Məhkəmə qərarları › İş №2(102)-4948/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4948/2020

15.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4948/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi) 15.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1742/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı ları müəyyən etdi: İşin halları Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(062)-3840/2015 nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, 24 baş qoyunun və 3 baş quzunun naturada, naturada alınması mümkün olmadığı halda həmin heyvanların dəyərinin pulla X4 və Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmiş, qətnamə apelyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, nəticədə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İcraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli 4989 nömrəli qərarın surətindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(062)-3840/2015 nömrəli icra vərəqəsi üzrə icraata başlanmış, borclu X3 10 gün müddətinə icranı könüllü təmin edilməsi təklif olunmuşdur; İcraata hərəkətlərinin təxirə salınması haqqında xx.xx.2017-cı i l tarixli 4989/16 nömrəli qərarın surətindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(062)3840/2015 nömrəli icra sənədinin icrası 8 gün müddətinə təxirə salınmışdır; Tovuz rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(062)-3840/2015 nömrəli qətnaməsinin icrasına dair xx xxxxxx 2017-ci il tarixli aktın surətindən görünür ki, 24 baş qoyun və 3 baş quzu Cavabdeh götürülərək İddiaçı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş ziyanın əvəzi olaraq 7392 manat və ödə nilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən əldən çıxmış fayda olaraq 2015-ci ildə doğulan 24 baş quzunun, 2016-cı ildə doğulan 24 baş quzunun, 2017-ci ildə doğulan 44 baş quzunun, 240 kiloqram pendirin və 192 kiloqram yunun dəyərinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildən 2017-ci ilədək müddətdə cavabdeh onun 24 baş doğan qoyununun balalarından, həmin heyvanların yunundan və südündən istifadə etməklə və ya ona həmin məhsullardan istifadə etməyə qoymamaqla ziyan vurmuşdur. Belə ki, onun xırdabuynuzlu heyvanları qeyd edilən dövr ərzində özündə olsa idi, həmin heyvanlardan 2015-ci il üçün 24 baş quzu, 2016-cı il üçün 24 baş quzu, 2017-ci il üçün 44 baş quzu və 240 kq pendir, 192 kq yun əldə etmiş olardı. O, əldən çıxmış fayda kimi cavabdehdən mütəxəssisin müəyyən etdiyi məbləği, yəni 12599,50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh ona qarşı olan iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, o heç kimin heyvanlarını qanunsuz saxlamamış və gəlir əldə etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinə təqim edilmiş Azərbaycan Dövlət Aqrar Universitetinin xx xxxxxxx 2017-ci il tarixli rəyindən görünür ki, 2016-cı ilin payız dövründə cədvəldə göstərilən normalara uyğun olaraq 22 baş quzu alınmışdır. Quzular fevral ayına qədər 16 kq diri çəkiyə çata bilərlər. Cinsin standartlarına uyğun olaraq ana qoyunlar 45 kq, şişək erkəklər 35 kq, şişəklər isə 32 kq diri çəkiyə çata bilərlər. Deməli 2017-ci ilin fevral ayına qədər 69 baş cədvəldə göstərilən qruplar üzrə heyvanların alınması mümkün olan haldır. Yerli Gəncə-Qazax zonası üçün “Bozax” cinsi rayonlaşdırılmış cins hesab olunur, bu cins üçün hər başa 20 litr əmtəəlik süd planlaşdırılır. Bu hesabla 2015-ci ilin doğma hesabına 2016-cı ilin yazında 27x20=540 litr süd sağmaq mümkündür ki, bundan da 540:4=135 kq pendir hazırlamaq olar. Pendirin bazar qiymətində hər kq 10 manatdan götürülsə, 1350 manata bərabərdir. 2016-cı ilin doğumuna görə süd sağımı fevral ayı ndan sonraya düşdüyünə görə süd məhsulunu iddiaçı özü istifadə etmişdir. 2016-cı ilin avqust ayına qədər heyvanlar qırxılmalı olduğu üçün yun qırxımını iddiaçı özü aparmalıdır. 2017-ci ilin yaz qırxımı zamanı cinsin standartına görə ana qoyunun hər birindən 1,5x27=40,5 kq, toğlulardan isə 1,2x20=24 kq yun qırxa bilər ki, buda cəmi 64,5 kq-a bərabərdir. Yunun bu günkü bazar qiyməti 1 manatdan götürülsə, yuna görə 64,5 manat tələb etmək olar. Beləliklə, yekun olaraq iddiaçı natura şəklində 69 baş yuxarıda göstərilən qruplar üzrə və göstərilən çəkidə məhsul tələb edə bilər. Yaxud da manat hesabı ilə 12599,5 manat tələb edə bilər. 2015-ci ildə doğulmuş quzulardan bala alınması 2017-ci ilin aprel-may aylarında almaq mümkündür. Qoyunların örüş-otlaq heyvanı olmasını nəzərə alaraq havanın yağın tılı və ya quru olmasından asılı olaraq, örüş-otlaq sahələri çox məhsuldar və ya az məhsuldar ola bilər. Bu da yuxarıda göstərilən rəqəmlərin 10 faizə qədər artıb-azalmasına səbəb ola bilər. Göstərilən rəqəmlər normal şərait üçün hesablanılmışdır. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2017-ci il tarixli, 2(042)-933/2017 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçıya vurulmuş maddi ziyana (əldən çıxmış faydaya) görə 69 baş xırdabuynuzlu heyvan, 135 kiloqram pendir və 64,5 kiloqram qoyun yununun naturada, naturada alınması mümkün olmadıqda həmin heyvanların və məhsulların dəyərini təşkil edən 12599,50 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi qət ol unmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(62)-3840/2015 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus 24 baş qoyun və 3 baş quzunu 2015-ci ilin 16 avqust tarixindən qanunsuz sahiblikdə saxlamışdır. Bu heyvanlar iddiaçıya yalnız məhkəmə qətnaməsinin icrası qaydasında 2017-ci ilin fevral ayında qaytarılmışdır. Bu müddət ərzində həmin heyvanların cavabdehin sahibliyində qanunsuz qalması məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən məhkəmə iddiaçını bu faktı sübut etmə vəzifəsindən azad edilmiş hesab edir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Gəncə Apelyasiya Məhkəməsin Mülki Kollegiyasının (h akimlər – Rəhman Muradov - sədrlik edən və məruzəçi, Şəfiqə Əliyeva, Çingiz Məmmədov) xx xxxxx 2018-ci il tarixli 2(104)-1173/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi ehtimala əsaslanır. Ehtimala əsaslanan ziyan tələbi təmin edilə bilməz. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) xx xxxxxx 2019-cu il tarixli, 2(102)400/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin ed ilmiş, Gəncə Apelyasiya Məhkəməsin Mülki Kollegiyasının iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya məhkəməsi qərarında qeyd edilmişdir ki, iddiaçıya məxsus 24 baş qoyun və 3 baş quzunun xx.xx.2017-ci il tarixinədək cavabdehdə olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə və icra məmuru tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli aktla müəyyən olunduğundan bu fakt işin mübahisəsiz halı kimi qəbul olunmalıdır. Cavabdehin iddia tələbinə etirazı və eləcə də birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 24 baş qoyun və 3 baş quzu xx.xx.2017-ci il tarixdə ondan deyil, başqa şəxslərdən alınmışdır və məhkəmə qətnaməsi i lə həmin heyvanları qaytarmaq öhdəliyi təkcə onun deyil, onunla birlikdə çoban X2 da üzərinə qoyulmuşdur. İşin 125-ci vərəqində olan aktdan göründüyü kimi, icra məmuru 24 baş qoyun və 3 baş quzunu xx.xx.2017-ci il tarixdə məhz cavabdehə məxsus qoyun sürüsündən ayırıb iddiaçıya vermişdir. Deməli, iddiaçıya məxsus 24 baş qoyun və 3 baş quzunun xx.xx.2017-ci il tarixədək cavabdeh tərəfindən qanunsuz saxlanılması təsdiq olunur. Bundan sonra müəyyən edilməli olan hal bu heyvanların cavabdeh tərəfindən qanunsuz saxlanılması nəticəsində iddiaçıya ziyan dəyibdəyməməsi, bu ziyana görə cavabdehin məsuliyyət daşıyıb-daşımamasıdır. İddiaçı bununla bağlı mütəxəssis rəyi təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərinin və mütəxəssis rəyinin ehtimallara əsaslandığını qeyd edərək onları mötəbər sübut kimi qəbul etməmiş və iddianı göstərilən əsasla rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan mütəxəssis rəyilə razılaşmadığı təqdirdə özü də işə mahiyyəti üzrə baxan məhkəmə kimi müvafiq ekspertiza təyin olunması məsələsini müzakirə edə bilərdi. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Gəncə Apelyasiya Məhkəməsin Mülki Kollegiyasının (hakimlər – Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Rəşad Mamedov, Teyyub Muxtarov) xx xxxx 2019-cu il tarixli 2(104)-1393/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(042)-933/2017 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmiş, cavabdehdən 1 ədədin dəyəri 105 manat və 16 kq çəkidə olan 11 ədəd erkək q uzu, 1 ədədinin dəyəri 105 manat və 16 kq çəkidə olan 11 ədəd diri dişi quzu, 1 ədədinin dəyəri 205 manat və 32 kq çəkidə olan 10 ədəd diri dişi qoyun və 1 ədədinin dəyəri 165 manat və 35 kq çəkidə olan 10 ədəd diri erkək qoyun naturada, naturada mümkün olmadıqda isə dəyərləri alınaraq iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək qətnaməninləğvedilməsini, mülkiişüzrəicraataxitamverilməsibarədəyeniqərarçıxarılmasınıxahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Əsəd Mirzəliyev, Tatyana Qoldman) xx xx xxxx 2019-cu il tarixli, 2(102)8053/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsiningöndərilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində əmlakından məhrum edildiyinə əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi tam təmin edilməklə yekun məhkəmə aktı qəbul edilmiş və icraya yönəlmişdir. Bu halda iddiaçının yekun məhkəmə aktı qəbul edildikdən sonra məhz həmin əmlakından məhrum edilməsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi barədə hazırkı iddia tələbinin maddi hüquqi əsasının olub-olmamasına apelya siya instansiyası məhkəməsi qiymət verməmişdir. ə) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nuru Quliyev - sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Əlizamin Abdullayev) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(042)-933/2017 nömrəli qətnaməsi qismən, cavabdehdən iddiaçıya vurulmuş maddi ziyana (əldən çıxmış faydaya) görə 69 baş xırdabuynuzlu heyvan, 135 kiloqram pendir və 64,5 kiloqram qoyun yununun naturada, naturada alınması mümkün olmadıqda həmin heyvanların və məhsulların dəyərini təşkil edən 12599,5 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi hissəsində ləğv edi lmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının da istinad etdiyi əvvəlki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsində məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehlər cavabdeh və Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçı əmlakından mərhum edildiyindən həmin əmlak və ya dəyəri cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə məhz Mülki Məcəllənin 21, 1096.2, 1097.2-ci maddələrinə istinad edərək iddiaçıya vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi nəticəsinə gəlmişdir. Göründüyü kimi iddiaçının cavabdehlərin təqsirli hərəkətləri nəticəsində əmlakından məhrum edild iyinə əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi tam təmin edilməklə yekun məhkəmə aktı qəbul edilmiş və icraya yönəlmişdir. Bu halda iddiaçının yekun məhkəmə aktı qəbul edildikdən sonra məhz həmin əmlakdan məhrum edilməsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi barədə hazırkı iddia tələbinin maddi hüquqi əsası yoxdur. Belə ki, qanunverici həll olunmuş mübahisə üzrə qəbul edilmiş məhkəmə aktının müstəsnalığını qəbul etməklə həmin məhkəmə aktının vaxtında icra edilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi əsaslarını müəyyən edir. Lakin iş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(062)-3840/2015 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il t arixli, 2(102)-3474/2016 nömrəli qərarı ilə qanuni qüvvəsini aldıqdan sonra mülki iş Tovuz Rayon Məhkəməsinə qaytarılmış və xx.xx.2016-cı il tarixdə icra vərəqəsi tərtib olunaraq Tovuz rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2016-cı il tarixdə icra sənədi üzrə icraata başlanılmış, lakin hava mövsümü ilə əlaqədar olaraq icra tədbirləri icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixə təxirə salınmış və həmin tarixdə icra sənədi tam icra olunmuşdur. Buna görə də, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına diqqət yetirməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırmamış nəticədən prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci növbədə qeyd edilməlidir ki, Gəncə Apellyasiya Məhkəməsi təqdim edilmiş sübutları araşdırmamışdır. Onun 24 baş qoyun və 3 baş quzusu 2015-ci ildən 2017-ci ilədək cavabdehin real istifadəsində olmuşdur. Bunu cavabdeh izahatlarında təsdiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi bu hala qiymət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindənvə apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 21.2-ci maddəsinə istinad edərək hazırki tələbi riəli sürmüş, hüququ pozulmasaydı, əldə edəcəyi gəlir (əldən çıxmış fayda) qismində 7392 manat pulu cavabdehdən tələb etmişdir. İşdən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(062)-3840/2015 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(102)-3474/2016 nömrəli qərarı ilə qanuni qüvvəsini aldıqdan sonra mülki iş Tovuz Rayon Məhkəməsinə qaytarılmış və xx.xx.2016-cı il tarixdə icra vərəqəsi tərtib olunaraq Tovuz rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2016-cı il tarixdə icra sənədi üzrə icraata başla nılmış, lakin hava mövsümü ilə əlaqədar olaraq icra tədbirləri icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixə təxirə salınmış və həmin tarixdə icra sənədi tam icra olunmuşdur. Həmin iş üzrə məhkəmə mübahisələri yekunlaşdıqdan sonra icraya yönəlmiş və icra hərəkətləri nəticəsində tələb edilən 24 baş qoyun və 3 baş quzu iddiaçıya verilmişdir. Göründüyü kimi həmin iş üzrə qətnamənin icra edilməməsi ilə bağlı cavabdehin hər hansı təqsirli hərəkəti və ya iddiaçının hüququnun pozması müəyyən edilməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilərək həmin heyvanlar iddaçıya verilmişdir. Ona görə də, iddia tələbini rədd etməklə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1742/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar