Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4926/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4926/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(106)1255/2021 saylı qərardadından iddiaçı “LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları İşin hallarına görə, iddiaçı “LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, onlardan müştərək qaydada əsas borca görə 2.769,92 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faizə görə 390,64 manat, cəriməyə görə 2.493,87 manat olmaqla, cəmi 5.654,43 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.A.Məmmədov) iddia rədd edilib. Birin ci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranıb və cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyiblər. Lakin iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş iddia müddətinin ötürüb. Belə ki, tərəflər arasında 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi 2 il müddətinə bağlanıb və həmin müqavilənin müddəti 28 aprel 2017-ci il tarixdə bitib. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə 20 may 2020-ci il tarixdə müraciət etməklə qanınla müəyyən edilmiş iddia müddətini ötürüb. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 372.1, 373.2, 375.2-ci maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.K.Həsənov sədrlik edən, məruzəçi, İ.Q.Əsədov və Z.A.Zeynalov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilib, iddia qismən təmin edilərək, Cavabdeh1 2.769,92 manat əsas borcun tutulub iddiaçıya ödənilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranıb və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. Ona görə də iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilib, iddiaçı “LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas borca görə 2.769,92 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faizə görə 390,64 manat, cəriməyə görə 2.493,87 manat olmaqla, cəmi 5.654,43 manat kredit borcunun tutulması” iddiasına dair mülki iş üzrə Cavabdeh2 öldüyü üçün ona münasibətdə işin icraatına xitam verilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh2 15 aprel 2016-cı il tarixdən ölməsinə baxmayaraq, iddiaçı 20 may 2020-ci il tarixdə məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh2 da cavabdeh qismində göstərib. Belə olan halda Cavabdeh2 münasibətdə işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 48, 49.1, 261.0.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, vəkili Vəkil, iddiaçı Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 49.1-ci maddəsində göstərilir ki, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə məxsusdur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsəl ələrə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkə məsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, Cavabdeh2 münasibətdə iş üzrə icraata xitam verilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, 28 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 32 faizlə 3.300 manat kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanıb. 31 may 2020-ci il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 2.769,92 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faizə görə 390,64 manat, cəriməyə görə 2.493,87 manat olmaqla, cəmi 5.654,43 manat kr edit borcu tələb edir. İşdən isə görünür ki, Cavabdeh2 15 aprel 2016-cı ildə ölüb. Göründüyü kimi iddiaçı, 15 aprel 2016-cı il tarixdə ölmüş Cavabdeh2 qarşı 31 may 2020-ci il tarixdə məhkəmədə iddia qaldıraraq kredit borcunu tələb edir. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsində göstərilir ki, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə məxsusdur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öl dükdə) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ona münasibətdə işin icraatına xitam verərkən düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinin mənasına görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, işə baxan məhkəmə iş üz rə icraata xitam vermədən həmin tərəfi onun hüquq varisi ilə əvəz edə bilər. Hazırki halda Cavabdeh2 ümumiyyətlə iş üzrə tərəf olmayıb və o, iddia qaldırılandan dörd il əvvəl artıq ölmüşdü. Eyni zamanda mübahisə edilən hazırki hüquq münasibətində prosessual hüquq varisliyinə yol verilməsi prosessual qanunvericiliklə istisna olunur. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(106)-1255/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4926/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4926/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver