Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4933/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair və qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması, tapşırıq müqviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 və Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(103)213/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əri X3 Tofiq Əşrəf oğlu dost olmuş və X6 rayonu, Qutqaşınlı küçəsi, 40-cı döngə, 1 saylı ünvanda yerləşən torpaq sahəsində 2011-ci ildə fərdi yaşayış evi tikərkən evin tikintisi ilə bağlı işlərin görülməsini Cavabdeh tapşırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-10117/14 saylı mülki iş (İddiaçı Cavabdeh qarşı 112.563,40 manat pul tələbinə dair iş üzrə)
2. İddiaçı 2014-cü ilin oktyabr ayında Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 107 203 manat 40 qəpik əsas borc, bank uçot dərəcəsinə görə 5 360 manat olmaqla, cəmi 112 563,40 ma nat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X1 rayonu, Qutqaşınlı küçəsi, döngə 40, ev 1 ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh müraciət etmiş, aralarında etibarlı münasibətlər olduğuna görə 2011-ci ilin may ayından etibarən rəsmi müqavilə bağlanmadan cavabdeh evin tikintisinə başlamış və evin inşası üçün həyat yoldaşı ona 352281 manat ödəmişdir. Cavabdeh isə bunun müqabilində yalnız 245077,60 manat dəyərində iş görmüş və ərinin 02 avqust 2013-cü il tarixdə vəfatından sonra tikinti işlərini dayandırmışdır. Nəticədə əri tərəfindən ödənilmiş pul vəsaitinin müqabilində cavabdeh 107203,40 manat dəyərində işi görməyərək, həmin məbləği mənims əmişdir. Həmin məbləğ və bu məbləğin bank uçot dərəcəsinə görə 5 360 manat məbləğində (illik 5 faiz) pul cavabdehdən tutulub ona ödənilməlidir.
4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və iddia tələbinə qarşı yazılı münasibət bildirməmişdir.
5. Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2(004)-10117/14 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilərək, Cavabdeh 107 203,40 manat əsas borca görə, 5 360 manat bank uçot dərəcəsinə görə olmaqla, cəmi 112 563,40 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya borclu olması iş materiallarında olan auditor rəyinə və qəbzlərə əsasən təsdiq olunduğundan, iddia tələbi təmin edilməlidir.
7. Məhk əmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 425.1, 427.4, 445.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2016-cı il tarixli, 2 (103)-3703/16 saylı qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və T.Əliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında evin tikintisi ilə bağlı şifahi tapşırıq müqaviləsi bağlanmışdır. İddiaçı evin tikintisi üçü n cavabdehə 352281 manat pul verildiyini bildirdiyi halda, auditor rəyi ilə həmin işlərin görülməsinə 245077,60 manat xərcləndiyi müəyyən olunmuşdur.
11. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 449, 777.1, 777.2, 448, 1091.1, 1091.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 aprel 2016-cı il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2016-cı il tarixli, 2(102)-4933/16 saylı qərarı ilə (hakimlər A.İsgəndərov, Ə.Nurməmmədov və Q.Allahverdiyev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə iclası təxirə salınmalı olduğu halda buna əməl edilməmiş və cavabdehin iştirakı olmadan işə baxılmışdır.
15. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçının hazırki iddianı verməyə subyektiv hüquqa malik olub-olmamasını aydınlaşdırmamışdır. İddiaçı Cavabdeh tələb etdiyi pul məbləğinin cavabdehə onun özü tərəfindən deyil, mərhum əri Famil Rüstəmov tərəfindən verildiyini göstərsə də, iş ma teriallarında mərhum Famil Rüstəmovun onun əri olmasını, yaxud onun Famil Rüstəmovun vərəsəsi olmasını və hazırki iddianı qaldırmağa subyektiv hüququ olmasını təsdiq edən mötəbər sübutlar (nikah haqqında şəhadətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və s.) yoxdur.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxan məhkəmə yuxarıda göstərilən pozuntuları aradan qaldırmaqla iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olduğu qənaətinə gələrsə, bu zaman mərhum Famil Rüstəmovla Cavabdeh arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsində nəzərdə tutulan tapşırıq müqaviləsinin bağlanıb-bağlanmamasına və tərəflərin həmin müqavilədən irəli gələn öhdəliklərinin yaranıb-yaranmamasına və əgər hər hansı öhdəlik münasibətinin mövcud olması müəyyən edilərsə onun yerinə yetirilib-yetirilməsinə də qiymət verməlidir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli, 2(103)-1738/17 saylı qətnaməsi ilə (S.Hacıyev, E.Nəbiyev və R.Qurbanov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə maddi zərər qismində 94.529,20 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 94.559,20 manat pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərci cavabdehə aid edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhk əməsi işə baxarkən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi, əri mərhum X2 Qəbələ şəhərində inşa edilmiş evin tikintisinə çəkilmiş xərclərin əks olunduğu qeydiyyat kitabının məzmunun həqiqiliyini, nə də kitabçada göstərilən məbləğdə, yəni 352.281 manat məbləğində pulun hissə-hissə verilməsinin mübahisələndirməmişdir.
19. Məhkəmə kollegiyası işdə olan auditor rəyini və tikinti-texniki ekspertizasının rəylərinin müqayisəli şəkildə təhlil edərək qeyd etmişdir ki, cavabdeh 352.281 manat məbləğində pul aldığı halda, yalnız 257751,8 manat pulu təyinatı üzrə sərf etmiş, qalan 94.529,2 manatın nəyə sərf edildiyinə dair cavabdeh heç bir sübut təqdim etməmişdir.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 449, 777.1, 777.2, 778.1, 779-cu maddələrinə istinadla əsaslandırmışdır. ç) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Cavabdeh və vəkili A.T.Layıcov kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2018ci il tarixli, 2(102)-147/18 saylı qərarı ilə (hakimlər Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və İ.Xələfov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mərhum X 4 ilə Cavabdeh arasında tikinti ilə bağlı öhdəliklərin yaranmasına əsas ola bilən hər hansı yazılı müqavilənin o cümlədən, tikinti və ya podrat müqaviləsinin, həmçinin pulun verilməsini, tikintinin smetalaşdırılmasını təsdiq edən yazılı sübutların olmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, yalnız birtərəfli qaydada mərhum X4 tərəfindən aparıldığı ehtimal olunan şəxsi qeydlərə istinad olunmaqla mərhum tərəfindən cavabdehə 352.281 manat pulun verilməsi barədə səhv nəticəyə gəlinib iddia tələbinin qismən 94.529 manat hissədə təmin olunması dair qərar qəbul edilmişdir.
24. İş materiallarına nəzər saldıqda aydın olur ki, cavabdeh iddiaçı tərəfin tikintiyə görə alınan pullara dair dəlilini özünün apardığı hesab qeydləri ilə inkar etmiş, mərhum tərəfindən ona tikintinin davam etdirilməsi üçün hissə-hissə pul verildiyini, bu səbəbdən tikintinin uzandığını və nəticədə Famil Rüstəmovun vəfat etməsi səbəbilə dayandığını bildirərək, hətta iddiaçı tərəfin ona borclu olduğunu bildirmişdir. Kassasiya şikayətində bildirilmişdir ki, cavabdeh sözügedən qeydiyyat kitabçasının həqiqiliyini deyil, həmin kitabçada ona 352,281 manatın verildiyini təsdiq edən heç bir məlumatın olmadığını təkidlə bildirmişdir. Başqa sözlə, mübahisələndirilən qeydiyyat kitabçasının olub-olmaması və ya onun həqiqiliyi deyil, həmin kitabçada qeyd edilən məbləğdir ki, hazırkı mübahisənin predmetini təşkil edir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli tikililərin inşasına çəkilmiş xərclərlə bağlı verilmiş ekspert rəyləri arasında kəskin fərq olmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmişdir.
26. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı, iş üzrə 28 aprel 2016-cı il tarixli, 2(103)-3703/16 saylı və 05 iyul 2017-ci il tarixli, 2(103)1738/17 saylı qətnamələri ilə təsdiq edilir ki, hakim E.Nəbiyev hər iki qətnamənin qəbul edilməsində məhkəmə kollegiyasının tərkibində iştirak etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli, 2(103)-935/2019 saylı qətnaməsi ilə (hakimlər V.Həsənov, Ş.Məmmədova və N.Cəfərov) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir.
28. Məhkəmə gəldiyi nəticəni onunla əsa slandırmışdır ki, tərəflər arasında yaranmış hüquq münasibətləri Mülki Məcəllənin 777-ci maddəsində göstərilən tapşırıq münasibətinə uyğun olsa belə, zərərin özünün mövcudluğunun sübuta yetirilməməsi iddianın təmin olunmasını mümkünsüz edir. Məhkəmə nəticə olaraq qeyd edir ki, iddiaçı tələb etdiyi pul məbləğinin cavabdehdə qalmasını və həmin məbləğ həddində cavabdehin müqavilədən və ya qanundan irəli gələn öhdəliyinin olmasını təsdiq edən sübutlara malik deyildir. Bu halda iddiaçı subyektiv hüquqa malik olan şəxs kimi hazırki iddia tələbinin irəli sürülməsi ilə bağlı hüquqi ixtiyara malik deyildir. e) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
29. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu i l tarixli, 2(102)-6180/2019 saylı qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), T.Qoldman və İ.Dəmirov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması işin mübahisə olunmayan halıdır və cavabdeh özü də bu halı inkar etməmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 777-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, cavabdehin tapşırıq müqaviləsi üzrə mərhum Famil Rüstəmovdan aldığı tapşırıqları vicdanla icra edib-etməməsi və nəticədə iddiaçıya hər formada maddi zərərin dəyib-dəyməməsi, zərər üçün cavabdehin bilavasitə məsuliyyət daşıyıb-daşımaması ilə bağlı işin halları üzrə kifayət qədər araşdırma aparmamışdır.
32. Bundan başqa, Cavabdeh İddiaçı qarşı sözügedən evin tikintisi üçün çəkilmiş xərclərə görə 39.000 manat, öhdəliyin icra edilməməsi üçün yaranmış faiz borcuna görə 8.775 manat tələbinə dair ilkin iddiası və İddiaçı Cavabdeh qarşı 33.131,06 manat, habelə öhdəliyin icra edilməməsi üçün yaranmış faiz borcuna görə 12.424,14 manat pulun tutulması tələbinə dair iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(009)-304/20017 saylı qətnaməsi çıxarılmışdır və həmin qətnamə ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin mülki işin icraatı hazırk i mülki iş üzrə məhkəmə aktı qanıni qüvvəyə minənədək dayandırılmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd olunan hər iki mülki iş üzrə tərəflərin eyni şəxslər olmasını, mübahisə predmetinin, eləcə də mübahisə doğuran hüquq münasibətlərinin obyektlərinin fərqlənməməsini nəzərə alıb hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə hər iki mülki işlər bir icraatda birləşdirilməklə, həm İddiaçı, həm də Cavabdeh iddia tələblərinə hüquqi qiymət verilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olmuş 2(009)-304/2017 saylı iş üzrə (iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair ilkin iddia ərizəsi və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə iş). a. Birinci instansiya məhkəməsindəki icraat
33. İddiaçı Cavabdeh İddiaçı qarşı i ddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş 39.000 manat və öhdəliyin icra edilməməsinə görə yaranmış faiz borcu kimi 8.775 manat məbləğində pulun tutulması, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. İddiaçı isə Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, cavabdehdən 33.131,06 manat, habelə öhdəliyin layiqincə icra edilməməsinə görə yaranmış faiz borcu kimi 12.424,14 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli 2(009)-304/2017 saylı qətnaməsi ilə (hakim Zaur Əliyev) ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı 37.567 manat çəkilmiş xərcin əvəzi, 8.170,80 manat gecikmə faizi, 31 manat dövlət rüsumu olmaqla, cəmi 45.768,80 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, İddiaçı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
36. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli 2(103)-953/2020 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(103)26/2020 saylı m ülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-953/2020 nömrəli işlə birləşdirilmişdir.
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(103)-213/2021 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi) E.Həsənov və F.Babayev) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, həmin qətnamə ləğv edilərək iddia tələbi təmin edilməmişdir. Ek spertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 350 manat məbləğində xərc müştərək qaydada tərəflərə aid edilmişdir.
39. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Famil Rüstəmov ilə Cavabdeh Balaəhməd oğlu arasında podrat münasibətləri olmuş və icraçı razılaşdırılmış işin icrasına başlamışdır. Bununla da Famil Rüstəmov ilə Cavabdeh Balaəhməd oğlu podrat münasibətlərinə dair öz iradə ifadələrini bildirmişlər. Sonradan İddiaçı və Cavabdeh tərəfindən razılaşdırılmış işin məbləğinin dəyişdirilməsi müqavilə hüququnun prinsiplərinə ziddir. Görülmüş işin müqabilində nəzərdə tutulmuş məbləğin dəyişdirilməsi isə, tərəflər arasında əldə olunmuş razılığın pozulmasına, tərəflərdən birinin digərinə münasibətdə üstün mövqeyə qalxmasına, digərinin isə əlverişsiz mövqeyə düşməsin ə səbəb ola bilər. İddia tələblərinə nəzər yetirdikdə isə görünür ki, hər iki tərəf görülmüş işin müqabilində nəzərdə tutulmuş məbləği dəyişməklə biri digərinə münasibətdə üstün mövqe əldə etmək istəyir. Halbuki, görülmüş işin dəyəri əvvəlcədən Famil Rüstəmov ilə Cavabdeh Balaəhməd oğlu arasında razılaşdırılmışdır.
40. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilə bilməz.
41. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mərhum əri Famil Rüstəmov tərəfindən Cavabdeh ümumilikdə hansı məbləğdə pulun verilməsi və Cavabdeh İddiaçı mərhum əri Famil Rüstəmovdan hansı məbləğdə pulun qəbul edilməsi faktını iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
42. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsinin qismən - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsini və həmin hissədə Cavabdeh 92147 manat pulun tutulması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
43. İddiaçı kassasiya şikayətində işin faktik halları təkrar göstərilmiş və qeyd olunmuşdur ki, işin bütün faktiki halları və işdə olan sübutlar açıq və birmənalı olaraq cavabdehin iddiaçının mirasqoyanına borclu olduğunu göstərir.
44. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayətinin təmin olunması hissəsində ləğv edilməsini və həmin hissədə Cavabdeh iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
45. Cavabdeh kassasiya şikayətində işin faktik halları təkrarlanmış və əlavə olaraq bildirmişdir ki, o işlərin icrasını birbaşa təmin etməyi deyil, tikinti mütəxəssisi olduğu üçün tikintinin ümumi gedişinə nəzarət etməyi üzərinə götürmüşdür. Həm də bunu mərhum Famillə yaxın yoldaşlıq münasibətlərinə görə etmişdi. İddiaçı heç bir halda görülən işlər müqabilində onun muzd aldığını və buna dair razılaşma olduğunu bildirməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
47. İddia çı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, onların kassasiya şikayətinin təmin edilməsini, Cavabdeh kassasiya şikayətinin rədd edilməsini xahiş etdi.
48. Cavabdeh vəkili Vəkil2n onların tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək təmin olunmasıını, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq
49. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqq ında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Maddə
778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə
779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kob ud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
50. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
51. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
52. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini, iş üzrə tərəflərin vəkillərinin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən, maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə görə kassasiya şikayətləri qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbləri təmin edilməməlidir.
56. Belə ki, məhkəmələr işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan faktiki halları kimi müəyyən etmişdir ki, İddiaçı mərhum əri Famil Rüstəmov tərəfindən Cavabdeh ümumilikdə hansı məbləğdə pulun verməsi və Cavabdeh İddiaçı mərhum əri Famil Rüstəmovdan hansı məbləğdə pulun qəbul edilməsi iş materialları ilə müəyyən olunmur.
57. Kassasiya şikayətlərinin dəlilləri də bu faktın əksi barədə nəticəyə gəlməyə əsas vermir.
58. Həmçinin məhkəmələr tərəfindən əvvəlki məhkəmə proseslərində ardıcıl olaraq müəyyən edilmişdir ki, tərəflər arasında Qəbələ şəhərində inşa edilən evlə bağlı yaranan münasibətlər tapşırıq münasibətləridir və tikinti ilə bağlı aralarında olan razılaşma da tapşırıq müqaviləsidir. İş üzrə Ali Məhkəmənin 22 oktyabr 2019-cu il tarixli qərarında kassasiya məhkəm əsi aydın şəkildə bildirmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması işin mübahisə olunmayan halıdır və cavabdeh özü də bu halı inkar etməmişdir.
59. Maddi hüquq normasının tətbiqi ilə bağlı kassasiya məhkəməsinin rolu baxımından iş üzrə kassasiya məhkəməsinin bu mövqeyindən fərqli nəticəyə gələn aşağı instansiya məhkəməsi, bunu ətraflı əsaslandırmalı, əlavə araşdırma zamanı tərəflərin razılaşmasının tapşırıq müqaviləsi kimi deyil, başqa müqavilə kimi təfsir edilməsinə əsas verən hansı yeni faktik halları müəyyən edildiyini göstərməlidir. Lakin işə sonuncu dəfə baxmış apellyasiya instansiyası məhkəməsi, işin əvvəllər müəyyən edilmiş razılaşma şərtlərindən fərqli hansı faktları müəyyən etdiyini göstərməmiş, tərəflərin arasında y aranan münasibətlərin podrat münasibəti, razılaşmalarını isə podrat müqaviləsi kimi müəyyən edərək bildirmişdir ki, Famil Rüstəmov ilə Cavabdeh Balaəhməd oğlu arasında podrat münasibətləri olmuş və icraçı razılaşdırılmış işin icrasına başlamışdır. Bununla da Famil Rüstəmov ilə Cavabdeh Balaəhməd oğlu podrat münasibətlərinə dair öz iradə ifadələrini bildirmişlər. Sonradan İddiaçı və Cavabdeh tərəfindən razılaşdırılmış işin məbləğinin dəyişdirilməsi müqavilə hüququnun prinsiplərinə ziddir. Görülmüş işin müqabilində nəzərdə tutulmuş məbləğin dəyişdirilməsi isə, tərəflər arasında əldə olunmuş razılığın pozulmasına, tərəflərdən birinin digərinə münasibətdə üstün mövqeyə qalxmasına, digərinin isə əlverişsiz mövqeyə düşməsinə səbəb ola bilər. İddia tələblərinə nəzər yetirdikdə isə görünür ki, hər iki tərəf görülmüş işin müqabilində nəzərdə tutulmuş məbləği dəyişməklə biri digərinə münasibətdə üstün mövqe əldə etmək istəyir. Halbuki, görülmüş işin dəyəri əvvəlcədən Famil Rüstəmov ilə Cavabdeh Balaəhməd oğlu arasında razılaşdırılmışdır.
60. Lakin nəzərə alınmalıdır ki, podrat müqaviləsi ilə tapşırıq müqaviləsini fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, podrat müqaviləsi bağlanarkən podratçı şərtləşdirilmiş keyfiyyətə uyğun və qüsurlardan azad işi təhvil verməyi öhdəsinə götürürsə, tapşırıq müqaviləsi bağlanarkən vəkalət alan, ona tapşırılan əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
61. Baxılan işdə tərəflərin arasında olan danışıqlar və razılaşma məhz tapşırıq müqaviləsi üçün qanunla nəzərdə tutulmuş əl amətlərə malikdir və onların arasında olan münasibətlər Mülki Məcəllənin 777-ci maddəsinin şərtləri əsasında həll olunmalı idi.
62. Mülki Məcəllənin 777.1, 777.2, 778.1, 779.1-ci maddələrinin tələblərinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərur üçün məsuliyyət daşıyır.
63. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin arasında yaranmış mübahisənin sonrakı təhlili üçün əsas şərt, qarşı tərəfə tələb olunan məbləğin həqiqətən də verilməsinin sübut olun masıdır ki, bu hal da məhkəmələr tərəfindən araşdırılmış və onların tələb etdikləri məbləğdə pulu digər tərəfə verməsi müəyyən edilməmişdir. Əgər işin faktiki halları ilə iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qərarı ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.
64. MPM-nin 418.1-ci maddəsinə görə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
65. Buna görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş ha llar və sübutlar əsasında yeni qərar çıxarılmalıdır.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(103)213/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı və Cavabdeh iddia tələbləri təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 350 manat məbləğində pulun, 175 manatı İddiaçı, 175 manatı isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.