Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4933/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 Vahid oğlu və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4933/20 (Açar sözlər: kreditin qaytarılması, müqavilə müddətinin sonuna faiz məbləği) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1 katibliyiilə, İddiaçı «xxxx» cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-524/201 9 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASCnin kassasiya şikayətinə 12 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 28 faizlə 24 ay müddətinə, 10000 manat məbləğində kredit verilib. 2. xxxx» İKB ASC ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixində zaminlik müqaviləsi bağlanıb. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı «xxxx» İKB ASC cavabdehlər Cavabdeh1 Vahid oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 6604,54 manat əsas borc və 21008,84 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 27613,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.
5. Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək banka 6.604,54 manat əsas və 21.008,84 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 27.613,38 manat borcu yaranmışdır.
6. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcu ödəməkdən yayınmışlar.
7. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472 və 501-ci maddələrinə istinad etmişdir.
8. Cavabdehlər birinci instaniysa məhkəməsində iştirak etməmiş, həmçinin iddiaya yazılı etiraz d a verməmişlər.
9. Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-1045/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsindən irəli gələn ödənilməmiş 6604,54 manat əsas borc, 108,84 manat dəbbə borcu olmaqla, ümumilikdə 6713,38 manat kredit borcunun, dövlət rüsumu qismində ödənilmiş 30 manat pul vəsaitinin tutularaq iddiaçı «xxxx» İKB ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Rafiq Məmmədov)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqavilə üzrə «xxxx» İKB ASC-yə 6.604,54 manat əsas borcu var. Cavabdeh2 da xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliyinə za min durmuşdur.
11. Buna görə də birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, əsas borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində iddia təmin edilməlidir.
12. Məhkəmə ipoteka 21008,84 manat dəbbə pulunun tənasübsüz surətdə yüksək hesablanmasını müəyyən edərək, cavabdehlərdən tutulmalı olan həmin məbləği azaldaraq, 108,84 manat müəyyən etmişdir.
13. Dəbbə puluna aid iddia üzrə məhkəmə qeyd etmişdir ki, 21008,84 manat məbləğində dəbbə pulunun 20900,0 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası yoxdur, buna görə də 20900,0 manat dəbbə pulu hissəsində iddia rəd edilməli, 108,84 manat dəbbə pulu tutulmalıdır.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442, 443.1, 448,2, 472.1, 472.2 və 739, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddə ləri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdehlər qətnamədən apelyasiya şikayəti verib.
20. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, borc şişirdilib, borcun müəyyən edilməsi üçün ekspertiza keçirilməyib.
21. İddiaçı tərəfindən 3 ay ərzində iddia qaldırılmalı halda, 6 ildən sonra iddia qaldırılmış, bununla da iddia müddəti ötürülmüşdür.
22. Gəncə Apelyasiya Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında kredit müqaviləsinin müdddətini bitdiyi xx.xx.2014-cü il tarixə cavabdehin borcunun nə qədər olması barədə sual qoyulmuşdur.
23. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 33275 saylı rəyi ilə müəyyən olunub ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixinə (kred it müqaviləsinin bitmə tarixinə) əsas borcu 6413,85 manat, faiz borcu 1666,18 manat təşkil edir.
24. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-524/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-1045/2018 saylı qətnaməsi «cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsindən irəli gələn ödənilməmiş 6604,54 manat əsas borcun tutularaq iddiaçı «xxxx» İKB ASC-nin xeyrinə ödənilməsi» hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kredit müqaviləsi üzrə tutulan əsas borcun məbləği 6413,85 manat məbləğdə, ümumi borc isə 6522,69 manat məbləğdə müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmış, iş üzrə ekspertiza x ərcinin tərəflərə aid edilməsini qət etmişdir. (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Ədil Məmmədov, Afiq Hüseynzadə)
25. Apelyasiya instansiyası məhkəməsi borcun müştərək qaydada tutulması və cərimə borcu məbləği hissəsində birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayarakən qeyd etmişdir ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələ rdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
26. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
27. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə isə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
28. Apelyasiya məhkəməsi hazırki iş üzrə zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyətinin nəzərdə tutulmadığına görə zaminin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşımasını müəyyən edərək zaminə qarşı yönəlmiş tələbin əsaslı olması nəticəsinə gəlmişdir.
29. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cərimə borcunu da əsaslı olaraq azaltmışdır. Çünki müəyyən edilmiş 108,84 manat cərimə məbləği işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.
30. Bununla belə, apelyaisya instan siyası məhkəməsi özünün təyin etdiyi ekspertizanın rəyinə uyğun olaraq 6604,54 manat əsas borc hissəsində qətnaməni dəyişib, əsas borcu müqavilə müddətinin sonuna 6413,85 manat müəyyən etmişdir.
31. Əsas borc məbləğinin azaldılması hissəsində apelyasiya məhkəməsi qeyd etmişdir ki,Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
32. Apelyasiya məhkəməsi vurğulamışdır ki, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyi r. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
33. Qeyd olunanları nəzərə alaraq, apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 6604,54 manat əsas borc məbləği azaldılıb, həmin məbləğ müqavilə müddətinin sonuna 6413,85 manat müəyyən edilməlidir.
34. Apelyasiya məhkəmə si iddia müddətinin ötürülməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərini əsassız saymışdır.
35. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər birinci instansiya məhkəməsinin iclaslarının çağırışlarına gəlməmiş, iddia tələbinə hər hansı etirazlarını bildirməmişlər. Habelə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə verməmişlər. Halbuki Mülki Məcəllənin 375.2-ci maddəsinə görə iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı “xxxx” ASC (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun məbləğini müəyyən edərkən ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə borc düzgün hesablanmayıb.
38. Təkrar ekspertiza təyin edilməli və ekspert rəyi bankın təqdim etdiyi sübutlarla yanaşı qiymətləndirilməli idi.
39. Təkrar ekspertiza təyin etməməklə apelyasiya məhkəməsi prosessual pozuntuya yol verib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 36 Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tə rəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
442. Öhdəl iyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqa viləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyiöhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qayta rmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edi lməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
39. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, kassasiya şikayətinin dəlili yalnız tələb edilən əsas borc məbləğinin azaldılması təşkil edir. Çünki iddiaçı cərimə borcunun azaldılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verməmiş, cərimə borcunun azaldılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanmışdır. Buna görə də hazırki kassasiya baxışının predmeti yalnız əsas borc məbləğinin azaldımasından ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
42. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Cavabdehin müqavilə müddəti tarixinə 6413,85 manat əsas borcu vardır.
43. Kassasiya şikayətinin əsas borc məbləğinin azaldılmasının düzgün olmam ası barədə dəlilinə gəldikdə, qeyd edilməlidir ki, apelyasiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etmiş və cavabdehin müqavilə müddətinin sonuna 6413,85 manat əsas borcunun olmasını da məhz ekspert rəyinə əsasən müəyyən etmişdir.
44. Ekspert rəyinin əsaslı olmaması barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir.
44. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edib hesab etmişdir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.
46. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, əsas borc məbləği hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
47. Təkrar ekspertiza təyin edilməsi barədə dəlilə gəldikdə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa eksper tə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə iddiaçı bank ekspert rəyi il razı olmamasını bildirsə də, bankın nümayəndəsi rəy alındıqdan sonra apelyasiya baxışında iştirak etmiş və rəyə etiraz bildiməmiş, sonuncu məhkəmə iclasında isə, ümumiyyətlə, iştirak etməmişdir. Hazırda kassasiya şikayətində irəli sürülən bu dəlili isə iddiaçı isə heç nə əsaslandıra bilməmişdir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-524/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.