞ dolları faiz borcunun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmiş, faiz borcunun 3392 ABŞ dolları məbləğində müəyyən e dilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443, 445, 448, 449, 470, 472-ci maddələrinin tələbləri, məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə əsaslandırmış və hesab etmişdir ki, alınmış ekspert rəyi cavabdehlərin banka olan son ödənişləri nəzərə alınmaqla işin faktiki hallarına uyğun olub, digər sübutlarla öz təsdiqini tapdığına görə əsas sübut kimi qəbul edilib, kredit müqaviləsi üzrə faiz borcu 3392 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcunun tutulması hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, kredit müqaviləsinin müddəti bitdikdən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması barədə müqavilə şərti nəzərə alınmamışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış məhkəmə kollegiyasının iclasına gəlməmişlər. tərəflər Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddiaç ı bank tərəfindən mübahisələndirildiyindən, kassasiya şikayətinin dəlilləri yalnız faiz borc məbləğinin düzgün müəyyən edimədiyi ilə bağlı olduğundan qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı işdə olan rəylə bağlı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanl arı nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar