Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4927/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri 3 saylı Notariat Ofisi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri 3 saylı Notariat Ofisi) qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-832 /2022 nömrəli, 4 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X16 ilə X7 arasında 10 iyun 2003-cü il tarixdə nikah bağlanmış, sonuncuya “Əliyeva” soyadı verilmişdir.
2. Birgə nikahlarından 22 may 2004-cü il tarixdə X8, 5 oktyabr 2007-ci il tarixdə X9 və 23 oktyabr 2011-ci il tarixdə X10 anadan olmuşlar.
3. X16 (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 6 aprel 2015-ci il tarixli “Borc müqaviləsi”nə əsasən borcverən 6 aprel 2015-ci il tarixində 35000 (otuz beş min) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borcverənə geri qaytarmağı, borc alan məbləğini 6 aprel 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
4. X16 (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 7 iyun 2015-ci il tarixli “Borc müqaviləsi”nə əsasən borcverən 7 iyun 2015-ci il tarixində 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq Borcverənə geri qaytarmağı, borcalan məbləğini 7 iyun 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
5. X16 (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 15 iyun 2015-ci il tarixli “Borc müqaviləsi”nə əsasən borcverən 15 iyun 2016-cı il tarixində 2857 (iki min yüz əlli yeddi) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalan isə borcu müqavilənin şərtlərinə uyğ un olaraq borcverənə geri qaytarmağı, borcalan məbləğini 15 iyun 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
6. X16 (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 25 iyun 2015-ci il tarixli “Borc müqaviləsi”nə əsasən borcverən 25 iyun 2015-ci il tarixində 3810 (üç min səkkiz yüz on) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borcverənə geri qaytarmağı, borcalan məbləğini 25 iyun 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
7. X16 (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 26 iyun 2015-ci il tarixli “Borc müqaviləsi”nə əsasən borcverən 26 iyun 2015-ci il tarixində 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borcverənə geri qaytarmağı, borcalan məbləğini 26 iyun 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
8. X16 (borcverən) ilə Cavabdeh (borcalan) arasında 27 iyun 2015-ci il tarixdə bağlanmış “Borc müqaviləsi”nə əsasən borcverən 27 iyun 2015-ci il tarixində 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borcverənə geri qaytarmağı, borcalan məbləğini 27 iyun 2016-cı il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
9. Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 5 may 2016-cı il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nə əsasən X6 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İst iqlaliyyət küçəsi ünvanında yerləşən 9 nömrəli evin 3 saylı mənzili 170000 (bir yüz yetmiş min) manata X1.
10. X11 8 noyabr 2018-ci il tarixində yazdığı ərizəyə əsasən 6 müqavilə üzrə və 1 müqaviləsiz verdiyi 83.811 ABŞ dolları və gəlir kimi 7350 ABŞ dolları, cəmi 91161 ABŞ dolları bugünki günə kimi qaytarılmamışdır.
11. X16 8 noyabr 2018-ci il tarixdə vəfat etmişdir.
12. Naxçıvan şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 5 mart 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X11 vərəsəsi İddiaçı – miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, K.X.Səfərəliyeva, ev 2, mənzil 60 və o miras əmlakdan 5/8, X8 miras əmlakdan 1/8, X9 miras əmlakdan 1/8, X10 miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə X12 verilmiş **********01-**********0 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 152.05 kv.m, yaşayış sahəsi 77.65 kv.m olan 4 otaqlı mənzildən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə X12 vermiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsindən ibarət olmuşdur.
13. Cavabdeh 14 mart 2020-ci il tarixli əlyazmasına əsasən mərhum X11 hüquqi varisi İddiaçı əlyazma yazaraq bildirmişdir ki, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-c i il tarixli cəmi məbləği 78811 ABŞ dolları məbləğdə olan borc müqavilələri üzrə öhdəliklərini 2017-ci ilin fevralından başlayaraq 2018-ci ilin sentyabr ayının axırına qədər 10100 manat hissəsi istisna olmaqla tam şəkildə ödəyib bağlamışdır. Həmin müqavilələr üzrə ödənilməmiş 10100 manat borcunu etiraf edib ayrıca müqavilə üzrə İddiaçı öhdəlik vermişdir. Onun başqa borcu olmamış, qeyd olunan müqavilələr 10100 manat istisna olmaqla xətm olunmalıdır.
14. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubuna əsasən mərhum əri Zaur Əliyevlə Cavabdeh arasında borc müqavilələri olmuş, həmin borclar cavabdeh tərəfindən bu günə qədər ödənilməmişdir. Belə ki, X16 ilə Cavabdeh arasında 6 aprel 2015-ci il tarixində imzalanmış 35.000 (otuz beş min) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə b orc pul 6 aprel 2016-cı il tarixində, 7 iyun 2015-ci il tarixində imzalanmış 7.620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 7 iyun 2016-cı il tarixində, 15 iyun 2015-ci il tarixində imzalanmış 2.857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 15 iyun 2016-cı il tarixində, 25 iyun 2015-ci il tarixində imzalanmış 3.810 (üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 25 iyun 2016-cı il tarixində, 26 iyun 2015-ci il tarixində imzalanmış 23.810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 26 iyun 2016-cı il tarixində, 27 iyun 2015-ci il tarixində imzalanmış 5.714 (beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 27 iyun 2016-cı il tarixində geri qaytarılmalı idi. Buna baxmayaraq, borc pullar bugünki günə qədər tərəflərindən ödənilməmişdir. 10 gün ərzində borcunu ödəməyəcəkləri təqdirdə pozulmuş hüquqlarının bərpası məqsədi ilə müvafiq məhkəməyə müraciət olunacağı xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və onun qanuni nümayəndəsi olduğu xx.xx.2004-cü il tarixində anadan olmuş X3, xx.xx.2007-ci il tarixində anadan olmuş X4, X5 mərhum X11 hüquqi varisi kimi tanınması, iddiaçının mərhum əri X16 ilə cavabdeh arasında imzalanmış 6 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 ABŞ dolları, 7 iyun 2015-ci il tarix li borc müqaviləsi üzrə 7.620 ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2.857 ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3.810 ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23.810 ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5.714 ABŞ dolları, cəmi 78.811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları borcun 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X3 xeyrinə, 1/8 hissəsi X4 xeyrinə və 1/8 hissəsi X5 xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində onun əri X16 özünə intihar edərək öz həyatına son qoymuşdur. Sonradan ona məlum olmuşdur ki, mərhum əri Zaur Əliyevl ə cavabdeh arasında borc müqavilələri olmuş, həmin borclar cavabdeh tərəfindən bu günə qədər ödənilməmişdir. Cavabdehlə borcun qaytarılması ilə əlaqədar dəfələrlə danışıqlar aparılmış, buna baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Cavabdeh öz növbəsində bildirmişdir ki, qeyd olunan müqavilələr üzrə borcunu mərhum Zaur Əliyevə qaytarmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixində cavabdehin ona ünvanladığı məktuba əsasən guya o, yuxarıda sadalanan müqavilələr üzrə mərhuma olan borcunu ödəmiş, yalnız 10.100 manat borcu qalmışdır ki, onu da ödəməyə hazır olduğunu ifadə etmişdir. Lakin cavabdehin borcun qaytarılması ilə əlaqədar verdiyi məlumat həqiqəti əks etdirməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş mərhumun xx.xx.2018-ci il tarixində yazdığı ərizədə q eyd olunan müqavilələr üzrə borc məbləğləri Əliyev Zaur intihar edənə qədər cavabdehdən ona geri qaytarılmamışdır. Borc müqavilələrində borcun valyutası ABŞ dolları kimi göstərilmiş, lakin cavabdeh borcunun manatla qaldığını qeyd etmişdir.
17. Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edə bilməsi üçün həmin iddiaçının həmin iddia tələbi ilə əlaqədar subyektiv hüquqa malik olmalıdır. İddiaçı borc müqavilələri üzrə tələb hüququna vərəsəlik şəhadətnaməsinin alınması ilə əlaqədar olaraq notarial ofisinə müraciət etmiş, amma müsbət cavab almamışdır. İddiaçı notariat orqanın hərəkətlərindən inzibati məhkəməyə şikayət verməli olduğu halda mülki məhkəməyə hüquqi varisliyin tanınması ilə bağlı iddia i craatı qaydasında iddia tələbi irəli sürmüşdür. Həmçinin iddia tələbinin ilkin hissəsi xüsusi icraat qaydasına aiddir, digər hissəsi isə borc tələbi isə iddia icraatına aiddir. Hazırki iddia tələbi Mülki Prosessual Məcəllənin tələbinə ziddir. Hazırda iddiaçı ona qarşı borc tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün mütləq qaydada borc müqavilələri üzrə tələb hüququna vərəsəlik şəhadətnaməsi alındıqdan sonra subyektiv hüququ yaranır. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və onun tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında ol an hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, onun bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bundan əlavə, hazırda bütün müqavilələr bir il müddətinə bağlanmışdır. İddiaçı iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. 6 aprel 2015ci ildə bağlanmış müqavilənin son icra tarixi 6 aprel 2016-cı il, 7 iyun 2015-ci il tarixli borc müqaviləsinin son icra tarixi 7 iyun 2016-cı il, 15 iyun 2015-ci il tarixli borc müqaviləsinin son icra 15 iyun 2016-ci il, 25 iyun 2015-ci il tarixli borc müqaviləsinin son icra tarixi 25 iyun 2016-cı il, 26 iyun 2015-ci il tarixli borc müqaviləsinin son icra tarixi 25 iyun 2016-cı il, 26 iyun 2015-ci il tarixli borc müqaviləsinin son icra t arixi 26 iyun 2016-cı il və 27 iyun 2015-ci il tarixli borc müqaviləsinin son icra tarixi 27 iyun 2016-cı il olmuşdur. Göründüyü kimi borc müqavilələrinin son icra edilməli olduğu müddətdən 4 il keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda məhkəmə prossesində qeyd etmişdir ki, iddiaçının əri ilə aralarında işgüzar münasibətlər olmuş və müxtəlif tarixlərdə və məbləğlərdə pul söhbətləri olmuşdur. Həmin müqavilələrdə qeyd olunan məbləğlərin hamısını qaytarmış, lakin 10100 manat məbləğində borcu qalmışdır. Göstərilənləri və iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir.
18. Sumqayıt Şəhər Məhkəməsinin 1 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin ed ilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən X11 adından olan xx.xx.2018-ci il tarixli müraciətdəki yazılar və “İmza” yazısı qarşısındakı imza-X16 tərəfindən icra olunmuşdur.
19. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-271/2021 nömrəli iş üzrə 9 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilmişdir.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının və onun qanuni nümayəndəsi olduğu xx.xx.2004-cü il tarixində anadan olmuş X3, xx.xx.2007ci il tarixində anadan olmuş X4, X5 mərhum X11 hüquqi varisi kimi tanınmalıdırlar.
21. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki mübahisə üzrə cavabdeh varlanmış şəxs, Z.Ə liyevin hüquqi varisi iddiaçı isə məhrum olan olmuşdur. Cavabdehin varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini iddiaçıya qaytarmalıdır. İş üzrə cavabdeh qeyd etdiklərinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 385.1, 442, 443.1, 445.1, 448, 1092.1, 1151.1, 1159.1.1-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instans iyası məhkəməsi) 2(105)-1576/2021 nömrəli mülki iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən «İddiaçı və onun qanuni nümayəndəsi olduğu xx.xx.2004 tarixdə anadan olmuş X8, xx.xx.2007 tarixdə anadan olmuş X9 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X10 mərhum X11 hüquqi varisi kimi tanınsın» hissəsində ləğv edilməsi və iddia tələbi həmin hissədə təmin edilməməsi, qətnamənin - «İddiaçı mərhum əri X16 ilə Cavabdeh arasında imzalanmış 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7620 (yedd i min altı yüz iyirmi) ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3810 (üç min səkkiz yüz on) ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X3 xeyrinə,1/8 hissəsi X4 xeyrinə və 1/8 hissəsi X5 xeyrinə tutulsun, şş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin, ekspertiza tədqiqatının dəyərləri 124 (bir yüz iyirm i dörd) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin iddiaçının və onun qanuni nümayəndəsi olduğu xx.xx.2004-cü il tarixdə anadan olmuş X8, xx.xx.2007-ci il tarixdə anadan olmuş X9 və xx.xx.2011-ci il tarixdə X10 mərhum X11 hüquqi varisi kimi tanınması hissəsini təmin etdikdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı və onun qanuni nümayəndəsi olduğu uşaqları mərhum X11 birinci növbə vərəsələri olmaql a, miras qoyanın ölümündən sonra mərhumun vərəsəsi qismində artıq tanınmışlar.
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, qətnamənin – borcun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Cavabdeh qətnamənin borcun tutulması hissəsində iddianın rədd edilməsi barədə apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 448, 739, 740, 1151.1, 1159.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
28. Cavabdeh (vəkil X13) ka ssasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6272/2021 nömrəli iş üzrə 27 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Aqil Abbasov və Elşad Şamayev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
30. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci insta nsiya məhkəməsində cavabdeh mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş, həmçinin iddiaçı həmin ərizəyə yazılı etirazını təqdim edərək, iddia müddətinin buraxılmadığına dair dəlillər irəli sürmüşdür. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi, apellyasiya şikayətinin əsas dəlili iddia müddətinin tətbiqi barədə məsələnin müzakirə edilməməsi olsa da, bu məsələyə ümumiyyətlə qəbul etdikləri məhkəmə aktında hüquqi qiymət verməmişdirlər.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələr tərəfindən iddia müddəti ilə bağlı maddi hüquq normalarının tələbləri pozularaq, təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə və ona etiraz əsasında mübahisə üzrə iddia müddəti ilə bağlı tərəflərin dəlilləri qanunvericilik normalarının tələbləri nəzər ə alınmaqla müzakirə edilməməklə və iş üzrə iddia müddətinin buraxılması və ya buraxılmaması barədə hansı hüquqi nəticəyə gəlmələrini məhkəmə aktında göstərməməklə, işin obyektiv araşdırılması prinsipini də pozmuşlar.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi göstərilən hallara cavab vermir. Qətnamədə cavabdehin apellyasiya şikayətinin məzmunu əks edilsə də, onun dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırma aparması, hansı halları müəyyən etməsi, bu dəlillərin birinci instansiya məhkəməsinin hansı müəyyən etdiyi halları təkzib etməsinin müəyyən edilməsi görünməmişdir.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsin dəki ikinci icraat
34. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-832/2022 nömrəli mülki iş üzrə 4 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçının tələb etdiyi pulun ona verilməsini deyil, pulun ondan tələb edilməsi üçün müddətin ötürülməsini mübahisələndirildiyindən, iddiaçı pulun cavabdehə verildiyini sübut etmək yükündən azad olmuşdur.
36. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi barə də ərizəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir ki, işdən göründüyü kimi tərəflər arasında bağlanmış 6 ədəd müqavilələr hər biri 1 il müddətinə bağlanmış, sonuncu müqavilə üzrə müddət xx.xx.2016-cı il tarixdə bitsə də, iddiaçı məhkəməyə xx.xx.2020-ci ildə müraciət etmiş və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.
37. Cavabdehin iddianı etiraf etməsi barədə iddiaçının dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin ərizə xx.xx.2020-ci il tarixdə, yəni iddia müddəti (xx.xx.2016-xx.xx.2016-cu il tarix) bitdikdən sonra edildiyindən, iddia müddətinin axımını kəsməmişdir. Bu mənada məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının nümayəndəsinin yuxarıda qeyd edilən dəlili iddia müddətinin axımının kəsilməsi üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı borcun tutulması hissəsində iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz.
38. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 380.1, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Şikayət onunla əsaslandırılmışdır ki, işə təkrar apellyasiya icraatında baxan apelyasiya instansiya sı məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində göstərilən kredit müqavilələrinin hər biri üzrə ayrı-ayrılıqda iddia müddəti keçmişdir. Bu hüquqi yanaşma yanlışdır. Əslində iddia müddətinin axımı 2018-ci ildə kəsilmişdir. Bu iş materialları ilə sübut olunmuşdur. İş nömrə 151-də olan cavabdehin məktubuna əsasən cavabdeh iddiaçının mərhum ərinə olan cəmi 78.811 ABŞ dolları borcunun əhəmiyyətli hissəsini ödəməsi, lakin 11000 manat borcunun hələ də qaldığını öz xətti ilə yazmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin məktubun 2020-ci ildə, yəni müqavilələr üzrə iddia müddətləri keçdikdən sonra yazıldığı dəlilinə istinad edərək iddia tələbinin əsassız olması nəticəsinə gəlmişdir. Əslində isə təkrar apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “tələbdən hissəvi imt ina” haqqında ərizədə iddiaçı cavabdehin 151 saylı iş vərəqindəki yazılı ərizəsində göstərilənlərlə qismən razılaşmışdır. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəllənin 380.1-ci maddəsində əks olunan “habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə” müddəası apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməmiş, iddiaçının və cavabdehin hər ikisinin 2018-ci ildə borcun bir hissəsinin qaytarılması hadisəsinin baş verməsini təsdiq etməsi, bununla da borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətləri iddia müddəti ərzində (2018-ci ildə) icra etməsi faktının işin mübahisə olunmayan halına çevrilməsi, iddia müddətinin məktubun yazılması ilə deyil, 2018-ci ildə borcun bir hissəsinin ödənilməsi ilə kəsilməsi faktı diqqətdən yayınmış və hüquqi qiymətdən kən ar qalmışdır. Beləliklə, iddia müddəti 2020-ci ildə deyil, 2018-ci ildə kəsilmişdir. Bunu həm iddiaçı təsdiq etmiş və buna görə də iddia tələbinin bir hissəsindən imtina etmiş, həm də cavabdeh iş nömrə 151-də olan məktubunda və məhkəmə iclasında etiraf etmişdir. Başqa sözlə, iddia müddətinin kəsildiyi zaman 2018-ci ildir, həmin vaxt iddia müddəti hələ davam etmişdir. 2018-ci ildə borcun bir hissəsinin ödənilməsini hər iki tərəf təsdiq etmişdir. Məhkəmə Mülki Məcəllənin 385.1-ci maddəsini tətbiq etməməklə maddi hüquq pozuntusuna yol vermiş, iddia müddətinin 2018-ci ildə kəsilməsi faktının cavabdeh tərəfindən yazılı və şifahi formada etiraf olunması faktını diqqətdən yayındırmışdır. Bununla da məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 380.1-ci maddəsinin tətbiq etməli olduğu təqdirdə bunu etməmiş, iddia müddətinin kəsilmə anının 2018-ci il olmasını işin mübahisəsiz halı kimi müəyyən etməmişdir. Halbuki, cavabdeh qətnamənin çıxdığı gün məhkəmə iclasında iştirak edərək audio-video qeydiyyat altında da 2018-ci ildə haqq-hesab aparmasını etiraf etməklə bu faktı bir daha möhkəmləndirmişdir. Beləliklə, cavabdeh və iddiaçının hər ikisi 2018-ci ildə hesablaşma aparılması faktını təsdiq etmiş, amma məhkəmə bu faktı iddia müddətinin kəsilməsinə əsas kimi qəbul etməmişdir.
41. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 261.0.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
44. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
45. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
46. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçı ya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə ola n maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şik ayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlikdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
58. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düz gün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, k assasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
59. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəl illəri qətnamənin ləğvinə əsas vermir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-832/2022 nömrəli, 4 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.