Məhkəmə qərarları › İş №2(102)-4940/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4940/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4940/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya instansiyasında icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(104)546/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(013)-418/2020 nömrəli qətnaməsi ilə (hakim M.Ş.Niftəliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 18 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 823,08 ABŞ dolları əsas, 2711,58 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə-cəmi 3534,66 ABŞ dollarının və ödənilmiş dövlət rüsumu əvəzində 30 manatın ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın dəbbə pulu tələbinin qalan 2234,21 ABŞ dolları hissəsinin əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. Gəncə Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(104)-546/2021 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.İ.Məmmədovdan və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(013)-418/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1399,23 manatın, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fon du vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(104)-546/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli iclasında iddiaçının (kassatorun) vəkili Vəkil iddiaçının adından imzalanmış ərizəni məhkəməyə təqdim edərək, iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının şərtlərinə uyğun olaraq yeni güzəştli restrukturizasiya müqaviləsinin bağlandığını, bu səbəbdən kassasiya şikayətindən imtina etdiyini göstərmiş və həmin imtinanın qəbul edilməsini, kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3-cü maddəsinə əsasən kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətindən imtina etdiyindən, kassasiya şikayətindən imtina səlahiyyətli şəxs tərəfindən imzalanmaqla yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və kassasiya instansiyasında icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Gəncə Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(104)-546/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar