Məhkəmə qərarları › İş №2(102)-4942/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4942/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4942/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü) 15.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov X2 Təvəkgül oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-906/2020 nömrəli iş üzrə 18 may 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müə yyən etdi: İşin halları ünvan (bundan sonra – mübahisəli ev) 20 dekabr 2013-cü ildə tam mülkiyyət hüququ ilə Cavabdeh (bundan sonra – cavabdeh) adına qeydə alınmışdır. 22 avqust 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X2 mülkiyyətində olan ünvan1ni 12000 manata cavabdehə satmışdır. ünvan1 26 avqust 2016-cı ildə tam mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmışdır. İşdə olan arayışlardan görünür ki, cavabdeh 2011-ci ildən “X6”ndə müəssisənin layihəsində konstruksiya quraşdırıcısı, borucu peşələrində çalışmışdır. 12 ay ərzində ayrı-ayrı illərdə cəmi 10719,56 manat, 19760,02 manat əmək haqı almışdır. İddiaçı ilə X4 (bundan sonra – üçüncü şəxs) arasındakı nikahın pozulması 28 dekabr 2017-ci ildə qeyd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-3688/2017 №-li 30 oktyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının cavabdehə və qeyrilərinə qarşı şərəf və ləyaqətini bərpa etmək məqsədilə Polis şöbəsinə və İcra Hakimiyyətinə cavabdehlərin müraciətlərinin təkzib edilməsi barədə ərizə göndərmələri, cavabdehlərin ondan üzr istəmələri və mənəvi zərərin əvəzi olaraq hər birindən 500000 manat pulun alınıb ona verilməsi barədə iddia tələbi rədd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3560/2017 №-li 16 avqust 1017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddianın təmin olunması, İddiaçı Mingəçevir şəhəri F.Əzimov küçəsində yerləşən 5 №-li evə istifadə hüququnun olmamasının müəyyən edilməsi, İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(051)-1844/2018 №-li 17 sentyabr 2018-ci il tarixli qətnamsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2560/2017 №-li 16 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1122/2019 №-li 04 mart 2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1844/2018 №-li 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyşiklik edilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməs ində icraat İddiaçı cavabdehəqarşı mübahisəli evdə 2011-ci ildən sonra aparılmış tikinti və təmir üçün çəkdiyi 17000 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 oktyabr 2011-ci ildə cavabdehin oğlu X2la ailə qurmuş, onların yaşadıqları mübahisəli evə köçmüş və bir evdə yaşamışlar. Birgə nikahdan onların 11 dekabr 2012-ci ildə X1 adlı bir uşaqları olmuşdur. Əvvəl onların arasındakı münasibətlər normal olmuş, lakin sonra münasibətləri pisləşmiş, məhkəmənin 10 may 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. İddiaçı cavabdehin yaşadıqları mübahisəli evə köçən zaman ev yarımçıq idi, sənədləri yox idi. Cavabdehoğlu X2a və iddiaçıya deyibdir ki, evi onlara verəcəkdir, ona görə də təmir xər clərini də onlar çəkməlidirlər. İddiaçı mübahisələndirilən evə gəlin köçdükdən sonra həyətdə qaraj kimi istifadə olunmuş tikili yaşayış otağına çevrilmiş, evin qarşısı daşla örtüklənmiş, həyətdə yenidən qaraj, hamam, ayaqyolu tikilmiş, evin qarşısında dəmirdən hündür çardax quraşdırılmış, evin içərisində hamam, ayaqyolu tikilmiş, kafellənmş, dəhliz təmir olunmuş, kombi çəkilmiş, pəncərələr dəmir çərçivəyə alınmışdır. Torpaq sahəsi cavabdehin adına olduğuna görə, ev də sonradan iddiaçının əri X2un deyil, cavabdehin adına sənədləşdirildi. Həmin vaxt cavabdehin ruhi xəstə olan arvadı X3 və digər oğlu X4 da onlarla birlikdə yaşamış və birgə təsərrüfat aparmışlar. Ailənin bütün qazancı bir yerı yığılırdı. Birgə vəsait hesabına X4 üçün də C.Əliyev küçəsi 14 №-li evin 21 №-li mənzili alınmışdır. Mübahisəli evin təmir olunmasında, əlavə tikililərin aparılmasında iddiaçının da böyük zəhməti, əziyyəti olmuşdur. Belə ki, iddiaçı həmin vaxt ailəüzvlərinə qulluq etmiş, evdə işləyən ustalara xidmət göstərmişdir. Bundan əlavə evin təmiri vəəlavə tikililər üçün çəkilən xərclərin bir hissəsi həm də həmin vaxt iddiaçı ilə birgə nikahda olmuş X2un da qazancı hesabına olmuşdur ki, həmin qazancı X3 birgə nikah müddətindəəldə etdiyinə görə iddiaçının da payı vardır və evəçəkilmiş xərcin yarı dəyəri iddiaçıya qaytarılmalıdır. Aralarındakı razılaşmaya görə cavabdeh mülkiyyətində olan torpağın 4 sotunu iddiaçıya və həmin vaxt iddiaçı ilə birgə nikahda olan X2a bağışlanmalı idi. Ancaq sonradan iddiaçı ilə X2 arasındakı ailə münasibətləri pozulduğuna görə cavabdeh torpağı bağışlamaqdan imtina etdi. İddiaçı hesab edir ki, onun vəsaiti hesabına cavabdeh əsassız varlanmışdır. İddiaçı 2011-ci ildən 2016-cı ilin sonuna qədər mübahisəli evdə yaşamışdır və bu müddət ərzində keçmişəri X2la birlikdə evə 16000-17000 manat xərcləmişlər. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 dekabr 2019-cu il tarixli 2(051)-2213/2019 nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıöz tələbini əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehlərlə birlikdə yaşadığı müddətdə işləməmiş, qazancı, gəliri olmamışdır. Eləcə də birgə nikah müddətində əldə etdikləri hər hansı qazancının evin tikintisinə, təmirinə sərf olunması sübut olunmur. Vəsatəti əsasında tələbini əsaslandıran sübutları təqdim etmək üçün vaxt verilsə də, iddiaçı sübutları məhkəməyə təqdim edə bilməmişdir.İddia tələbi sübut olunmadığınagörə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) 18 may 2020-ci il tarixli qətnaməsi iləiddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya mə hkəməsi iddianın təmin edilməməsini qət edərkən əsaslı və qanuna uyğun olan nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da haqlı olduğunu təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyas iya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İşə baxan məhkəmə hər hansı bir maddi hüquq normasına istinad etməmişdir. Məhkəmənin onun təqdim etdiyi sübutları qəbul etməməsi aydın deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxs gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı: "Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qaydada olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008ci il tarixli qərarı: “Sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir” Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kas sasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Hazırki işdə tələb sübutetmə yükü ilə əlaqədardır. İddiaçı iddia tələbinin əsas kimi istinad etdiyi halları sübut edə bilməmişdi r. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-906/2020 nömrəli iş üzrə 18 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar