Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-494/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi və İddiaçı vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.07.2021-ci il tarixli, 2(105)1430/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları 1. 2011-ci ildə İddiaçı ilə Cavabdeh arasında, iddiaçının verəcəyi pulla iddiaçı üçün torpaq sahəsi və xırda buynuzlu heyvanların alınmasında cavabdehin kömək göstərməsi barədə sövdələşmə olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 265.000 manat məbləğində pulun və 8 il ərzində ona vurulmuş ziyanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildə heyvandarlıqla məşğul olmaq istəmiş, tanıdığı Cavabdeh 750 baş xırda buynuzlu heyvan almaq istədiyini bildirmişdir. Cavabdeh bir neçə yerdə xırda buynuzlu heyvan satan tanışları olduğunu demiş, alacağı xırda buynuzlu heyvanları d ostunun fermasında saxlamağı təklif etmiş, sonradan yeni ferma alaraq həmin heyvanları ora yerləşdirməyi məsləhət görmüşdür. 2011-ci ilin noyabr ayında Cavabdeh iddiaçıya zəng edərək 450 baş sağlam xırda buynuzlu heyvan (ana qoyun) tapdığını, qoyunları almaq üçün 55000 manat pul lazım olduğunu demiş, iddiaçı qohumu X1 vasitəsilə 55000 manat pulu Cavabdeh göndərmişdir. Cavabdeh həmin pulla 450 baş xırda buynuzlu heyvan (ana qoyun) alıb dostunun Şabran rayonundakı fermasında yerləşdirdiyini bildirmiş, təxminən bir neçə gündən sonra yenidən 450 baş sağlam xırda buynuzlu heyvan (ana qoyun) aldığını və dostunun Şabran rayonundakı fermasında yerləşdirdiyini bildirmişdir. Bir neçə gündən sonra Cavabdeh yenidən iddiaçıya zəng edərək 300 baş sağlam xırda buynuzlu heyvan (ana qoyun) satıldığını və b u qoyunların alınması üçün 50000 manat pul lazım olduğunu bildirmiş, iddiaçı qohumu X2 maşını ilə Quba şəhərinə getmiş, 50000 manat pulu Qəçrəş yolunda evin qabağında 300 baş sağlam xırda buynuzlu heyvan (ana qoyun) almaq üçün Cavabdeh vermişdir. Bir gündən sonra Cavabdeh zəng vuraraq 300 baş sağlam xırda buynuzlu heyvan (ana qoyun) aldığını və dostunun Şabran rayonundakı fermasında yerləşdirdiyini demişdir. 2011-ci ilin dekabr ayında Cavabdeh iddiaçıya zəng edərək 750 baş xırda buynuzlu heyvanın (ana qoyun) saxlanması üçün yem, icarə haqqı, çobanların əmək haqqı, dərman pulu, həkim pulu, fermaya gediş-gəliş üçün maşın, benzin pulu və digər xərclər üçün 25000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı Quba şəhərinə gələrək, Nizami parkı yaxınlığında 25000 manat pulu Cavabdeh vermişdir. 2012-ci ilin mart-aprel aylarında iddiaçı heyvanları görmək istədiyini dedikdə, cavabdeh 1-2 aya həmin heyvanların Quba rayonu, QırızDəhnə kəndində yerləşən yaylaqlara gətirəcəyini, həmin vaxt yaylağa gəlməyini demişdir. 2012-ci ilin iyun ayında iddiaçı yaylağa gedib heyvanlara baxmışdır. Cavabdehlə razılaşmaya görə 750 baş sağlam xırda buynuzlu heyvanın (ana qoyundan) hər birindən ildə ona 1 baş quzu verməli idi. 2013-cü ilin may ayında qoyunların olduğu Siyəzən rayonunun ərazisində yerləşən Xıdırzında ziyarətgahının arxasında olan fermalara getmişlər. İddiaçı cavabdehdən quzuları və ya verdiyi pulu istədikdə, cavabdeh 2012-ci ildə qışın sərt keçməsi ilə əlaqədar quzular arıq olduğundan payızda sataraq pullarını ona verəcəyini bildirmiş, lakin quzuları gördüyü üçün Cavabdeh onu aldatdığı nı başa düşmüşdür. İddiaçı Quba rayon prokurorluğuna və Quba rayon Polis şöbəsinə şikayət edərək, cavabdehin onu aldadaraq aldığı 130000 manat pulu və ya sağlam xırda buynuzlu heyvanları (ana qoyun və quzuları) ona verməsini tələb etmişdir. Araşdırma zamanı cavabdeh pulları hissə-hissə ödəyəcəyini bildirmiş, lakin bu günə qədər pulları ödəməmişdir. 2011-ci ilin noyabr ayına qədər cavabdeh Quba rayonunun Digah kəndinin ərazisində yerləşən 25 hektar torpaq sahəsini ona satması ilə əlaqədar 90000 manat, əlavə 15 hektar torpaq sahəsini ona satmaq üçün ondan 45000 manat pul almışdır. Lakin bu günə qədər cavabdeh həmin torpaqları özü əkib becərərək istifadə edir. Torpaq sahələrini almaq üçün verdiyi pulları cavabdeh iddiaçıya qaytarmamış, nə də torpaqları iddiaçının adına sənədləşdirməmişdir.
4. Quba Rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli, 29027)-2085/2019 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən (onların iştirakı olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görə) baxılmamış saxlanılmışdır.
5. Cavabdeh ona qarşı verilmiş iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və həmin ərizə 24.09.2019-cu il tarixdə məhkəmədə qeydiyyata alınaraq, mülki işə tikilmişdir. 6. 30 oktyabr 2019-cu il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsini və mülki işin baxılmağa təyin olunmasını xahiş etmişdir.
7. Quba Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddianın b axılmamış saxlanması barədə 24.09.2019-cu il tarixli, 29027)-2085/2019 saylı qərardadı ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsində bildirmişdir ki, iddiaçı ona cəmi 54.500 manat və 500 avro vermişdir. Onlar iddiaçı ilə 200.000 manata ferma almaq üçün razılaşmışlar. Lakin iddiaçı ona cəmi 54.500 manat pul vermiş, qalan pulu isə bankdan kredit götürmüşdür. Torpaqla bağlı isə iddiaçıdan pul almamışdır
9. Quba Rayon Məhkəməsinin 2(027)-2085/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 54.500 manat və 500 avronun ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı onun üçün xırda buynuzlu heyvan almaqdan ötrü ondan 54.500 manat və 500 avro məbləğində pul alması sübuta yetirilmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı pul alaraq ona xırda buynuzlu heyvan almağa söz vermiş, lakin verilmiş pulun qarşılığında iddiaçıya heç nə verməmişdir. Yəni Cavabdeh İddiaçı hesabına heç bir qanuni və ya müqavilə əsası olmadan əsassız varlanmışdır.
11. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh torpaq alması üçün ona əvvəl 90.000 manat və sonradan isə 45.000 manat pul verdiyini bildirsə də, tələblə bağlı məhkəməyə sübut təqdim etmədiyindən tələb həmin hissədə təmin edilə bilməz. Öhdəliyini icra etmədiyi üçün iddiaçı cavabdehdən 8 il ərzində ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, ona vurulmuş maddimənəvi ziyanın əsasl andırmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia bu hissədə də əsassız olduğu üçün təmin edilməməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442 və 1091-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Qətnamədən Cavabdeh oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasən ondan ibarət olmuşdur ki, tələb üzrə 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, mübahisə olunan hadisələr 2011-ci ildə baş vermişdir və həmin vaxtdan 9 il müddət keçmişdir. Dəftərxana vasitəsi ilə iddia müddətinin keçməsi barədə məhkəməyə ərizə göndərmiş, lakin məhkəmə iddia mü ddətinin keçməsinə baxmayaraq iddia müddətini tətbiq etməmişdir. Bundan başqa, məhkəmə iclasında onun iddianı etiraf etməsi göstərilmişdir. Halbuki, iddianın etiraf edilməsi məhkəmə iclasında ərizə ilə və ya iclas protokoluna onun tərəfindən edilən imza ilə təsdiq oluna bilər.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2089/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-2085/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizənin dəftərxana vasitəsi ilə verilməsi, məhkəmənin iddia müddətinin tətbiqi bar ədə ərizəni nəzərə almaması barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iş materiallarına görə iddia ərizəsi Quba Rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli qərardadı ilə tərəflərin məhkəmə iclasına gəlməməsi əsası ilə baxılmamış saxlanılmış, cavabdeh də dəftərxana vasitəsi ilə iddia müddətinin keçməsinə dair ərizə ilə müraciət etmişdir. Məhkəmənin qeyd edilən qərardadı 24.09.2019-cu il tarixdə iş üzrə tərəflərə göndərilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul ediləndən sonra məhkəməyə daxil olmuş, həmin tarixdən 1 ay 7 gün sonra həmin qərardad iddiaçının ərizəsi əsasında ləğv edilmiş və iş üzrə məhkəmə iclası təyi n edilmişdir. Lakin cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad ləğv edildikdən və yenidən məhkəmə iclasları təyin edildikdən sonra iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etməmişdir.
17. Cavabdeh apellyasiya şikayətinə də iddia müddətinin tətbiqi barədə ərizə əlavə etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin apelyasiya instansiyasında qəbul edilməsini qanunvericiliyə zidd hesab etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh kassasiya şikayəti verərək, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə qanunla müəyyən olunmuş üç illik iddia müddətini ötürməklə müraciət etməsini, bununla bağlı iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə iki dəfə ərizə ve rməsinə baxmayaraq iddia müddətinin tətbiqindən əsassız imtina olunmasını, eləcə də iddianı etiraf etmədiyi halda qətnamədə iddianı qəbul etməsinin qeyd olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(102)-1580/21 saylı qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), G.Quiliyev və Z.Əliyev) Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2089/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2011-ci ildə yaranmış, lakin iddiaçı həmin mübahisənin həlli üçün məhkəmədə 2019-cu ilin avqust ayında, təxminən 8 ildən sonra iddia qaldırmışdır. İşin 20-ci səhifəsində olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, qanunda müəyyən olunmuş iddia müddətinin keçməsi ilə əlaqədar iddia müddətinin tətbiq olunmasını xahiş etmiş və həmin ərizə məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edildiyi gün daxil olmuşdur. İddianın baxılmamış saxlanılması barədə məhkəmənin qərardadının ləğvindən sonra işə baxılarkən cavabdeh həmin ərizədən imtina etmədiyindən işə baxan məhkəmə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etməli idi. 2
1. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğvindən sonra işə baxılarkən cavabdeh tərəfindən yenidən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinin zəruriliyi qanunda nəzərdə tutulmadığından apellyasiya instansiyası məhkəməsinin bu barədə olan nəticəsi qanuni və əsaslı sayıla bilməz.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qətnamədə cavabdeh tərəfindən iddianın qismən etiraf olunması qeyd olunsa da, cavabdeh bununla razılaşmayaraq iddianı etiraf etməsini inkar etmişdir. İşdən görünür ki, cavabdeh iddianı etiraf etməsi barədə ərizə verməmiş, nə də protokola imza etməmişdir. Belə olduqda cavabdeh tərəfindən iddianın qismən etiraf olunması və iddianın həmin həcmdə təmin olunması qanunun tələbinə uyğun olmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.07.2021-ci il tarixli, 2(105)1430/2021 saylı qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(027)-2085/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddianı etiraf etməsi barədə ərizə vermədiyindən və bu barədə məhkəmə iclas protokoluna imza etmədiyindən cavabdeh tərəfindən iddianın qismən etiraf olunması və iddianın həmin həcmdə təmin olunması qanunun tələbinə uyğun olmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh tərəfindən pulların 02 iyun 2014-cü il tarixdə qaytaracağına dair 05.03.2014-cü il tarixdə verilmiş iltizamdan 5 ildən artıq müddət keçdikdən sonra İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin tam, hərtərəfli araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sənədlərində Cavabdeh tərəfindən pulların 02 iyun 2014-cü il tarixdə qaytaracağına dair 05.03.2014-cü il tarixdə verilmiş olan iltizam vardır. Burdan da aydın olur ki, tərəf borcunu etiraf etmişdir. Məhkəmə qərarlarında cavabehin bu etirafının iclas protokolunda qeyd edilməsi və ya protokola imza edilməməsi əsas kimi götürülmüşdür. Tərəf borcu bu günə- sabaha salaraq əvəzinə torpaq verəcəyini bildirməklə iddiaçını aldatmış və nəhayət 2018-ci ilin sonlarında qəti olaraq heç nə verməyəcəyini açıq bəyan etdikdən sonra məhkəməyə müraciət etmişdir. İddia müddətinin axımı da tərəfin iddiaçıya imtina verməsindən yəni 2018-ci ilin sonundan başlamışdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh tərəfindən pulların 02 iyun 2014-cü il tarixdə qaytaracağına dair 05.03.2014-cü il tarixdə verilmiş olan iltizamı nəzərə almamış, qüvvədə olan maddi və prosessual hüquq normalarını poz muşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
32. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə
375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə
379. İddia müddəti axımının dayandı rılması 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda. 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəl sin və ya mövcud olmaqda davam etsin. Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arası nda mübahisəli hüquq münasibəti 2011-ci ildə yaranmış, lakin iddiaçı həmin mübahisənin həlli üçün məhkəmədə 2019-cu ilin avqust ayında, təxminən 8 ildən sonra iddia qaldırmışdır. İşin 20-ci vərəqəsində olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, qanunda müəyyən olunmuş iddia müddətinin keçməsi ilə əlaqədar iddia müddətinin tətbiq olunmasını xahiş etmiş və həmin ərizə məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edildiyi gün daxil olmuşdur. İddianın baxılmamış saxlanılması barədə məhkəmənin qərardadının ləğvindən sonra işə baxılarkən cavabdeh həmin ərizədən imtina etmədiyindən işə baxan məhkəmə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etməli idi. İddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğvindən sonr a işə baxılarkən cavabdeh tərəfindən yenidən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinin zəruriliyi qanunda nəzərdə tutulmadığından birinci instansiyası məhkəməsinin bu barədə olan nəticəsi qanuni və əsaslı sayıla bilməz.
39. Kassasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Məhkəmənin müəyyən etdiyi hallar iş materiallarına uyğundur. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı indiki iddia ərizəsində bəhs olunan xırda buynuzlu heyvanların alınması ilə bağlı Cavabdeh onu aldatması barədə Quba rayon prokurorluğuna 18.02.2014-cü il tarixdə şikayət etmiş, həmin araşdırma zamanı cavabdeh iddiaçıya 54500 manat və 500 Avro məbləğində borcu olduğunu bildirmiş və 05 mart 2014-ci il tarixdə ayrıca yazılı iltizam verərək, bu borcu 02 iyun 2014-cü il tarixdə qaytarmaq barədə öhdəlik götürmüşdür.
40. Bununla da cavabdehə qarşı iddia müddətinin axımı 03.06.2014-cü il tarixdən başlanmışdır. Lakin iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 23.08.2019-cu il tarixdə müraciət etmiş, müqavilə üzrə öhdəliklər üzrə müəyyən olunmuş üç illik iddia müddətini ötürmüşdür.
41. Kassatorun apellyasiya instansiyası məhkəməsinin Cavabdeh tərəfindən pulların 02 iyun 2014-cü il tarixdə qaytaracağına dair 05.03.2014-cü il tarixdə verilmiş olan iltizamını nəzərə almaması dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu dəlilə münasibət bildirmiş və haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh tərəfindən pulların 02 iyun 2014-cü il tarixdə qaytaracağına dair 05.03.2014-cü il tarixdə verilmiş iltizamdan 5 ildən artıq müddət keçdik dən sonra İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
42. Cavabdeh hər dəfə borcu tələb edəndə qaytaracağını vəd etdiyinə görə vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət edilmədiyi, buna görə iddia müddətinin keçmədiyi barədə kassatorun dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassızdır. Çünki bu hallar iddia müddətinin axımının dayandırılması və ya iddia müddəti axımının kəsilməsi üçün Mülki Məcəlləninin 379 və 380-ci maddələrində nəzərdə tutulmuş əsaslara aid deyildir.
43. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqları nın müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kass asiya şikayəti təmin olunmamalıdır.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.07.2021-ci il tarixli, 2(105)1430/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.