Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4927/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçı L əğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(106)-1004/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik faiz dərəcəsi 24 faiz ödənilmək şərti ilə 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri, Xəqani küçəsi, 88 saylı evin 14 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qızından 20074 manat 03 qəpik əsas, 1799 manat 55 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21873 manat 58 qəpik borcun tutularaq iddiaçıya ödənilməsi və tələbin Cavabdeh2 məxsus Şirvan şəhəri, Xəqani küçəsi, 88 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə qalan borcun Cavabdeh1 qızından ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən ödəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 20074 manat 03 qəpik əsas, 1799 manat 55 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəll əsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 21873 manat 58 qəpik borcu mövcuddur.
4. Şirvan Şəhər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(032)-61/2020 saylı qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 04 noyabr 2014-cü il tarixli, 0522/14 saylı kredit müqaviləsi üzrə 20074 manat 03 qəpik məbləğində əsas borc, müddətin sonuna hesablanan və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 799 manat 55 qəpik faiz borcu, cəmi 20873 manat 58 qəpik məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nə verilməsi, kredit müqaviləsi üzrə borcun alınması barədə tələbin Cavabdeh2 mülkiyyətində ipoteka predmeti olan Şirvan şəhəri, Xəqani küçəsi, 88 saylı evin 14 saylı mənzilinə yönəldilməklə, mənzilin açıq hərracda satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan Şirvan şəhəri, Xəqani küçəsi, 88 saylı evin 14 saylı mənzilinin ilkin satış qiymətinin 43837 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan hissədə borcun Cavabdeh1 qızından alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçının pulun alınması barədə tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində ipoteka predmeti olan Şirvan şəhəri, Xəqani küçəsi 88 saylı evin 14 saylı mənzilinə tutma yönəldilməsi ilə ödənilməli, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərindən artıq olduqda, artıq məbləğ Cavabdeh2 qaytarılmalıdır.
6. M əhkəmə qeyd etmişdir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli olduğundan, iddia tələblərindən kənara çıxaraq ipoteka predmetinin ilkin satış qiyməti də qətnamədə göstərilməlidir.
7. Məhkəmə hesab etmişdir ki, 04 noyabr 2014-cü il tarixli, 0522/14 saylı kredit müqaviləsi üzrə 20074 manat 03 qəpik məbləğində əsas borcun, müddət sonuna hesablanan və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 799 manat 55 qəpik faiz borcun, cəmi 20873 manat 58 qəpik məbləğində pulun alınması barədə öhdəliyin icrası ipoteka ilə təmin edilməli, ipoteka ilə yüklü edilmiş Şirvan şəhəri, Xəqani küçəsi 88 saylı evin 14 saylı mənzili açıq hərracdan satılmalı, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərindən artıq olduqda, artıq məbləğ Cavabdeh2 qaytarılmalı, satışdan əldə olunmuş pul məbləği borcun ödənilməsi üçün yetərli olmadıqda, borcun qalan hissəsi Cavabdeh1 alınmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 743, 432, 319-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin əsas borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsinin və faiz pulunun ödənilməsi hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(106)-1004/2021 saylı qətnaməsi ilə (hakimlər N.Mirzəye v (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(032)-61/2020 saylı qətnaməsinin qismən, Cavabdeh1 04 noyabr 2014-cü il tarixli, 0522/14 saylı kredit müqaviləsi üzrə müddətin sonuna Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 799 manat 55 qəpik faiz borcunun tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nə verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, Cavabdeh1 04 noyabr 2014-cü il tarixli, 0522/14 saylı kredit müqaviləsi üzrə 20074 manat 03 qəpik məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 799 manat 55 qəpik məbləğində faiz borcunun Cavabdeh1 tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz.
12. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 21(081)-3620/2016 saylı qərarına əsasən müflis hesab edildiyindən bank fəaliyyətini həyata keçirməmiş və bu səbəbdən iddiaçı təşkilatın gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1799 manat 55 qəpik manat faiz borcuna dair iddia tələbinin təmin edilməsi əsaslı hes ab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Qətnamədə ipoteka predmeti olan və cavabdeh X1 məxsus olan Şirvan şəhəri, Xəqani küçəsi, 88 saylı evin 14 saylı mənzilin ilkin satış qiyməti 43837 manat müəyyən edilmişdir. Qeyd edilən mənzilin halhazırda orta bazar qiyməti 70 manatdan artıqdır. Bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Kredit müqaviləsi üzrə hesablanmış borc məbləğidə iddiaçı tərəfindən süni şəkildə şişirdilmişdir. Banka olan həqiqi borcu müəyyən etmək üçün məhkəmə mühasibatlıq eskpertizası təyin edilməli idi. Cavabdeh qısa müddəti ərzində banka ödəniş cədvəlində nəzərdə tutulandan da artıq ödəniş etmiş, lakin daha sonra maddi vəziyyətinin çətinləşməsi nəticəsində banka olan ödənişləri ödəyə bilməmişdir. Bank isə bu haldan sui-istifadə edərək banka olan borcunu şişirtmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mülki işin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 386.1, 743, 40 6.1, 329, 329.1, 331.1, 407.2, 739.1, 740.2-ci maddələrini səhv təfsir edərək tətbiq etmiş, tətbiq edilməli olan maddi hüquq norması yəni, Azərbaycan Respublikası 337-339-cu maddələrini tətbiq etməmişdir.
15. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi qərarında iddia tələbi üzrə iddiaçı tərəfindən tələb olunan kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.799,55 AZN faiz məbləği hissəsini əsassız olaraq rədd etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarında əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olmasını qeyd etmişdir. Həmin qərarda pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanması hüququ qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatlar ı
18. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi aktının kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması hissəsində və həmçinin tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahi zəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə h ərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi büt ün hallar üçün cavabdehdir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tut manın yönəldilməsi hüququdur; Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxla ya bilər; Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya kollegiyası kassasiya şikayətində qeyd etdiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, əvvəla Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İş materiallarından görünür ki, ekspertiza təyin olunması barədə vəsatət təqdim edilməmiş və məhkəmə tə rəfindən ekspertiza təyin edilməsinə zərurət görülməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza təyin etmək məhkəmənin vəzifəsi deyil hüququdur.
29. Məhkəmə kollegiyası ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən sərbəst qiymətləndirici vasitəsi ilə mənzilin ilkin satış qiyməti müəyyən olunmuşdur. Cavabdeh həmin qiyməti şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir.
30. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, həmin hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmışdır və məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşır. Ümumiyyətlə iddiaçı tələb olunan 1.799,55 manat faiz məbləğinin 499.1-ci maddəsinə əsasən h esablandığını (səh. 94) bildirmişdir ki, bunun üçün də zəruri olan şərtlərin (cavandehin pul vəsaitini əsassız saxlamaqla faydalanması) mövcudluğu barədə sübut təqdim edilməmişdir.
31. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, Qərara aldı: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(106)-1004/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.