Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4934/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: banka ödənilmiş artıq pul məbləğinin geri qaytarılması və vurulmuş maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil4, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-966/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt Apellyasiya Məhkəməsinin 20.02.2020-ci il tarixli 2(105)-101/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli, 2(028)-145/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmiş, İddiaçı və Cavabdeh QSC arasında bağlanmış 13.02.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsinə, 25.06.2010-cu il tarixli, 74 saylı sazişə, 08.04.2013-cü il tarixli, 17R000002969 saylı, 22.11.2013-cü il tarixli, 17R00 0005071 saylı, 11.04.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmalarına, 19.01.2016-cı il tarixli, 17R000002969S saylı, 05.08.2016-cı İl tarixli, 17R000002969SA saylı, 21.12.2016-cı il tarixli, 17R000002969SB saylı, 19.01.2016-cı il tarixli, 17R000005071S saylı, 05.08.2016-cı il tarixli, 17R000005071SA saylı, 21.12.2016-cı il tarixli, 17R000005071SB saylı, 19.01.2016-cı il tarixli, 17R000006318S saylı, 05.08.2016-cı il tarixli, 17R000006318SA saylı, 21.12.2016-cı il tarixli, 17R000006318SB saylı sazişlərə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6988,82 ABŞ dolları əsas, 2062,75 ABŞ dolları faiz borcu və 27,76 ABŞ dolları cərimə borcu, cəmi 9079,33 ABŞ dolları borcun, 17R000005071 saylı kredit razılaşması üzrə 24804,98 ABŞ dolları əsas borc, 7215,86 ABŞ dolları faiz borcu və 81,90 ABŞ dolları cərimə borcu, cəmi 32102,74 ABŞ dolları borcun, 17R000006318 saylı kredit razılaşması üzrə 83836,69 ABŞ dolları əsas borc, 24449,79 ABŞ dolları faiz borcu və 23,57 ABŞ dolları cərimə borcu, cəmi 108310,05 ABŞ dolları borcun, 017R********** saylı kredit razılaşması üzrə 10000 ABŞ dolları əsas borc, 1537,77 ABŞ dolları faiz borcu və 120 ABŞ dolları cərimə borcu, cəmi 11657,77 ABŞ dolları borcun, ümumilikdə 161.149,89 ABŞ dollarının ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın və 63 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tələbin ipoteka predmetlərinə yön əldilərək açıq hərracda satılmaları ve satışdan əldə edilmiş pul vəsaitinin hesabına “AccessBank" QSC-yə olan borclarının ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı bank və cavabdeh İddiaçı ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Məhkəmə baxışı zamanı məhkəmə mühasibatlıq, kreditin verilməsi çeklərində imzalara dair məhkəmə xəttşünaslıq və əmlakların qiymətləndirilməsi ekspertizaları təyin edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 07.05.2019-cu il tarixli, 9465 saylı rəyi ilə, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan 08.04.2013-cü il tarixli kreditin verilməsi köçürmə adlı sənəddə “Müştəri imzası” qrafasındakı imzanın; İddiaçı adına olan 22.11.2013-cü il tarixli 68000 ABŞ dollarına dair kredit razılaşmasında “Kredit alan:” qrafasındakı imzanın; ödəniş planında “Müş təri” qrafasındakı imzanın; 22.11.2013-cü il tarixli kreditin verilməsi köçürmə adlı sənəddə “Müştəri imzası” qrafasındakı imzanın; 21.12.2016-cı il tarixli 17M000000580 saylı ipoteka müqaviləsində “Borclu” hissəsindəki imzanın; kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 17R000005071SB saylı sazişdə “Kredit alan” hissəsindəki imzanın; İddiaçı adına olan 11.04.2014-cü il tarixli 165.000 ABŞ dollara dair kredit razılaşmasında “Kredit alan” qrafasındakı imzanın; 11.04.2014-cü il tarixli kreditin verilməsi köçürmə adlı sənəddə “Müştəri" qrafasındakı imzanın; 21.12.2016-cı il tarixi kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 17R000006318SB saylı sazişdə “Kredit alan” hissəsindəki imzanın; 21.12.2016-cı il tarixli 017R********** saylı kredit razıla şmasında “Kredit alan” hissəsindəki imzanın; İddiaçı adına olan ödəniş qrafikində “Müştəri” qrafalarındakı imzaların; 21.12.2016-cı il tarixli kreditin verilməsi köçürmə adlı sənəddə “Müştəri imzası" qrafasındakı imzanın - İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 17.09.2019-cu il tarixli, 15522 saylı rəyi ilə 08.04.2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşması üzrə ödəniş ödəmələri vaxtında həyata keçirmədiyindən cavabdeh İddiaçı 04 yanvar 2018-ci il tarixə Cavabdeh QSC-yə olan əsas kredit borcu 6702,94 ABŞ dolları, faiz borcu 2124,08 ABŞ dolları, 22.11.2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması üzrə ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədiyindən cavabdeh İddiaçı 04 yanvar 2018-ci il tarixə “AccessBank" QSC-yə olan əsas kredit borcu 24.515,92 ABŞ dolları, faiz borcu 7678,61 ABŞ dolları, 11.04.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması üzrə ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədiyindən cavabdeh İddiaçı 04 yanvar 2018-ci il tarixə Cavabdeh QSC-yə olan əsas kredit borcu 83.199,83 ABŞ dolları, faiz borcu 26.167,34 ABŞ dolları, 21.12.2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə cavabdeh İddiaçı 04 yanvar 2018-ci il tarixə Cavabdeh QSC-yə əsas kredit borcu 9995,55 ABŞ dolları, faiz borcu 1514,84 ABŞ dolları olduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 20.12.2019-cu il tarixli, 29461 saylı rəyi ilə 08.04.2013-cü il tarixli, 17RW00026140 saylı nağd pulun götürülməsi barədə qəbzin aşağı sağ hissəsində “Müştəri imzası" qrafasında ola n imzanın; 11.04.2014-cü il tarixli, 17RW00033607 saylı nağd pulun götürülməsi barədə qəbzin aşağı sağ hissəsində “Müştəri imzası qrafasında olan imzanın; 22.11.2013-cü il tarixli, 17RW00030950 saylı nağd pulun götürülməsi barədə qəbzin aşağı şağ hissəsində “Müştəri imzası” qrafasında olan imzanın; 21.12.2016-cı il tarixli, FT16356X5XZ3 saylı daxili köçürmə orderinin aşağı hissəsində “Müştərinin imzası” qrafasında olan imzanın - İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 27.01.2020-ci il tarixli, 29763 rəyi ilə İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 08.04.2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə) kassa məxaric orderi, nağd pulun götürülməsi və s.), 22.11.2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə), kassa məxaric orderi, nağd pulun götürülməsi və s.), 11.04.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə), kassa məxaric orderi, nağd pulun götürülməsi və s.), 21.12.2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə), kassa məxaric orderi, nağd pulların götürülməsi və s.) iş materiallarında mövcuddur. Sumqayıt Apellyasiya Məhkəməsinin 20.02.2020-ci il tarixli 2(105)-101/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Qubadlı Rayon Məhkəməsinin 12.11.2018-c i il tarixli, 2(028)-145/2018 saylı qətnaməsi əsas kredit borclarına, 017R********** saylı kredit razılaşması üzrə faiz borcuna, Sumqayıt şəhəri, 48ci məhəllə, 4 saylı evin 56 saylı mənzilinin və Sumqayıt şəhəri, 1-ci məhəllə, 6 saylı evin 4 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətlərinə aid hissələrdə dəyişiklik edilmiş, qalan hissələrdə qətnamə İddiaçı apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış, iddiaçı Cavabdeh QSC-nin apelyasiya şikayəti təmin edilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3820/2019 saylı, 05.08.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "bank ilə iddiaçı arasında 2006-2017-ci illərdə bağlanmış kredit müqaviləsi, sazişin, kreditin verilməsinə dair mədaxil və məxaric sənədlərinin və s. tə qdim olunmasına dair" iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2(004)-2375/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh QSC-yə və üçüncü şəxs Sumqayıt şəhəri 3 nömrəli notariat ofisinə qarşı “11.04.2014-cü il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi rədd edilmişdir. İddiaçı "xxxx" QSC-də olan AZ18ACAB******************** saylı hesabından çıxarışın surətindən görünür ki, LD**********, LD********** və LD********** nömrələri kredit razılaşmaları kimi deyil, əməliyyat kodu kimi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh QSC-yə qarşı “banka ödənilmiş artıq pul məbləğinin geri qaytarılması və vurulmuş maddi zərərin ödənilm əsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəfindən banka artıq ödənilmiş 261004,41 ABŞ dollarının, 500000 ABŞ dolları maddi və 100000 ABŞ dolları mənəvi zərərin, ümumilikdə 861004,41 ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək tərəfindən banka artıq ödənilmiş 356000,55 ABŞ dollarının, 500000 ABŞ dolları maddi və 100000 ABŞ dolları mənəvi zərərin, ümumilikdə 956000,55 ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəflər arasında gedən başqa məhkəmə mübahisələri zamanı məlum olmuşdur ki, onun Cavabdeh QSC-də olan AZ18ACAB******************** şəxsi hesab nömrəsinə ödənilmiş vəsaitdən 261.004,41 ABŞ dolları LD**********, LD********** və LD********** saylı kredit razılaşmaları əsasında silinmişdir. Həmçinin 08.04.2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşması üzrə 50.000 ABŞ dolları, 22.11.2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması üzrə 68.000 ABŞ dolları, 11.04.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması üzrə 165.000 ABŞ dolları və 21.12.2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 10.000 ABŞ dolları məbləğində kredit borcu yazılmışdır. Cavabdehlə aralarında ümumiyyətlə LD**********, LD********** və LD********** saylı kredit razılaşmaları bağlanmamış, 08.04.2013-cü il tarixli, 17R000002969 saylı, 22.11.2013-cü il tarixli, 17R000005071 saylı və 11.04.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmaları bağlanmış olsa da, həmin kredit razılaşmaları əsasında bank tərəfindən ona kredit verilməmişdir. Cavabdeh QSC 2014-cü ilin sentyabr ayında onun şəxsi hesabında artıq pul vəsaitinin olduğunu gördükdə 2013-cü ildə yazılmış kredit razılaşmaları əsasında 2014-cü ilin oktyabr ayından başlayaraq ödəniş qrafikini sistemə yerləşdirərək bilərəkdən borc yaratmışdır ki, şəxsi hesabdakı pul vəsaitini həmin qrafiklərə uyğun olaraq götürə bilsin. Göstərilənlərə əsasən məhkəmədən LD********** saylı, LD********** saylı, LD********** saylı, 08.04.2013-cü il tarixli, 17R000002969 saylı, 22.11.2013-cü il tarixli, 17R000005071 saylı və 11.04.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaş malarının etibarsız hesab edilməsi, Cavabdeh QSC-də olan AZ18ACAB******************** nömrəli şəxsi hesabından götürülmüş 261.004,41 ABŞ dolları, 001-017-07-2-0000383.33 hesab nömrəsinə ödənilmiş 35.434,29 ABŞ dolları, 001-017-07-2-0000325.34 hesab nömrəsinə ödənilmiş 24.670,15 ABŞ dolları, ***-***-**-**000249.36 hesab nömrəsinə ödənilmiş 30.858,16 ABŞ dolları, 001-017-07-20000077.31 hesab nömrəsinə ödənilmiş 34.750,22 ABŞ dolları, AZ18ACAB******************** hesab nömrəsinə ödənilmiş 2.256,07 ABŞ dolları məbləğində pul vəsaitinin, cavabdehin etdiyi saxtakarlıqlarla əlaqədar yaranmış borcun iddiaçının işgüzar fəaliyyətinə vurduğu 500000 ABŞ dolları maddi, 100000 ABŞ dolları mənəvi zərər olmaqla, cəmi 988.973.30 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödəni lməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə 13.02.2006-cı ildən etibarən sıx işgüzar münasibətdə olmuş, ayrı-ayrı vaxtlarda müxtəlif miqdarda kreditlər götürmüş və ödənişlərini vaxtında edərək qarşılıqlı inam və etimad qazanmışdır. 2006-cı ildə bağlanmış **********74 saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən kreditlərin götürülməsi üçün ayrıca kredit razılaşması bağlanmalıdır. Sonradan bağlanmış 25.06.2010-cu il tarixli “kredit xətti müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 74 saylı sazişə əsasən ona 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit razılaşmaları əsasında istənilən məbləğin 172 ay müddətinə 13.06.2020ci il tarixdən gec olmayaraq verilməsi qeyd olunmuşdur. Bank tərə findən verilən kreditlərə görə bağlanan kredit razılaşmalarının bir nüsxəsi ona təqdim olunmurdu. 2017-ci il tarixə qədər ödənişlərlə əlaqədar bank tərəfindən ona hər hansı bir müraciət olmayıb. Ona təqdim edilmiş hesabdan çıxarışa əsasən məlum olur ki, onun 2014-cü il tarixə Cavabdeh QSC-yə heç bir borcu qalmamış və hesabı da bağlıdır. Lakin mühasibatlığı tərəfındən bankla aralarında olan borcun miqdarı dəqiq bilinmədiyindən davamlı olaraq banka pullar ödənilmiş və banka olan borcundan daha artıq ödənişlər edilmişdir. Əslində, bankla aralarında olan borca görə ödənişlər 2014-cü ilin sentyabr ayında artıq bağlanmış və ondan sonra etdiyi bütün ödənişlərin təyinatı kimi bankın kassa mədaxil qəbzlərində VÖEN və şəxsi hesab kimi göstərilmişdir. Bundan sonra, Cavabdeh QSC ona və qeyrilərinə qar şı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə onun və digər cavabdehlərin iştirakı təmin edilmədən bankın iddiasını qismən təmin edərək Cavabdeh QSC ilə aralarında bağlanmış 13.02.2006-cı il tarixli 03L000000074 saylı kredit xətti müqaviləsinə, 25.06.2010-cu il tarixli 74 saylı sazişə, 08.04.2013-cü il tarixli 17R000002969 saylı, 22.11.2013-cü il tarixli 17R000005071 saylı, 11.04.2014-cü il tarixli 17R000006318 saylı kredit razılaşmalarına, 19.01.2016-cı il tarixli 17R000002969S saylı, 05.08.2016-cı il tarixli 17R**********SA saylı, 21.12.2016-cı il tarixli 17R000002969SB saylı, 19.01.2016-cı il tarixli 17R000005071S saylı, 05.08.2016-cı il tarixli 17R00000507 1SA saylı, 21.12.2016-cı il tarixli 17R000005071SB, 19.01.2016-cı il tarixli 17R000006318S saylı, 05.08.2016-cı il tarixli 17R000006318SA saylı, 21.12.2016-cı il tarixli 17R000006318 saylı sazişlərə xitam verilməsi, ondan və digər cavabdehlərdən müştərək qaydada Cavabdeh QSC-nin xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6.988,82 ABŞ dolları əsas, 2.062,75 ABŞ dolları faiz, 75,27 ABŞ dolları cərimə olmaqla cəmi 9.079,33 ABŞ dolları, 17R000005074 saylı kredit razılaşması üzrə 24.804,98 ABŞ dolları əsas, 7.215,86 ABŞ dolları faiz, 81,90 ABŞ dolları cərimə olmaqla cəmi 32.102,74 ABŞ dolları, 17R000006318 saylı kredit razılaşması üzrə 83.836,69 ABŞ dolları əsas, 24.449,79 ABŞ dolları faiz, 23,57 ABŞ dolları cərimə olmaqla cəmi 108.310,05 ABŞ dolları, 017R********** saylı kredit razıl aşması üzrə 10.000 ABŞ dolları əsas, 1.537,77 ABŞ dolları faiz, 120 ABŞ dolları cərimə olmaqla cəmi 11.657,77 ABŞ dolları, ümumilikdə 161.149,89 ABŞ dollarının ödəniləcək günə manatla məzənnəsi hesablamaqla, dövlət rüsumu kimi 30 manat və digər xərclərin tutulmasını qət etmişdir. Bundan sonra qətnamədən xəbəri olmuş və Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir. Mülki iş hal-hazırda icraatdadır və vəsatəti əsasında həmin müqavilələrin və müqavilələr üzrə götürülmüş pulları təsdiq edən kassa məxaric orderlərinin tərəfindən imzalanıb-imzalanmaması ilə bağlı və banka olan borcunun olub-olmaması ilə bağlı məhkəmə-xəttşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Bankda olan şəxsi hesab nömrəsində ona aid olmayan və onunla müqavilə bağlanmaya n kreditlər mövcuddur. Bununla bağlı banka etdiyi şifahi və yazılı müraciətlər cavabsız qalmışdır. Belə ki, məhkəməyə müqavilələr və kassa məxaric orderləri təqdim edilmir. Sonradan ona məlum olmuşdur ki, əslində onun imzası saxtalaşdırılaraq müxtəlif müqavilələr imzalanmış və onun banka ödədiyi pullar əslində kredit xətti üzrə borclarına deyil, həmin saxta müqavilələr üzrə yaradılmış kreditlərə yönləndirilmişdir. Bankın özünün verdiyi hesabdan çıxarışa əsasən 2014-cü ilin sonlarından tərəfindən 261.004,41 ABŞ dolları ödənilmişdir ki, bu da həmin süni yaradılmış kredit müqavilələri üzrə borclara yönəldirildiyindən ona maddi zərər vurmuşdur. Əslində cavabdehin ona qarşı etdiyi qanunsuz hərəkətlər nəticəsində şəxsi biznesinə külli miqdarda zərər dəymiş və iflasa uğramışdır. Bundan başqa, müə ssisəsində çalışan 70 nəfər işçi də iş yerlərindən məhrum olunmuşdurlar. Bununla bağlı banka olan süni yaradılmış borcları onun işgüzar nüfuzuna xələl gətirmiş və mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-198/2020) LD********** saylı, LD********** saylı, LD********** saylı, 08.04.2013-cü il tarixli 17R000002969 saylı, 22.11.2013-cü il tarixli 17R000005071 saylı və 11.04.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmalarının etibarsız hesab edilməsi, İddiaçı Cavabdeh QSC-də olan AZ18ACAB******************** şəxsi hesab nömrəsindən götürülmüş 261.004,41 ABŞ dolları məbləğində vəsaitinin, ***-***-**-**000383.33 hesab nömrəsinə ödənilmiş 35.434,29 ABŞ dolları, 001-017-07-2 -0000325.34 hesab nömrəsinə ödənilmiş 24.670,15 ABŞ dolları, 001-017-07-2-0000249.36 hesab nömrəsinə ödənilimiş 30.858,16 ABŞ dolları, 001-01707-2-0000077.31 hesab nömrəsinə ödənilmiş 34.750,22 ABŞ dolları, AZ18ACAB**********000126439 hesab nömrəsinə ödənilmiş 2.256,07 ABŞ dolları məbləğində pul vəsaitinin, iddiaçının işgüzar fəaliyyətinə vurulmuş 500.000 ABŞ dolları maddi, 100.000 ABŞ dolları mənəvi zərər olmaqla ümumilikdə 988.973,30 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh QSC-dən tutulması barədə İddiaçı iddia tələbinin təmin edilməməsi, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə aparılmış 200 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NA BZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh QSC arasında LD**********, LD********** və LD********** saylı kredit razılaşmalarının bağlanması iş materialları ilə sübuta yetirilmədiyindən, həmçinin tərəflər arasında bağlanmış 08.04.2013cü il tarixli, 17R000002969 saylı, 22.11.2013-cü il tarixli, 17R000005071 saylı və 11.04.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmaları üzrə Qubadlı Rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli, 2(028)-145/2018 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin 20.02.2020-ci il tarixli 2(105)-101/2020 saylı qətnamələrinin qanuniliyi hazırda iddiaçı və cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməs ində mübahisələndirildiyindən, iddiaçının qeyd olunan kredit razılaşmalarının etibarsız hesab edilməsi üzrə həmin məhkəməyə müraciət etmək imkanı olduğundan iddia tələbi qeyd olunan kredit razılaşmalarının etibarsız hesab edilməsi və həmin razılaşmalar üzrə artıq ödənilmiş pulun qaytarılması hissələrində təmin edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, İddiaçı bankın hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməsini və buna görə maddi və mənəvi zərərə məruz qaldığını qeyd etsə də, bu hal məhkəmə tərəfindən müəyyən edilmir və cavabdehin hərəkətləri ilə ehtimal olunan mənəvi zərər arasında səbəbli əlaqə görülmür. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasın ı xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmışdır. Həmçinin, iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsində qeyd edimişdir ki, Cavabdeh QSC-nin nümayəndəsi məhkəmə iclası zamanı qeyd etmişdir ki, adı çəkilən məbləğlər guya tərəfindən məxaric edilmiş, və Qubadlı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərkən sübutları Qubadlı Rayon Məhkəməsinə təqdim etmişdirlər. Halbuki bunlar ağ yalandan savayı bir şey deyildir. Belə ki, cavabdehlə Sumqayıt Apellyasiya Məhkəməsində mübahisə zamanı məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. Ərizədə Cavabdeh QSC-nin israrla vurğuladığı “sübutları Qubadlı Rayon Məhkəməsinə təqdim etmişik” sözl ərinin heç cürə həqiqəti əks etdirməməsini və adı çəkilən sübutların iş materiallarında mövcud olub-olmamasını xüsusi ilə vurğulamağına baxmayaraq nə məhkəmə, nədə ki bank tərəfindən adı çəkilən sübutlar heç cürə ortalığa çıxarılmayaraq qanunsuz qətnamənin çıxarılmasına səbəb olmuşdur. Necə ola bilər ki, cavabdeh tərəfin onun borcunu təsdiq edəcək mötəbər sübutları olmadığı halda Yasamal Rayon Məhkəməsi iddiamı təmin etmir? Nə vaxtdan məhkəmələr şifahi formada qeyd olunanları mötəbər sübut kimi qəbul edir? Halbuki, cavabdehə nəinki borcunun olmamasını, həttda Cavabdeh QSC-nin ona borclu olmasını təsdiq edəcək bütün zəruri sənədləri Yasamal Rayon Məhkəməsində iclas zamanı təqdim etmişdir. Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzi 17 sentyabr 2019-cu il tarixli və 27 yanvar 2020-ci il tarixli ekspert rəyində ekspertiza tədqiqatı zamanı iş materiallarında olan SAXTA kredit statusuna əsasən hesablamalar aparmış və onu Cavabdeh QSC-yə borclu çıxartmışdır. Sual olunur ki, hansı səbəbə məhkəmə araşdırma aparmadı ki, bank tərəfindən qeyd olunan kredit statusunu təsdiq edəcək sənədlər hardadır? Əgər belə bir sənəd mövcuddursa, onun həqiqətəndəmi onunla bağlanmasını təsdiq edəcək nə var? Halbuki, bu halı təsdiq edəcək bir MÜQAVİLƏ olmalıdır və təəssüflər olsun ki, bu halın da üstündən ona məlum olmayan səbəblərdən məhkəmə heç bir səbəb göstərmədən keçmiş və qanunsuz qətnamə çıxartmışdır. Necə ola bilər ki, heç bir qanuni rəsmiləşmə olmayan bir sənəd mötəbər sübut kimi qəbul oluna bilər? Tərəfindən Cavabdeh QSC-yə qarşı banka ödənilmiş artıq pul məbləğinin geri qaytarılması və vurulmu ş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)- 198/2020 saylı, 21 noyabr 2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Rövşən Cəlilov tərəfindən məhkəməyə daxil olmuş 09/1832 nömrəli 17 iyun 2020-ci il tarixli vəsatətdə mühasibatlıq ekspertizanın aparılması və rəy verilməsi üçün olan materiallar: Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış, sualda göstərilən kredit müqavilələri, əlavə sazişlər, həmin müqavilələr üzrə kassa məxaric orderləri, cari hesablardan çıxarışlar (müqavilələrin tarixindən 01.06.2020-ci il tarixə, (kodlaşdırılmış yox) məxariclər və mədaxillər göstərilməklə, tapşırıqları (müştəri və bank tərəfindən təqdim edi lən, ayrı-ayrılıqda), faizlərin və cərimələrin hesablanması barədə hesabdan çıxarışlar (gedişat, (kodlaşdırılmış yox) hesablar göstərilməklə, müqavilə tarixindən 01.06.2020-ci il tarixə), faizlərin hesablanmasının dayandırılması haqqında idarə heyətinin qərarı (kredit komitəsinin, əgər varsa) iş materiallarında olanlardan əlavə ekspertizaya təqdim edilməsi qeyd edilmişdir. Bu səbəbdən Yasamal Rayon Məhkəməsi Cavabdeh QSC-yə müraciət edərək, mühasibatlıq ekspertizasının icrasının təmini məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Rövşən Cəlilovun vəsatətində qeyd olunan şərtlərin Cavabdeh QSC tərəfindən qısa müddətə həyata keçirilməsini xahiş etmişdir. Təəssüflər olsun ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Rövşən Cəlilovun vəsatəti əsasında Yasamal Rayon Məhkəməsinin Cavabdeh QSC-yə müraciəti cavabsız qalmış və bank tərəfindən növbəti qanunsuzluq edilmişdir. İddiaçı sonradan yenədə apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, işin araşdırılmayan tərəfləri ondan ibarətdir ki, Kredit razılaşmalarında 2.1-ci bəndi - ssuda hesabları ilə bank hesab müqaviləsi yoxdur. Kredit razılaşmalarında göstərilən 2.1-ci bəndi ssuda hesablarından məxaric edilməmişdir. Cavabdeh QSC-nin Xırdalan filialı ilə iddiaçı arasında kredit xətti müqaviləsi və ya kredit xəttinə saziş bağlanmamışdır. İddia ərizəsinin 22-ci bəndində kreditin götürülməsini təsdiq edən 08.04.2013-cü il tarixli 17CTÖ0021297 saylı, 22.11.2013-cü il tarixli 17CT00025081 saylı, 11.04.2014-cü il tarixli 17CT00027181 saylı və 02.05.2014-cü il tarixli Ö1CT00Ö43618 saylı qəbzlərin əsli və 09.06.2015-ci il tarixli FT15160LRXKN saylı köçürmə orderi 3 vərəqdə iş materiallarında yoxdur. 22.11.2013-cü il tarixli, 08.04.2013-cü il tarixli, 11.04.2014-cü il tarixli kredit razılaşması 13 fevral 2011-ci il tarixdə vaxtı bitmiş kredit xətti müqaviləsi əsasında bağlanmışdır. İş materiallarında ödəniş cədvəllərinin çoxunda iddiaçının imzası yoxdur və olanlar skan edilmişdir. İş materiallarında Cavabdeh QSC-nin təqdim etdiyi seriya RX0532333 saylı, seriya MA0103561 və seriya RX0288367 saylı çıxarışların icra müddəti X1 aid çıxarış 22.11.2013-cü ildən 172 ay 13.02.2006-cı il tarixədək, İddiaçı 10.12.2014-cü ildən 13.02.2006-cı ilədək və X5 25.08.2010-cu ildən 172 ay 25.08.2010-cu ilədək göstərilir. Yəni, icra müddəti qoyul duğu andan bitmişdir. Ona görə ki, bütün ipoteka müqavilələri vaxtı bitmiş kredit xətti müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Ümumiyyətlə, bankın tələb etdiyi kredit razılaşmaları əsasında ipoteka müqaviləsi olmamışdır. Bu da hər iki notariat ofisinin rəyində öz əksini tapmışdır. Hər üç ipoteka müqaviləsi kredit razılaşmaları deyil, vaxtı bitmiş kredit xətti müqaviləsi əsasında saxta yolla rəsmiləşdirilmişdir. X1 məxsus Sumqayıt şəhəri X10 3143 ünvanında yerləşən, ümumi sahəsi 56A olan əmlakı vaxtı bitmiş kredit xətti müqaviləsinə ipoteka edilsə də, 17.06.2015-ci ildə Cavabdeh QSC-nin məktubu əsasında yeni çıxarış almaq üçün əmlak komitəsində ipoteka ləğv edilərək, üzərində yeni tikili tikildiyi üçün yenidən qeydiyyat aparılmışdır. Yəni, sahəsi 465.4 kv.m, qeydiyyat nömrəsi ********** olmaqla yeni çıxarış alınmışdır. Bundan başqa, X3 məxsus ünvan 2 ünvanında yerləşən mənzili 14 fevral 2006-cı ildə Mikromaliyyələşdirmə Bankı ilə 03M0000Ö0095 saylı ipoteka müqaviləsi rəsmiləşdirilmişdir. İpoteka 13 fevral 2006-cı il tarixli kredit xətti müqaviləsinə əsasən olmuşdur. Kredit xəttinin məbləği 40000 ABŞ dolları, müddəti 13.02.2011-ci ilədək olmuşdur. Bundan başqa, Cavabdeh QSC-nin Sumqayıt filialı ilə 396 saylı saziş bağlanmışdır. Yəni, Xırdalan filialı ilə heç bir ipoteka mıüqaviləsi olmamışdır. Bundan başqa, İddiaçı 13 fevral 2006-cı il tarixli Mikromaliyyələşdirmə Bankı ilə bağlanmış 03L000000074 saylı kredit xətti müqaviləsinə 10 dekabr 2014-cü ildə ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə bağlandıqdan sonra Cavabdeh QSC-nin Xırdalan filialı ilə heç bir kredit razıla şması olmamışdır. Hər üç ipoteka vaxtı bitmiş kredit xətti müqaviləsi əsasında saxta yolla notariusda rəsmiləşdirilmişdir. Kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Hər iki notarius ofisinin rəyi təsdiq edir ki, kredit razılaşmaları əsasında ipoteka olmamışdır. İddiaçı məxsus mənzil, X1 məxsus bağ evi iş materiallarında olan yüklü çıxarışda icra müddəti 13 fevral 2006-cı il göstərilmişdir. AZ18ACAB******************** saylı şəxsi hesabına artıq ödənilən 261004.4100 ABŞ dolları LD********** saylı kredit razılaşması əsasında **********00024936 hesab nömrəsi, LD********** kredit razılaşması əsasında **********00038333 saylı hesab nömrəsi, LD********** kredit razılaşması əsasında **********00023438 hesab nömrəsi, LD********** kredit r azılaşması əsasında **********00032534 saylı hesablara saxta yolla imzası olmayan razılaşmalar və hesablar üzrə silinmişdir. Bütün bu hallar qoşmada təqdim etdiyim AZİ 8ACABÖ000100324********** saylı şəxsi hesabından çıxarışda öz əksini tapmışdır. Heç bir imzası olmayan razılaşma, saziş və məxaric edilməyən kredit statusu və ödəniş cədvəli, ödəniş planı əsasında ekspert iki dəfə verdiyi rəydə yalnış kredit statusuna əsasən borc aşkar etmişdir ki, həmin kredit statuslarında iddiaçının imzası yoxdur. Qoşmada təqdim etdiyi kredit statusunda 2014.09.08 tarixli 29749.09 ABŞ dolları, 2014.09.22 tarixli 52645.52 ABŞ dolları, 2014.09.11 tarixli 146874.88 ABŞ dolları kreditin verilməsinə dair Cavabdeh QSC ilə iddiaçı arasında heç bir kredit razılaşması, saziş və məxaric edilməmişdir. Ancaq yuxarıda qeyd etdiyi kimi məhkəmə mühasibatlıq ekspertizası iddiaçını kredit statusuna əsasən bank qarşısında borclu çıxartmışdır. Qeyd etdiyi kredit statusunun ödəniş planı və ödəniş cədvəli də var ki, bank tərəfindən məhkəməyə təqdim edilməmişdir. Çünki, həmin ödəniş planı və cədvəlində görünür ki, 29749.09 ABŞ dolları, 52645.52 ABŞ dolları və 146874.88 ABŞ dolları bank tərəfindən yazılan zaman həmin tarixlərdə 11.04.2014-cü il tarixə 165000 ABŞ dolları 60 ay müddətinə, 08.04.2013-cü il tarixə 50000 ABŞ dolları 72 ay müddətinə və 22.11.2013-cü il tarixə 68000 ABŞ dolları 64 ay müddətinə kreditlər yazılıb. Bu kreditlərdən iddiaçının xəbərim yoxdur, çünki kredit statusunda və ödəniş planında göstərilən **********00038333 saylı, **********00024936 və **********0032534 saylı kredit kodları ilə nəink i kredit razılaşması, bank hesab müqaviləsi və bu hesablardan məxaric qəbzləri yoxdur. 3 saylı və 4 saylı notariat ofislərinin rəyində kredit razılaşmaları üzrə ipoteka müqavilələrinin aşkar edilmədiyi təsdiq edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi cənab Telman Məmmədovun qətnaməsindən sonra əldə etdikləri məhkəmə ekspertizası 5 avqust 2020-ci il tarixli rəyində təsdiq edir ki, bankın tələb etdiyi kredit razılaşmaları və kredit statusuna əsasən İddiaçı hər hansı borcu yoxdur və məxaric etməmişdir və kredit razılaşmaları olmayan hesablara 127.506.89 ABŞ dolları, şəxsi hesabına isə iş materiallarına təqdim olunan qəbzlərə əsasən 2015-ci ilin 12-ci ayınadək 166.379.76 ABŞ dolları məbləğində müəyyən edilir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli qə tnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova, E.Həsənov, iş № 2(103)-966/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçı ilə Cavabdeh QSC arasında LD**********, LD********** və LD********** saylı kredit razılaşmalarının bağlanması iş materialları il ə sübuta yetirilmədiyindən, həmçinin tərəflər arasında bağlanmış 08.04.2013-cü il tarixli, 17R000002969 saylı, 22.11.2013-cü il tarixli, 17R000005071 saylı və 11.04.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmaları üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 20.02.2020-ci il tarixli 2(105)-101/2020 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.08.2020-ci il tarixli qərarı ilə, qismən – ipoteka predmetinin boşaldılması tələbinin təmin olunmayan hissəsində ləğv edilməklə yeni apellyasiya baxışına göndərilmişdir. Göründüyü kimi qətnamə kredit müqavilələri üzrə borcun tutulması hissəsində qanuni qüvvəsini almış və yuxarıda göstərilən qətnamələrdə iddiaçının hazırki dəlillərinə hüquqi qiymət verilmişdir. Kollegiya İddiaçı maddi ziyanın tutulması ilə bağlı tələbinin təmin olun madığını nəzərə alıb hesab edir ki, iddiaçının törəmə tələbi olan 100000 ABŞ dolları mənəvi zərərin tutulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil3) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntular ına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-966/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Sonradan İddiaçı (Vəkil4) kassasiya şikayətinə əlavə verərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-966/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində istinad olunan dəlillər apellyasiya şikayətində olan dəlillərlə eynilik təşkil etmişdir. Kassasiya şikayətinə əlavədə isə məhkəmə aidiyyatının pozulması ilə iddianın icraata qəbul edilməsi, sübutlara qiymət verilməməsi və əsaslandırmanın tam olmamasına istinad edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdı rılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən h ərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtl ərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə i ştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, iş materiallarında tərəflər arasında bağlanmış müqavi lələr üzrə ayrılan pul məbləğlərinin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi ilə bağlı olması, müqaviləni sahibkar olaraq bağlaması müəyyən olunur. Bağlanmış müqavilələrdə ayrılan pul məbləğləri yalnız iş üzrə iddiaçının şəxsi istehlakı ilə bağlı olmuşdur. Belə olan halda isə məhkəmə aidiyyətinin pozulması ilə bağlı dəlilin əsassız olması aşkardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-966/ 2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4934/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4934/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver