Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-493/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 ASC-nə qarşı; Cavabdeh1 ASC-nin İddiaçı və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-493/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh2, Cavabdeh: Cavabdeh1 ASC-nin vəkilləri X2 və X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)15350/2019 saylı qərardadından İ ddiaçı və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 ASC-nə qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib. Həmçinin, Cavabdeh1 ASC İddiaçı, Cavabdeh2 və “xxxx” MMC-nə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilib. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı nümayəndəsi Elçin Əliyev yazılı vəsatət verərək, mülk i iş icraata qəbul edilərkən aidiyyət qaydalarının pozulduğunu bildirmiş və mülki işin məhkəmə aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə göndərilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsi mülki iş materiallarını araşdırıb, vəsatətin dəlillərini müzakirə edib haqlı olaraq qeyd etmişdir ki, aşağıdakılara görə vəsatət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 24.2-ci maddəsində göstərilir ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə, sahibkarlıq fə aliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Apelyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub, kasasiya şikayəti ilə eyni məzmunlu olan v əsatətin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, xx xxxxx 2018-ci il tarixdə verilən ilk iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilsə də (iş üzrə tərəflər fərdi sahibkar və hüquqi şəxs olsalar da), qarşılıqlı iddia ərizəsi xx xxxxx 2018-ci il tarixdə məhkəməyə təqdim edilmiş və hər iki iddia ərizəsinə birlikdə baxılmağa başlanmışdır. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlərdən Cavabdeh2 iş üzrə zamin və öz əmlakını ipoteka ilə yüklü edən fiziki şəxsdir. Eyni zamanda ilk iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xx xxxxx 2018-ci il tarixdə daxil olmuşdur. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, İddiaçı m əhkəmə aidiyyətinin dəyişdirilməsinə dair vəsatətinin dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)15350/2019 saylı qərardadı kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Q
Məhkəmə qərarları › İş №2(102)-493/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-493/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver