Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-493/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.06.2018-ci il tarixli 2(103)5707/2018 saylı qətnaməsindən İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə(hakim R.N.Quliyev, iş № 2(005)-444/2018) İddiaçı Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə da ir iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə(hakimlər: M.A.Məmmədov, E.E.Nağıyeva və X.Ə.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 18 oktyabr 2012-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 16 faiz olmaqla 12 ay müddətinə 1.094.261 ABŞ dolları məbləğində kredit verilmişdir. 2017-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən banka cəmi 1.044.061,11 ABŞ dolları məbləğində borcunun yaranm asını əsas göstərməklə həmin borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın Cavabdeh bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bankın ləğvedicisi qətnamədən kassasiya şikayəti verərək borclu Cavabdeh tərəfindən banka 30 dekabr 2012-ci il tarixdən 19 may 2015-ci il tarixə kimi 250.000 manatdan artıq ödəniş edilməsini, belə vəziyyətdə kassa məxaric orderinin faktiki olmamasının kreditin verilməməsi barədə nəticəyə gəlmək üçün əsas verməməsini, bankın ilk dəfə məhkəməyə 30 mart 2016-cı il tarixdə müraciət edərkən iddia müddətinin ötürülməsi barədə mübahisənin yaranmamasını və cavabdehin Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək krediti güz əştli şərtlərlə ödəyəcəyini vəd etməsini, işə baxan məhkəmənin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarını pozmaqla iddianın rədd olunması barədə qərar qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görəkassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasını qanuni və əsaslı sayarkən bank tərəfindən cavabdehə tələb olunan məbləğdə kreditin verilməsi barədə təsdiqedici sənədlərin məhkəməyə təqdim olunmamasını, banka ödənişlərin edilməsini təsdiq edən kassa mədaxil orderlərinin əsillərinin bankda aşkar olunmamasını və iddianın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətinin ötürülməklə qaldırılmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, tərəflər arasında 18 oktyabr 2012-ci il tarixli təminatsız kredit müqaviləsi bilavasitə cavabdehin iştirakı ilə bağlanmış və sonuncu müqaviləni şəxsən imzalamaqla kreditin qaytarılması ilə əlaqədar üzərinə öhdəlik götürmüşdür. Cavabdeh nümayəndəsi bankdan kredit götürülməsini birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə qarşı verdiyi etirazında inkar etsə də, həmin etirazdan görünür ki, nümayəndə kredit müqaviləsinin Cavabdeh tərəfindən imzalanmasını etiraf etmiş və bunu ona göstərilən təzyiqlər əsasında etdiyini bildirmişdir. Etirazda təzyiqin kimin tərəfindən göstərilməsi dəqiqləşdirilməmiş, lakin məhkəmə instansiyalarında verdiyi izahatlarında cava bdeh ümumiyyətlə susmuşdur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin həmin mühüm halını araşdırmamış və həqiqətə nail olmaq üçün sübutların tam və hərtərəfli yoxlanılmasını təmin etmədən yalnız kassa məxaric orderinin bankda aşkar olunmamasına və cavabdehin nümayəndəsinin göstərdiklərinə əsaslanaraq kreditin verilməməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu zaman nəzərə almamışdır ki, Cavabdeh uzun müddət – 2002-ci ilin iyul ayından həmin bankda əvvəlcə bölmə müdiri, 2004-cü ilin avqust ayından isə 2012-ci ilin may ayına kimi bankın İdarə Heyətinin sədri vəzifəsində işləmişdir. İşin həmin halı cavabdehin kreditin verilməsi məsələsini daha dəqiq və dərindən araşdırılmasını tələb etməsinə baxmayaraq, məhkəmə kollegiyası tərəfindən bununla əlaqədar da sübutların yox lanılması təmin edilməmiş, məsələyə aydınlıq gətirilməsi üçün müvafiq ekspertizanın aparılması imkanı müzakirə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Banka görə cavabdeh tərəfindən sonuncu ödəniş 2015-ci ilin may ayında edilmişdir. Hazırkı iddia tələbi isə bankın ləğvedicisi tərəfindən 2017-ci ilin oktyabr ayında qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Əgər cavabdeh tərəfindən banka sonuncu ödənişin 2015-ci ilin may ayında edilməsi sübuta yetiri lərsə, onda ləğvedici tərəfindən qanunda müəyyən olunmuş üç illik iddia müddəti ötürülməmiş olur. Bundan başqa, iddiaçıya görə hazırkı tələblə bank tərəfindən məhkəməyə ilk dəfə 30 mart 2016-cı il tarixdə müraciət olunmuş və həmin ərəfədə cavabdeh Fonda ərizə ilə müraciət edərək qalan borcunu güzəştli şərtlərlə ödəməyə razı olduğunu bildirmişdir. Lakin işdən görünür ki, iddiaçının həmin dəlili də yoxlanılmamış və işin həmin halına qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görəqətnamə iş üzrə müəyyən e dilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə yaranmış mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması təmin edilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozu lması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 08 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-493/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-493/2019
06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver