Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4946/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Canpolad oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4946/21 (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-cu il tarixli, 2(104)704/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, ondan 9.850 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Goranboy Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.İ.Mayılov) iddia təmin edilərək, cavabdehdən 9.850 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 07 fevral 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən, iddiaçı 07 avqust 2017-ci il tarixədək qaytarmaq şərti ilə cavabdehə 19.120 manat borc pul verib. Cavabdehin notarial qaydada təsdiq edilmiş 2 1 dekabr 2017-ci il tarixli ərizəsinə əsasən, o, sözügedən kredit müqaviləsi ilə nəzərdə tutulan 19.120 manat borcun ödənilməmiş qalan 17.850 manat hissəsindən 8.000 manatı iddiaçıya qaytarıb və yerdə qalan 9.850 manat pulu isə 40 ay müddətində hər 250 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürüb. Lakin, cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 423.1, 427.3, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov sədrlik edən, məruzəçi, Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Goranboy Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1, 739.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icra at Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansi yası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzi fəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edi lməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərəbaxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiya sı məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisəndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın rədd edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 07 fevral 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən, iddiaçı 07 avqust 2017-ci il tarixədək qaytarmaq şərti ilə cavabdehə 19.120 manat borc pul verib. Cavabdehin notarial qaydada təsdiq ed ilmiş 21 dekabr 2017ci il tarixli ərizəsinə əsasən, o, sözügedən kredit müqaviləsi ilə nəzərdə tutulan 19.120 manat borcun ödənilməmiş qalan 17.850 manat hissəsindən 8.000 manatını iddiaçıya qaytarıb və yerdə qalan 9.850 manat pulu isə 40 ay müddətində hər 250 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürüb. Lakin, cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştira kçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki halda tərəflər arasında notarial qaydada təsdiq edilməklə kredit müqaviləsi bağlanıb və iddiaçı 07 avqust 2017-ci il tarixədək qaytarmaq şərti ilə cavabdehə 19.120 manat borc pul verib. Cavabdehin notarial qaydada təsdiq edilmiş 21 dekabr 2017-ci il tarixli ərizəsinə əsasən, o, sözügedən kredit müqaviləsi ilə nəzərdə tutulan 19.120 mana t borcun ödənilməmiş qalan 17.850 manat hissəsindən 8.000 manatını iddiaçıya qaytarıb və yerdə qalan 9.850 manat pulu isə 40 ay müddətində hər 250 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürüb. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddianı 9.850 manat borc pul tələbinə aid hissədə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh, kassasiya şikayətində iddiaçını atasına görə tanıdığını, 2016-cı ildə iddiaçının şikayətinə əsasən atası barəsində cinayət işinin başlandığını, həmin vaxt verilən ittihama görə atasının iddiaçının 8.000 manat pulunu ələ keçirdiyini, atasının cinayət məsuliyy ətinə cəlb edilməməsi üçün iddiaçı ilə hazırki kredit müqaviləsini bağladığını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaç ının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən cavabdeh, kassasiya şikayətində sözügedən kredit müqaviləsi üzrə iddiaçının ona ümumiyyətlə borc pul vermədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə də razılaşmır. Belə ki, cavabdehin notarial qaydada təsdiq edilmiş 21 dekabr 2017-ci il tarixli ərizəsindən görünür ki, o sözügedən kredit müqaviləsi ilə nəzərdə tutulan 19.120 manat borcun ödənilməmiş qalan 17.850 manat hissəsindən 8.000 manatını iddiaçıya qaytarıb və yerdə qalan 9.850 manat pulu isə 40 ay müddətində hər 250 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürüb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə əsasən, cavabdeh iddiaçıya borcunun olmamasına dair işin hallarını başqa sübutlarla, o cümlədən özünün izahatı və şahid ifadələri ilə sübuta yetirə bilməz. Həmin Maddənin mənasına görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin digər dəlillərin ə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-cu il tarixli, 2(104)-704/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4946/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4946/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver