Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4944/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli 2(107)66/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.A.İsmayılov, iş № 2(033)-581/2018) İddiaçı Cavabdeh qarşı borcun, bank kreditinə görə faizlərin və mənəvi zərərin ödənilməsi tələbinə dair id diası qismən təmin edilərək cavabdehdən 4555 manat alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala rayon məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 22 may 2013-cü il tarixdə “xxxx” ASC-nin Zaqatala filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik istifadə dərəcəsi 20 faiz olmaqla 48 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliklərinin təminatı kimi İddiaçı mülkiyyətində olan mənzil ipot eka ilə yüklü edilmiş və bununla əlaqədar bankla mülkiyyətçi arasında 22 may 2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını lazımınca təmin etmədiyi üçün bank tərəfindən ona xəbərdarlıq göndərilmiş, bundan sonra ipoteka qoyan İddiaçı tərəfindən borclunun əvəzinə 9555.21 manat məbləğində pul ödənilmiş və kredit müqaviləsi üzrə öhdəlik tam icra edilmişdir. 2018-ci ilin mart ayında ipoteka qoyan İddiaçı iddia və əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh banka ödədiyi 9555 manatın, evinin satılmaması üçün ödədiyi 7278 manatın əldə olunması üçün götürdüyü 10.700 manat məbləğində kreditə görə ödəməli olduğu 6573 manat faizin ona düşən 68 faizini təşkil edən 4470 manatın və ona dəymiş mənəvi ziyana görə 2000 man atın Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi m əsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh “xxxx” ASC-dən aldığı 15.000 manat məbləğində kreditin 5000 manatını əslində iddiaçı üçün götürmüş və həmin məbləği (5000 manat) ona vermişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə isə müəyyən olunduğu kimi cəmi 9555 manat ödəmişdir. İddiaçının ümumi kredit məbləğindən götürdüyü 5000 manatı onun banka ödədiyi 9555 manatdan çıxdıqdan sonra (9555-5000=4555 manat) məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin əvəzinə faktiki olaraq 4555 manat ödənilmişdir. Göstərilən səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın qismən-4555 manat məbləğində təmin edilməsi qanunidir. Cavabdeh bankla bağladığı kredit müqaviləsində borcun tam qaytarılması barədə üzərinə öhdəlik götürsə də, öhdəliyinin icrasını lazımınca təmin etməmiş və borcun müəyyən qismi iddiaçı tərəfindən (ipoteka qoyan) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.3-cü maddəsinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. İpoteka qoyan İddiaçı əmlakını itirmək təhlükəsi ilə üzləşdiyindən və bununla əlaqədar kreditin bir qismini ödədiyindən, kollegiya hesab edir ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə düzgün olaraq iddianı qismən təmin etmişdir. İddiaçı başqa bankdan-Kapital Bank ASC-dən götürdüyü kredit hesabına cavabdehin kredit borcunun bir hissəsini ödəməsini əsas göstərsə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı həmin hərəkətini cavabdehlə əvvəlcədən razılaşdırmadığından iddia həmin hissədə təmin oluna bilməz. Apellyasiya məhkəməsi iddiaçıya mənəvi zərər dəyməsinə dair hissədə də iddianı əsassız s aymış və hesab etmişdir ki, iddiaçı həmin hissədə tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarının 6-cı bəndinə görə iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirtdiyi fiziki və mənəvi sarsıntını sübut etməlidir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin hissələrdə gəldiyi nəticəni də, işdə olan sübutlara və qanunun tələblərinə uyğun sayır və hesab edir ki, mübahisə həmin hissədə də düzgün həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şə ki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4944/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4944/2019
03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver