Məhkəmə qərarları › İş №2(102)-4943/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4943/2021

05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4943/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi və İddiaçı1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(104)1230/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Gədəbəy rayonun Novoivanovka kəndində sahibliyində olan torpaq sahələrində kartof becərirlər. Onlar cavabdeh - Gədəbəy rayonun Çobankənd sakini Cavabdeh tərəfindən onların kartof sahəsinə mal-qarasını buraxmaqla onlara ziyan vurulduğunu iddia edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara dəymiş maddi ziyanın əvəzində cavabdehdən İddiaçı1 4800 manat, İddiaçı3 6600 manat, İddiaçı2 2400 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, avqust ayının əvvəllərində torpaq sahəsinə baxı ş keçirmək üçün gedərkən Cavabdeh məxsus iribuynuzlu mal-qaranın əkin sahələrində əkilmiş kartofu məhv etməsini görmüşlər. Cavabdehə məxsus heyvanlar əvvəllər də bir neçə dəfə onların əkin sahəsinə girmişdir. Onlar Gədəbəy Rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət etmiş və onların müraciəti əsasında torpaq sahələrinə baxış keçirmişdir. Mütəxəssis tərəfindən baxış zamanı məlum olmuşdur ki, İddiaçı1 7.5-8 ton, İddiaçı3 600-700 kq, İddiaçı2 2.6-3 ton miqdarda kartofu məhv olmuşdur. Həmin vaxt kartofun qiyməti 50-60 qəpik olmuşdur. Dəfələrlə cavabdehdən onlara dəymiş ziyanın ödənilməsini tələb etsələr də, cavabdeh onların pulunu ödəməmişdir.

4. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, avqust ayının əvvəllərində iribuynuzlu heyvanlarını axşam evə gə tirərkən 2 dəfə İddiaçı3 kartof sahəsinə girmişdir. Digər İddiaçı1 tanımır. Cavabdeh kartof sahəsinə onun camışları girməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir.

5. Gədəbəy Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(042)-804/2020 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 3250 manatın alınaraq İddiaçı1, 300 manatın alınaraq İddiaçı3 və 1300 manatın alınaraq, İddiaçı2 verilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçıların izahatları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, Cavabdeh məxsus iribuynuzlu heyvanlar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus torpaq sahələrinin kartof məhsulunu yararsız hala salmışdır. Əkin sahələrinin yararsız hala salınması Gə dəbəy Rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən verilmiş rəylərlə müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında yalnız İddiaçı3 məxsus əkin sahəsinin ona məxsus heyvanlar tərəfindən yararsız hala salınmasını bildirsə də, şahid ifadəsi ilə cavabdehin digər iddiaçılara da maddi ziyan vurması sübut edilmişdir. Məhkəmə, dəymiş ziyanın miqdarını hesablayarkən iddiaçılar tərəfindən təqdim edilmiş rəylərə və arayışlara əsaslanaraq, belə nəticəyə gəlir ki, İddiaçı1 7.5-8 ton kartof məhsuluna, İddiaçı3 600-700 kq kartof məhsuluna İddiaçı2 2.6-3 ton kartof məhsuluna ziyan dəymişdir. 1 kq kartofun dəyəri 5060 qəpik miqdarındadır. İddiaçılar məhv olunmuş məhsulun miqdarının və onun dəyərinin yüksək miqdarda olmasını sübut edə bilməmişlər. Yəni İddiaçı1 7.5 ton kartof məhsuluna, İddiaçı3 600 kq kartof məhsuluna və İddiaçı2 2.6 ton kartof məhsuluna ziyan dəymişdir və məhsulun 1 kq-nın qiyməti 50 qəpikdən hesablanmalıdır. Ona görə də, iddia tələbləri qismən təmin edilməli, Cavabdeh 3250 manat alınaraq İddiaçı1, 300 manat alınaraq İddiaçı3 və 1300 manat alınaraq İddiaçı2 verilməlidir b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(104)-1230/2021 saylı qətnaməsi ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və L.Süleymanov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 3250 man atın alınaraq İddiaçı1, 1300 manat alınaraq İddiaçı2 verilməsi” hissəsində dəyişdirilmiş, Cavabdeh 2000 manat pulun alınaraq İddiaçı1, 1000 manat pulun alınaraq İddiaçı2 verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı2 təxminən 0,64 ha torpaq sahəsində kartof əkilməsi, bununla da 2000 kq məhsula ziyan dəyməsi müəyyən edilir ki, həmin məhsulun dəyəri 1000 manat məbləğində müəyyən edilir. Bundan başqa, iddiası İddiaçı1 apellyasiya şikayətini qismən qəbul edərək, iddiaçının həmkəndlisi olmasını nəzərə alaraq ondan yalnız toxuma xəclədiyi 2000 manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcə lləsinin 21, 1096.1, 1097.1 və 1110-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinin xahiş etmişdir.

12. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. İş üzrə zərərin məhz cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdr. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı1 məhkəmə iclasında vəkillə təmsil olunmadığına görə onun izahatı dinlənilməmişdir. 15.Digər iddiaçılar və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPMin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya ç əkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təb ii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli o lan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi ak tının tam ləğvi xahiş edildiyinə baxmayaraq, kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirir və məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən mülki-prosessual hüquq normasının tələbləri pozulduğuna görə kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə “Cavabdeh 2000 manat pulun alınaraq İddiaçı1, 1000 manat pulun alınaraq İddiaçı2 verilməsi”nə aid hissədə ləğv edilməli və həmin hissədə iş yenidən baxılması üçün göndərilməlidir.

23. Belə ki, iddia tələbinin ümumi hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 21-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddianın təmin olunması üçün iddiaçılara zərər vurulmuş olmalı, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmamış olmalıdır.

24. İddiaçılara zərərin əvəzinin tam ödənilməsini şərtləndirən, Mülki Məcəllənin 1096cı maddəsində nəzərdə tutulan mülki hüquq pozuntusu o halda mövcud olar ki: a) iddiaçıların hüquqla və ya qanunla müdafiə edilən mənafelərinə ziyan vurulmuş olsun; b) cavabdehin əməli (hərəkət və hərəkətsizliyi) zərər vurmaya gətirib çıxarsın; c) cavabdehin bu əməli (hərəkət və hərəkətsizliyi) təqsirli və hüquqa zidd olsun.

25. Yəni iddiaçılar onların əkin sahələrinə cavabdehin mallarının keçməsini, kartof bitkisini məhv etməsini və ya məhsuldarlığın azalmasına səbəb olmasını sübut etməlidirilər. Birinci instansiya məhkəməsi işin hallarını bu baxımdan araşdır mış, iddiaçıların izahatlarına və bir nəfər şahidin – Şahid ifadəsinə istinad etməklə bu nəticəyə gəlmişdir ki, iddiaçıların əkin sahəsinə cavabdehin mal-qarası girmiş və ziyan vurmuşdur.

26. Lakin cavabdeh onun heyvanlarının İddiaçı3 əkin sahəsinə keçdiyini etiraf etmiş olsa da, israrla bildirir ki, digər iddiaçıların torpaq sahələrinə onun heyvanları keçməmişdir. Bu halda apellyasiya instansiyası məhkəməsinin araşdırması, iddiaçılar İddiaçı1 və İddiaçı2 ziyan vurulması barədə birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların qiymətləndirilməsini əhatə etməlidir.

27. Birinci instansiya məhkəməsində iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatlarından görünür ki, onlar “avqust ayının əvvəllərində torpaq sahəsinə baxış keçirmək üçün gedərkən Cavabdeh məxsus iribuynuzlu mal-qaranın əkin sa hələrində əkilmiş kartofu məhv etməsini görmüşük” məzmunda izahat vermişlər. Birinci instansiya məhkəməsi malların məhz cavabdehə məxsus olduğunu iddiaçıların nəyin əsasında müəyyən etdiyini, əkin sahəsinə başqasına aid malların keçmə ehtimalının olub-olmamasını soruşmamışdır.

28. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. Birinci instansiya məhkəməsi Şahid qismində dindirmişdir. Şahid ifadəsində bildirmişdir ki, “cavabdehin çoxlu sayda camışları var. Həmin camışlar onların və digər kənd camaatının əkin sahələrinə xeyli miqdarda ziyan vurmuşdur. Gecə saat 12-dən sonra cavabdeh camışları buraxır, onların və kənd sakinlərinin əkin yerlərini tapdalayaraq, onlara ziyan vurur. Cavabdehin inəkləri və camışları avqust ayının əvvəllərində iddiaçılara məxsus olan kartof sahəsinə girmiş və onlara xeyli miqdarda ziyan vurmuşdur”.

30. Şahidin ifadəsindən onun malların sahəyə girməsini bilavasitə gördüyünü, yaxud bu məlumatları eşitdiklərinə əsasən əldə etdiyini müəyyən etmək mümkün deyil. Şahidin ifadəsinin özlüyündə obyektivliyi hər bir halda qiymətləndirmə obyekti olmalıdır.

31. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zər uri olduqda mövcud sübutu yenidən araşdırmalıdır.

32. Bu baxımdan qeyd olunmalıdır ki, MPM-nin 194.1-ci maddəsinə əsasən sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən etməlidir.

33. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun 1-ci maddəsi).

34. MPM-nin 195.2-ci maddəsinin tələbinə görə, sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır.

35. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin şahidin şəxsiyyətini necə müəyyən etməsi (şəxsiyyət vəsiqəsi və ya başqa sənəd əsasında) müəyyən deyildir. Məhkəmə təcrübəsində bir çox hallard a tətbiq olunduğu kimi şahidin şəxsiyyət vəsiqəsinin surəti işə əlavə olunmamış, şəxsiyyəti təsdiq edən sənəd barədə məlumat protokolda qeyd edilməmişdir. Məhkəmə iclasının protokolunda şahidin işdə iştirak edən şəxslərə münasibətinin aydınlaşdırıldığı qeyd olunsa da, hansı münasibətdə olması və ya olmaması qeyd olunmayıb.

36. İşin bu halı onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin digər etiraz dəlilləri üzrə ətraflı araşdırma aparsa da, cavabdehin bu dəlilini sonadək tam, hərtərəfli araşdırmamış, işin hallarına bu müddəalara uyğun qiymət verməmişdir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə mü əyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

37. Buna görə də apellyasiya məhkəməsinin qətnaməsi “Cavabdeh 2000 manat pulun alınaraq İddiaçı1, 1000 manat pulun alınaraq İddiaçı2 verilməsi”nə aid hissədə ləğv edilməli və həmin hissədə iş yenidən baxılması üçün göndərilməlidir.

38. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən ed ilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(104)1230/2021 saylı qətnaməsi “Cavabdeh 2000 manat pulun alınaraq İddiaçı1, 1000 manat pulun alınaraq İddiaçı2 verilməsi”nə aid hissədə ləğv edilsin və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar