Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4943/2018 16.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4943/2018 16 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, Cavabdeh3 ASC-nin vəkili X1 və nümayəndəsi Nümayəndənin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 ASC-yə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax şəhər Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğvi, sənədlərin q aytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli 2(107)-577/2018 nömrəli qətnaməsindən Cavabdeh3 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 ASC-yə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax şəhər Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğvi, sənədlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 16.08.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzil üzrə Cavabdeh3 ASC-nin Mingəçevir şəhər filialı ilə İddiaçı arasında Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 23.07.2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilməs i, həmin ipotekaya dair dövlət qeydiyyatının ləğv olunması, ipoteka üzərində dövlət qeydiyyatının ləğvinin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax şəhər Ərazi İdarəsinə həvalə edilməsi və ipotekaya qoyulmuş əmlakın sənədlərinin Cavabdeh3 ASC-dən İddiaçı qaytarılmasının Mingəçevir Şəhər İcra Bölməsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 17.11.2017-ci il tarixli 2(051)4081/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh3 ASC-yə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax şəhər Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğvi, sənədlərin qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Şəki A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Abbasov, R.Rəfiyev, E.Hüseynov) 07.03.2018-ci il tarixli 2(107)-577/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 17.11.2017-ci il tarixli 2(051)-4081/2017 nömrəli qətnaməsi ləğv edilmiş, ünvan 1 ünvanda yerləşən mənzili üzrə Cavabdeh3 ASC-nin Mingəçevir şəhər filialı ilə İddiaçı arasında Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 23.07.2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verilmiş, həmin ipotekaya dair dövlət qeydiyyatı ləğv edilmiş, iddia tələbi ipoteka üzərində dövlət qeydiyyatının ləğvinin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə həvalə edilməsi və ipotekaya qoyulmuş əmlakın sənədlərinin Cavabdeh3 ASC -dən İddiaçı qaytarılmasının Mingəçevir Şəhər İcra Bölməsinə həvalə edilməsi hissələrində rədd edilmişdir. Cavabdeh3 ASC-nin vəkili və nümayəndəsi Nümayəndə iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh3 ASC-nin vəkili və nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verərək, iddianın rədd edilməsi barədə əsaslı qətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını yanlış təfsir və tətbiq edərək, cavabdehin hüquqlarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normaların ın tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin vəkili X7 və nümayəndəsi Nümayəndə kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Yevlax şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlə r. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.03.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 17.11.2017-ci il tarixli qətnaməsini ləğv edib, ünvan 1 ünvanda yerləşənmənzili üzrə Cavabdeh3 ASC-nin Mingəçevir şəhər filialı ilə İddiaçı arasında Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 23.07.2009-cu il tarixli ipoteka müqaviləsinə xitam verib, həmin ipotekaya dair dövlət qeydiyyatını ləğv edib, iddia tələbinin ipoteka üzərində dövlət qeydiyyatının ləğvinin Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə həvalə edilməsi və ipotekaya qoyulmuş əmlakın sənədlərinin Cavabdeh3 ASC-dən İddiaçı qaytarılmasının Mingəçevir Şəhər İcra Bölməsinə həvalə edilməsi hissələrində rədd edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Mingəçevir Şəhər Məhkəməsinin 31.01.2012-ci il tarixli 2(051)-10/2012 nömrəli qətnaməsi ilə X4 22.062 manat əsas borc, 9.133 manat faiz olmaqla, cəmi 31.195 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Cavabdeh3 ASC-yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, 44.000 manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanda yerləşənmənzilinin və X3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilinin açıq hərracda satışa çıxarılması, satışdan əldə olunmuş vəsaitdən 31.195 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, mənzillərin açıq hərracdan satışından kredit borcunun ödənilməsindən sonra qalan hissəsinin mənzillərin ayrılıqda dəyərləri nəzərə alınmaqla İddiaçı və X5ə verilməsi qət edilmişdir. MH seriyalı ******* nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan Mingəçevir şəhəri ünva n 3 ünvanda yerləşənmənzili Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. MH seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri ünvan 4 ünvanda yerləşənmənzili Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin 22.08.2012-ci il tarixli 01/2412 nömrəli təklifindən görünür ki, üzərinə tələb yönəldilmiş İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş Mingəçevir şəhəri ünvan 4 ünvanda yerləşənmənzilini təklif daxil olan tarixdən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25 % aşağı qiymətlə, yəni 28.050 manat olmaqla ala bilər. "xxxx" MMC-nin 22.08.2012-ci il tarixli 01/2413 nömrəli təklifindən görünür ki, üzərinə tə ləb yönəldilmiş X5 məxsus ipoteka ilə yüklü edilmiş Mingəçevir şəhəri ünvan 3 ünvanda yerləşənmənzilini təklif daxil olan tarixdən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25 % aşağı qiymətlə, yəni 15.300 manat olmaqla ala bilər. Cavabdeh3 ASC tərəfindən Cavabdeh2nə ünvanlanmış 20.09.2012-ci il tarixli məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 31.01.2012-ci il tarixli qətnaməsinin icrası qaydasında Mingəçevir Şəhər İcra Bölməsinin sifarişi ilə həmin mənzillər hərraca çıxarılmışdır. "xxxx" MMC Hərrac Mərkəzinin 22.08.2012-ci il tarixli məktubu ilə mənzillər hərracda satılmadığından bank tərəfindən alınması təklif olunmuşdur. Mənzillərin mülkiyyətçiləri İddiaç ı və X6, eləcə də kredit alan X8 banka müraciət edərək ipoteka predmetlərinin bank tərəfindən alınması və adına rəsmiləşdirilməsinin dayandırılmasını və onlara 6 (altı) ay möhlət verərək borcun qaytarılmasına imkan verilməsini xahiş etmişlər. Hərracda Mingəçevir Şəhər İcra Bölməsi məhkəmə qərarının icrası ilə bağlı sifarişçi kimi çıxış edir. Odur ki, mənzillərin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu olan X8, ipoteka qoyanlar İddiaçı və X6nın ərizələrini nəzərə alaraq "xxxx" MMC Hərrac Mərkəzinə hərracın nəticələrinin rəsmiləşdirilməsinə möhlət verilməsi ilə bağlı müraciət edilməsi xahiş edilmişdir. Mingəçevir Şəhər İcra Bölməsinin Cavabdeh3 ASC-yə ünvanlanmış 03.10.2012-ci il tarixli 6138 nöm rəli məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 31.01.2012-ci il tarixli 2(051)-10/2012 nömrəli iş üzrə icra sənədi 26.04.2012-ci il tarixdə Mingəçevir şəhər İcra Bölməsinin icraatına daxil olmuşdur. İcra vərəqəsi üzrə icra məmuru X7 tərəfindən 26.04.2012-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti müvafiq olaraq məhkəməyə, tələbkara məlumat üçün göndərilmiş, iş üzrə borcluya isə icra sənədinin könüllü icra etməsi üçün icra vərəqəsi üzrə ünvanına bildiriş göndərilmişdir. Sonra, iş üzrə borclular İddiaçı və X5 məxsus mənzillər hərrac vasitəsi ilə satılmalı olduğundan 08.05.12-ci ildə "xxxx" MMC-yə göndərilmiş və "xxxx" MMC-nin 22.08.2012-ci il tarixli məktubuna əsasən, mənzillər hərracda satılmadığına görə təşkilata təklif olunmuşdur və «İpoteka haqqında » Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin müddət sentyabr ayının sonunda başa çatmışdır. Məktubda göstərilmiş digər hallarla bildirilmişdir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.4-ci maddəsinə əsasən, tutma yönəldilən ipoteka predmeti ipoteka yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, d əbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır və həmin Qanunun 39.5-ci maddəsinə əsasən, 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə verilir. Bu səbəbdən izah olunmuşdur ki, icra məmurunun hər hansı qərarın icrası ilə bağlı kimə möhlət verilməsi və ya möhlət verilməsi üçün məhkəməyə müraciət etməsi vəzifə və hüquqlarına aid deyil. Cavabdeh3 ASC 28.12.2012-ci il tarixdə icra sənədinin geri qaytarılmasına dair ərizə göndərərək, bank ilə cavabdehlər arasında olan razılaşmaya əsasən cavabdehlər borcun ödəni lməsini hissə-hissə icra etməyi öhdəsinə götürdükləri üçün Cavabdeh3 ASCnin Mingəçevir filialının müdiri “İcra haqqında” Qanunun 23.1.1-ci madəsinə əsasən, 06.06.2011-ci il tarixli qətnamənin əsasında verilmiş icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. 07.01.2013-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərara əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 31.01.2012-ci il tarixli 2-10 nömrəli icra vərəqəsinin icra olunmadan geri, Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək göstərmişdir ki, “İş materiallarından da aydın olur ki, iki dəfə hərrac keçirilməsinə baxmayaraq mənzil satılmadığı üçün hərrac baş tutmamışdır. Tərəflər isə öz aralarında razılığa gəldikləri üçün, yəni borclarının hissə-hissə ödənilməsi üçün vaxt verilməsi ilə əlaqədar vicdanlılıq niyyəti ilə bank tərəfindən mənzil alınmamış, yəni bank tərəfindən mənzil alınması prosesi vicdanlılıq niyyəti ilə müvəqqəti olaraq dayandırılmışdır. İpoteka saxlayan mənzili almaq iqtidarında olduğu halda ipoteka qoyanın müraciətləri nəticəsində ipoteka predmeti olan mənzili almamaqla icra işinin dayandırılması barədə müraciət etmişdir. Bununla da Mülki Məcəlləsinin 425.1-ci və 425.2-ci maddələrində göstərilən əsaslarla borc ödəmələr üzrə vicdanlı tərzdə hərəkət etmişdir.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh3 ASC-nin Mingəçevir filialı ilə X8 arasında bağlanmış 23.07.2009-cu il tarixli MF-Ş/205K nömrəli kredit müqaviləsinə əsasən X9 34.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi İddiaçı ünvan 4 ünvanda yerləşənmənzili 23.07.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında müqavilə bağlanarkən iradə ifadəsi olaraq iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Bu razılıq onların hər ikisi üçün müəyyən qanunla müəyyən edilmiş hüquq və öhdəliklərin yaranmasına səbəb olmuşdur. Göstərilən mübahisə ilə bağlı qətnamə çıxmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər İcra Bölməsinə göndərilmişdir. İcra işi açılmış və müxtəlif icra tədbirləri aparılmışdır. İcra sənədinin icra edilməsi məqsədilə ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanda yerləşən mənzili satılması üçün hərrac mərkəzinə göndərilmişdir. "xxxx" MMC tərəfindən 2 dəfə hərrac keçirilmiş, lakin mənzil hərracda satılmamışdır. "xxxx" MMC tərəfindən Mingəçevir şəhər İcra Bölməsinə ünvanlanmış 19.12.2012-ci il tarixli məktuba əsasən əmlak satılmadığından hərracın baş tutmaması bildirilimişdir. 28.12.2012-ci il tarixdə Cavabdeh3 ASC tərəfindən ərizə yazılaraq bank ilə cavabdehlər arasında olan razılaşmaya əsasən cavabdehlər borcun ödənilməsini hissə-hissə icra etməyi öhdəsinə götürdükləri üçün Cavabdeh3 ASC-nin Mingəçevir filialının müdiri “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən, 06.06.2011-ci il tarixli qətnamənin əsasında verilmiş icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər İcra Bölməsi isə 07.01.2013c ü il tarixdə icra sənədinin qaytarılması haqqında qərar verərək Mingəçevir Şəhər Məhkəməsinin 31.01.2012-ci il tarixli 2-10 nömrəli icra vərəqəsini icra olunmadan geri, Mingəçevir Şəhər Məhkəməsinə qaytarmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün təqvim ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqq ında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. (“İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi). “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Konstitusiya Məhkəməsi nəticədə qərara almışdır ki: 1. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zid d hesab edilməlidir. 2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.
3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” İşin hallarından göründüyü kimi, İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanda yerləşən mənzilinə tutma yönəldikdən sonra mənzil satış üçün iki dəfə hərraca çıxarılmış, lakin satılmamışdır. Belə olan halda Cavabdeh3 ASC-yə həmin əmlakların alınması təklif edilmiş, lakin bank tərəfindən həmin əmlaklar 30 gün müddətində alınmamış və borclularla aralarında mövcud borcu hissə-hissə ödəmələri barədə razılığa gəlmişlər. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsindən və Konstitusiya Məhkəməsinin 28.10.2014-cü il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqedən görünür ki, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi, ipoteka saxlayan (Cavabdeh3 ASC) hərraca çıxarılmış, lakin satılmamış əmlakları ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etmədiyindən, ipoteka qoyan İddiaçı mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi haqqında tələbi “İpoteka h aqqında” Qanunun və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğundur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, icra icraatının dayandırılmasının məcburi və mümkün olduğu hallar “İcra haqqında” Qanunda dəqiq müəyyən edilmişdir. Tələbkarın ərizəsi əsasında icra icraatının dayandırılması əsası qanunda nəzərdə tutulmadığından cavabdehin müvafiq ərizə ilə icra məmuruna müraciət etməsinə istinad etməsi əsassızdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün t ətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzr ə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli 2(107)-577/2018 nömrəli qətnaməsi - Cavabdeh3 ASC-yə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva Sədrlik edən: Hakimlər: Elşanə Vəliyeva Qürbət Əsgərov İlqar Xələfov