Məhkəmə qərarları › İş №2(102)-494/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-494/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-494/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4347/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 may 2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi ilə borcalan Cavabdeh 180 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 99450 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur.

2. Kredit müqaviləsinin təminatı olaraq 16 may 2011-ci il tarixli, 126/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh şəxsi mülkiyyətində olan mənzilin ipoteka qoyulması nəzərdə t utulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış, 126 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 99074,35 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 160704 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 550 manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və cavabdehə məxsus daşınmaz əmlaka – Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən binanın B bl okunda 2 otaqlı 87 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən ümumi qaydada tutulması, ipoteka predmeti olan mənzil hərracdan satıldığı halda mənzilin boşaldılaraq, mənzili alacaq şəxsə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, onunla Bank arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan illik 14 faiz dərəcəsi ilə 99450 manat məbləğində kredit götürmüşdür. “Kredit müqaviləsinin” və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinin” şərtlərinə görə kredit borcu, ona hesablanmış faizlə birlikdə 180 ay müddətində hissə-hissə və aybaay Banka ödənilməli idi. “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdeh, özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq cavabdehlə Bank arasında xx.xx.2011-ci il tarixli 126/1 saylı “İpoteka müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, Banka olan borcun cüzi bir hissəsini ödəmiş, qalan borcu isə ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı Banka 99074,35 manat məbləğində əsas kredit borcu, 160704 manat məbləğində faiz borcu yaranmışdır. Bank borcun ödənilməsi barədə borcalana yazılı və şifahi qaydada dəfələrlə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 550 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət etmiş, etiraz onunla əsaslandırılmışdır ki, cavabdehə iddia tələbində göstərilən kredit vəsaiti ümumiyyətlə verilməmişdir. Kreditin cavabdehə verilməsini təsdiq edən əsas sənəd – “Kassa məxaric” orderi iddia ərizəsinə əlavə edilməmiş, Bank tərəfindən məhkəməyə təqdim edilməmişdir. Çünki belə sənəd mövcud deyildir. Cavabdehə xx.xx.2011-ci il tarixdə kredit məbləği ayrılmış olsaydı, həmin dövrdən gecikmələr olması səbəbindən 12 il ərzində iddiaçı Bank tərəfindən tələb irəli sürülərdi. Cavabdehə ilk və yeganə bildiriş məktubu xx.xx.2022-ci il tarixdə, yəni kredit müqaviləsinin bağlanmasından 12 il sonra göndərilmiş və əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələb olunmuşdur. Bundan başqa, ipoteka predmeti olan mənzil nə, ipoteka müqaviləsinin bağlandığı qeyd edilən tarixdə, nə də sonra cavabdehə məxsus olmamış və cavabdeh tərəfindən ipoteka ilə yüklü edilməmişdir. Cavabdeh həmin mənzilin kimə məxsus olduğunu bilmir. İddiaçı Bank tərəfindən iş materiallarına “İpoteka müqaviləsinin” surəti əlavə edilmiş və həmin ipoteka ilə yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi xahiş edilmişdir. Lakin, həmin mənzilin ipotekaya qoyulmasına dair qeydiyyat sənədləri və hansı notariat ofisində təsdiq olunmasına dair sənəd təqdim edilməmişdir. Hüquqmüəyyənedici sənədi olmayan daşınmaz əmlak ipoteka predmeti ola bilməz. Göründüyü kimi, iddiaçı Bank iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddianı sübut edən sənədlər mövcud deyildir və vaxtilə verilməmiş kredit vəsaitinin və ona hesablanmış faizlərin ödənilməsi, eləcə də tələbin mənzilə yönəldilməsi barədə iddia ərizəsi əsassız hesab edilərək rədd olunmalıdır.

6. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndələri (vəkilləri) Vəkil1 və Vəkil2 məhkəməyə təqdim olunmuş etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)1328/2023 nömrəli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında 99450 manat məbləğində kredit götürülməsinə dair müqavilə 16 may 2 011-ci il tarixli, 126 saylı kredit müqaviləsi imzalansa da, iddiaçı tərəfindən kredit müqaviləsinin predmeti olan 99450 manat məbləğində pul vəsaitinin Cavabdeh təhvil verilməsi barədə kassa məxaric orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müqavilədə nəzərdə tutulan kredit məbləğinin kreditor tərəfindən borcluya verilməsi öz təsdiqini tapmamışdır.

9. Müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında arasında imzalanmış16 may 2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi ilə kreditor İddiaçı ASC tərəfindən borc alan Cavabdeh 99450 manat məbləğində kredit verilməsi öhdəliyi və Cavabdeh da aldığı həmin krediti faizi ilə birlikdə hissə-hissə qaytarmaq öhdəliyi ilə şərtləndirilərək, həmin öhdəliklərin icrası qarşı lıqlı icra kimi nəzərdə tutulsa da, kreditor İddiaçı ASC öz öhdəliyini yerinə yetirməmiş, yəni Kredit müqaviləsi ilə nəzərdə tutulan 99450 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh verməmişdir. Bu səbəbdən də, qarşılıqlı icra öhdəsinə düşən Cavabdeh da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.2-ci maddəsinə əsasən öz öhdəliyindən imtina etmişdir. Cavabdeh məlum kredit müqaviləsi üzrə nəzərdə tutulan krediti aldığı halda, həmin kredit müqaviləsi şərtlərinə əsasən kreditora qaytarmaq öhdəliyi daşıyır. Belə olan halda, cavabdeh kredit müqaviləsində nəzərdə tutulan pul vəsaiti almadığı üçün, həmin pul vəsaitinin qaytarılması ilə bağlı öhdəlik daşımır.

10. Eyni zamanda məhkəmə hesab etmişdir ki, “tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ün van 1 ünvanında yerləşən binanın B blokunda 2 otaqlı 87 saylı mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq alıcıya təhvil verilməsi” hissəsində də iddia tələbi rədd edilməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, 16 may 2011-ci il tarixli, 126/1 saylı ipoteka müqaviləsi borclunun həmin tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin üsulu olaraq bağlanmış olduğundan, Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəlik da şımadığı müəyyən edildiyindən, Cavabdeh ipoteka qoyan kimi 16 may 2011-ci il tarixli, 126/1 saylı ipoteka müqaviləsi üzrə hər hansı bir öhdəlik daşımır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamış, yəni ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu halllarda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.

12. Məhkəmə mövqeyini Mülki Məcəllənin 385, 739,324, 441, 460, 307 və 309-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 78, 80, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin lə ğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə cavabdeh, "xxxx" MTK-dan 114450 manat dəyəri olan həmin mənzilin alınması məqsədilə Banka müraciət edərək, ona 15 il müddətinə 99450 manat məbləğində ipoteka krediti verilməsini xahiş etmişdir. Kredit və ipoteka müqavilələri ilə cavabdehlə "xxxx" MTK arasında bağlanmış müqavilənin tarixləri eynidir. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır. Cavabdeh özü və arvadı X1 (cavabdeh arvadının adından verilmiş etibarnamə əsasında çıxış etmişdir) mənzilin ipoteka qoyulması ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizələr vermişdir. Cavabdeh tərəfindən mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin rayon məhkəməsi həmin sübutlara düzgün qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Halbuki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən “Hesabdan çıxarışa” əsasən müəyyən edilir ki, kredit borcuna görə cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Bu hal Mərkəzi kredit reyestri barədə çıxarışla da təsdiq olunur. Lakin işə baxmış birinci instansiya məhkəməsi bu halları da nəzərə almamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4347/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmə miş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. İddiaçı Bank bildirir ki, xx.xx.2011-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 99450 manat kredit vermişdir. Cavabdeh isə həmin məbləği almadığını bildirir. Belə olan halda, xx.xx.2011-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 99450 manatın verilməsini sübut etmək vəzifəsi iddia çı Bankın üzərinə düşür. Lakin Bank tərəfindən “Kredit müqaviləsinin” predmeti olan pul vəsaitinin cavabdehə təhvil verilməsi barədə “Kassa məxaric” orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəmələrə təqdim edilməmişdir. Halbuki, “Kredit müqaviləsi” bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Bank kredit müqaviləsi üzrə pulu cavabdehə təhvil verilməsini sübuta ye tirə bilmir.

18. Bu hal sübuta yetirilmədiyindən cavabdehin qeyd edilən “Kredit müqaviləsi” üzrə iddiaçı Bank qarşısında üzərinə öhdəlik götürməsi və həmin öhdəliyi yerinə yetirməməsi halı da təsdiqini tapmır. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı Bankın “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutulması barədə” tələbi Mülki Məcəllənin 441 və 442-ci maddələrinin tələbləri baxımından əsaslı hesab edilə bilməz.

19. Məhkəmə qeyd etmişdir ki, üzərində iddiaçı Bank ilə cavabdeh arasında bağlanması qeyd edilən xx.xx.2011-ci il tarixli “İpoteka müqaviləsi” notariat qaydasında bağlanmayıb, ipoteka ilə yüklülük “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmayıb.

20. Bunları və kredit məbləğinin Bank tərəfindən iddiaçıya verilməsinin sübuta yetməməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı Bankın “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” tələbi əsaslı hesab edilə bilməz.

21. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 385, 739, 307 və 309-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən ipoteka müqaviləsinin predmeti olan əmlakın İddiaçı ASC-nin xeyrinə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.x x.2011-ci il tarixdə Bank tərəfindən cavabdehin hesabına 99450 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2011-ci il tarixli, 146/R nömrəli kredit müqaviləsi üzrə kredit məbləğinin borcluya verilməsini təsdiq edən kassa məxaric orderinin tərəfimizdən məhkəməyə təqdim oluna bilməsə də, işin faktiki hallarından da görünür ki, tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdə 2000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Lakin cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində kredit müqaviləsi üzrə göstərilən məbləğin onun tərəfindən bankdan götürülmədiyini bildirmişdir. Belə olduğu halda cavabdeh götürmədiyi kredit üçün niyə ödəniş etmişdir? Bu sualın cavabı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində araşdırılmamışdır. İddiaçı tərəfindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə cavabdehə məhkəmə iclasına gəlməsi təklif olunsa da, o buna heç bir məhəl qoymamış, bütün məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili iştirak etmişdir. Qeyd edilən hal isə cavabdehin öz mövqeyini lazımı səviyyədə əsaslandıra bilməməsi ilə nəticələnmiş və onun mövqeyinin əsaslılığını şübhə altına almışdır. Bakı Apellyasiya Məhkəməsi qeyd olunan mübahisəli halları araşdırmadan və hüquqi qiymət vermədən iddia tələbini rədd etmiş və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. Nəticədə dövlət vəsaiti hesabına maliyyələşən kredit müqaviləsi üzrə ayrılan kredit məbləğinin tutulması tələbinin rədd olunması ilə yekunlaşan əsassız qərar qəbul olunmuşdur. Məhkəmə tərəfindən borcun tutulması barədə iddia rədd edilərkən iddiaçının hüquqlarının pozulması nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən hesabdan çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə 99450 manat məbləğində kredit vəsaiti ayrılmış və cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Tərəflərindən MB-ACCR.E-CBAR.AZ-dan əldə edilən Cavabdeh 99450 manat məbləğində kredit ayrılması haqqınd a mərkəzi kredit reyestri barədə çıxarışla da təsdiq edilir. Lakin apellyasiya instansiyası məhkəməsi buna da əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinin formal, mülahizə xarakterli olduğunu əsas göstərərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)4347/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak ve rməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 7 39.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

31. Maddə 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.

32. Maddə 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

33. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Mülki Prosessual Məcəllə

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.3. İşdə olan sübutlar ə sasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 39. 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.

40. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh 16 may 2011-ci il tarixdə bağlanmış 126 saylı Kredit müqaviləsi üzrə 99074,35 manat əsas borc, 160704 manat faiz borcunun, 550 manat məbləğində dövlət rüsumunun tutulmasının rədd olunması hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

48. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən binanın B blokunda olan 2 otaqlı 87 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən ümumi qaydada tutulması, ipoteka predmeti olan mənzil hərra cdan satıldığı halda mənzilin boşaldılaraq təhvil verilməsi hissədə rədd edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, apellyasiya məhkəməsi haqlı olaraq həmin hissədə qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmə tərəfindən göstərilən məsələ həll olunarkən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

49. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamış, müqavilə notariat qaydasında təsdiqlənməmiş, ipoteka dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda tərəflər arasında bağlanmış ipoteka müqaviləsi əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. İddiaçı həmin etibarsız müqaviləyə əsasən tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edə bilməz. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Məhkəmə kollegiyası cavabdehdən 99074,35 manat əsas, 160704 manat faiz, cəmi 259778,35 manat borcun, 550 manat məbləğində dövlət rüsumunun tutulması tələbinın rədd olunması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələnin həlli zamanı tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, iddiaçının tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutları nəzərə almamasını məhkəmə əsaslandırmamışdır ki, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələ nmişdir.

51. Belə ki, iş materiallarından görünür ki, cavabdeh mənzil almaq üçün kredit verilməsi barədə 13 may 2011-ci il tarixdə "xxxx" ASC-yə yazılı ərizə ilə müraciət etmiş, 16 may 2011-ci il tarixli Kredit sifarişi adlanan sənəddə şəxsi məlumatlarını banka təqdim etmiş, tərəflər arasında ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzilin alınması üçün 99450 manat məbləğində kredit verilməsi barədə 16 may 2011-ci il tarixli 126 nömrəli Kredit müqaviləsi bağlanmışdır. 52. 16 may 2011-ci il tarixli 126/1 nömrəli İptoeka müqaviləsinə görə Kredit müqaviləsi üzrə ödənişlərin təminatı kimi cavabhdehin mülkiyyəti olan ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzil ipotekaya qoyulmuşdur. Həmin mənzilin ipoteka ilə yüklü olunmasına razılıq verilməsi barədə cavabdeh həm ö zünün, həm də etibarnamə əsasında arvadının adından ərizələr yazmış, 16 may 2011-ci il tarixlli 146/R nömrəli Müqaviləyə görə "xxxx" MTK tərəfindən Cavabdeh ünvan 2 ünvanda yerləşən binanın B blokunda 87 saylı mənzil 114450 manata satılmışdır.

53. İşdəki Cavabdeh adına olan hesabdan çıxarışdan görünür ki, o, xx.xx.2011-ci il tarixli, 126 nömrəli kredit müqaviləsi üzrə ödənişlər etmişdir.

54. Göstərilən sənədlərin tərtibində Cavabdeh iştirakı və sənədlərdəki imzanın ona məxsusluğu cavabdeh tərəf mybahisələndirilməmişdir.

55. Kredit borcu barədə iddianı rədd edən aşağı instansiya məhkəmələrinin qənaətnə görə cavabdehin iştirakı ilə tərtib edilmiş və imzalanmış yuxarıda göstərilən sənədlər yalnız kreditin alınması üçün hazırlıq hərəkətləri ilə bağlı olmuş, cavabdeh tərfəindən bankdan 99450 ma nat məbləğində kredit alınması sübuta yetirilməmiş, cavabdeh bankdan pul aldığını inkar etmiş, iddiaçı isə həmin halı təsdiq edən yeganə sübut olan kassa məxaric orderini və ya pulun hesabdan hesaba köçürülməsini təsdiq edən sübutları təqdim edə bilməmişdir.

56. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 99450 manat məbləğində krediti bankdan götürməsini təsdiq edən sübutun kassa məxaric orderi olması, məsələnin həlli üçün digər sübutların əhəmiyyət kəsb etməməsi, pul məbləğinin cavabdehə verilməsinin və ya onun hesabına köçürülməsinin iddiaçı tərəfindən sübuta yetirilməməsi qənaətinə gələn apellyasiya məhkəməsinin yuxarıda göstərilən hallara tam və hərtərəfli baxmadan, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə müəyyən etməmişdir ki, cavabdeh almadığı kredit məbləğinə görə niyə banka ödənişlər etmiş, cavabdehin "xxxx" MTK-dan aldığı mənzilə görə ödənişlər kim tərəfindən və hansı qaydada həyata keçirilmişdir. Həmçinin məhkəmə mürəkkəb və çoxsaylı sənədləşmə işlərinin aparılmasının yalnız kreditin alınması üçün hazırlıq hərəkətləri ilə bağlılığı barədə cavabdeh tərəfin izahatını inandırıcı olmasını qəbul etmişdir.

57. İddiaçı tərəfin izahatından görünür ki, Cavabdeh kreditin verilməsi "xxxx" MTK tərəfindən inşa olunan binada onun üçün mənzil alınması ilə bağlı olmuş, həmin mənzil də ipotekaya qoyulmuşdur. Cavabdehə ayırlmış kredit vəsaitinin "xxxx" MTK-ya köçürülüb- küçürülməməsi, cavabdehin həmin MTK-dan mənizil alıb-almaması, almışdırsa pul vəsaitinin hansı qa ydada və kim tərəfindən ödənilməsi kimi işin nəticəsi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsindən ötrü "xxxx" MTK-nın müstəqli tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb olunması barədə iddiaçı tərəf vəsatət vermiş, birinci instansiya məhkəməsi həmin vəsatəti yeni sübutun tələb olunması kimi qəbul edib işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilməməsini, bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsinin əsaslandırılmamasını, habelə qəbul ediləcək qərarın MTK-nın maraqlarına toxunmadığını əsas gətirərək vəsatəti təmin etməmişdir.

58. Halbuki işdən görünür ki, bir neçə dəfə keçirilmiş işin məhkəmədə baxılmasına hazırlıq iclaslarında cavabdeh krediti almadığını göstərməmiş, bu barədə ilk dəfə iddia ərizəsinə etirazda qeyd etmiş, iddiaya etirazın ver ilməsindən sonra bir dəfə, 19 aprel 2023-cü il tarixdə işin məhkəmədə baxılmasına hazırlıq iclası keçirilmiş və iş məhkəmə baxışına təyin olunmuş, iddiaçı tərəf həmin iclasda iştirak etməmişdir, cavabdehin iddiaya etirazının iddiaçı tərəfə təqdim olunması da iş materialları ilə müəyyən edilmir. Belə olan halda aydın olur ki, cavabdehin kredit məbləğini almasını inkar etməsini iddiaçı məhkəmə baxışı mərhələsində bilmişdir, bundan sonra cavabdehin "xxxx" MTK-dan mənizil alıb-almaması, almışdırsa pul vəsaitinin hansı qaydada və kim tərəfindən ödənilməsi, ayırlmış kredit vəsaitinin MTK-ya köçürülüb-küçürülməməsi kimi halların müəyyən olunması zərurəti ortaya çıxmışdır. Qəbul ediləcək qərarın "xxxx" MTK-nın maraqlarına toxunmadığına görə onun 3-cü şəxs kimi işə cəlb edilməsi zəruri olmadığı hal da belə, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən halların, müəyyən edilməsi üçün məhkəmə işdə olan sübutlar əsasında həmin halların müəyyən edilməsinin mümkün olmaması, sübutların təqdim olunmamasının nəticələri izah edilməmiş, iddiaçıya əlavə sübutlar təqdim edilməsi təklif edilməmiş, məhkəmə iclasında iddiaçı tərəf göstərilən sübutları müstəqil əldə edə bilmədiyini göstərsə də, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnu izah etməmiş, göstərilən məsələlərlə əlaqədar iddiaçı tərəfə prosessual hüquqlarının həyata keçirməsinə kömək göstərməmişdir.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb ed ən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməli, dir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4347/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedic isi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh 16 may 2011-ci il tarixdə bağlanmış 126 saylı Kredit müqaviləsi üzrə 99074,35 manat əsas borc, 160704 manat faiz borcunun, 550 manat məbləğində dövlət rüsumunun tutulmasının rədd olunması hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar