Məhkəmə qərarları › İş №2(102)-4944/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4944/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4944/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: borcun qaytarılması Açar sözlər: borcun tutulması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-809/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 5.000 manat pulun alınıb ona verilməsi, cavabdehin borcun və borc müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar onun 5.000 manat pul vəsaitindən qanunsuz faydalandığına, 4 il həmin məbləği onun istifadəsindən çıxardığına görə ona dəymiş zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi cavabdehlə aralarında bağlanmış və notarial qaydada təsdiqlənmiş xx xxxxxxxx 2015-ci il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan aldığı 5.000 manat məbləğində borc u 2 il müddətində, yəni xx.xx.2017-ci ilə qədər qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1506/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev) iddia qismən təmin edilmiş, cavabdehdən 5.000 manat məbləğində məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 385, 442, 443, 448-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, borc münasibətlərindən irəli gələn mübahisələrə baxılarkən borc müqaviləsi şifahi bağlandıqda həmin əqdin mövcudluğunu və əqd üzrə nəzərdə tutulmuş öhdəliklərin icrası müddəti, qaydası və şərtləri barədə müddəala rı sübut etmək yükünü iddiaçı, borc müqaviləsi yazılı bağlandıqda isə cavabdeh daşıyır. Hazırki işdə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli yazılı kredit müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan 5.000 manat məbləğində borc pul almış və o, həmin borcu 2 il müddətində, yəni xx.xx.2017-ci ilə qədər qaytaracağını könüllü olaraq ifadə etmiş və bu barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinin formal olaraq bağlandığı, hər hansı bir pul məbləğinin verilməməsi barədə mülahizəsi ilə əlaqədar hallara dair məhkəməyə heç bir fikir bildirməmiş və ya bu əsasla kredit müqaviləsini mübahisələndirməmişdir. İşin bu halı kredit müqaviləsinin tərəflər arasında iradə ifadəsinin əksi olaraq könüllük prinsipi ilə (tərəflərin “müqavilə azadlığı” prinsipi çərçivəsində, tam s ərbəst iradələri ilə, müqavilə şərtləri barəsində qarşılıqlı razılıq çərçivəsində) bağlandığına dəlalət edir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, o iddiaçıdan borca və ya sahibkarlıqla məşğul olmaq üçün, ümumiyyətlə pul almamışdır. Sözügedən müqavilə təzyiq altında, iradəsinə zidd olaraq bağlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-809/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli, Ə.T.Məcidov, A.A.Mahmudov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh iddiaçıdan 5.000 manat məbləğində borc pul almış və o, həmin borcu 2 il müddətində, yəni xx.xx.2017-ci ilə qədər qaytaracağını könüllü olaraq ifadə etmiş və bu barədə üzərinə öhdəlik götürmüşdür. Bundan əlavə cavabdeh bu günədək həmin kredit müqaviləsinin etibarlılığını mübahisələndirməmişdir. Bu baxımdan, apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv e dilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apelyasiya şikayətinə uyğun əsaslandırılmışdır. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqavilə si yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərinə qiymət verilmədiyini qeyd etsə də, ape lyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar