Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4948/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-954/2022 nömrəli, 4 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 1 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2021-ci il tarixli yazılı borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 16 may 2021-ci il tarixədək qaytarmaq şərti ilə 72.000 manat məbləğində borc vermişdir. 1. xx.xx.2021-ci il tarixli qəbzdə Cavabdeh1 qardaşı iddiaçıdən 72.000 manat pul aldığını imzası ilə təsdiq etmişdir.
2. Cavabdeh1 ilə X6 arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, borc alan Cavabdeh1 borc verən X3 83.800 manat borc almışdır.
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ər-arvaddırlar, İddiaçı isə Cavabdeh1 qardaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər dən müştərək qaydada 72.000 manat məbləğində borc pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, verdiyi borcun müddəti keçsə də qardaşı borcu qaytarmamışdır. Hazırda qardaşı öz arvadı ilə gizlincə əlbir olaraq boşanma görüntüsü yaratmaq adı ilə ona məxsus evi ələ keçirməyə və borcunu verməməyə çalışır. Əvvəllər cavabdehin digər şəxsdən də külli miqdarda borc aldığını və qaytarmadığını bilmişdir. cavabdeh ondan borc alan zaman cavabdeh2 ilə ar-arvad olaraq birgə yaşamışlar və ona görə də, borcu birlikdə qaytarmalıdırlar. cavabdeh qumar oyunlarına meyilli adamdır, ondan aldığı borcu özünün qumar borclarına qaytarıb, bir q ismini isə qumar oynayaraq xərcləyibdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı verdiyi izahatında bildirmişdir ki, iddia qaldırmamışdan əvvəl cavabdehin digər şəxsdən də külli miqdarda borc aldığını və qaytarmadığını bilmişdir. cavabdehin ondan borc almasını sonuncunun arvadı cavabdeh2nin bilib bilməməsini dəqiq deyə bilmir, cavabdeh2ni ona görə cvabdeh qoymuşdur ki, cavabdeh ondan borc alan zaman cavabdeh2 ilə ar-ardad olaraq birgə yaşamışlar və ona görə də, borcu birlikdə qaytarmalıdırlar.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, cavabdeh pul almağa meyillidir, belə məsələlər mütəmadi olmuşdur. Hətta hazırda cavadehə qarşı məhkəmədə digər iddialar da vardır, həmin iddialardan biri XXX adlı şəxsin iddiasıdır, cavabdeh ondan notar ial qaydada müqavilə bağlayaraq 83.800 manat borc alaraq qaytarmamışdır. cavabdeh iddiaçıdan borc alaraq öz ailəsinə xərcləmiş və digər borclarını qaytarmışdır. Ona görə də, hesab edirlər ki, borc həm cavabdehdən, həmdə Cavabdeh2 tutulmalıdır. Bununla yanaşı cavabdehlə cavabdeh2 borcun qaytarılmasından yayınmaq üçün nikahlarını pozmuşlar, lakin faktiki olaraq birlikdə yaşayırlar, cavabdeh2 cavabdehlə əvvəlcədən razılaşaraq iddiaçının pulunu və mənzilini ələ keçirmək qərarına gəlmişlər. Həmin mənzil mübahisəssi zamanı hazırki iddiaçı pul tələbi ilə müstəqil tələb irəli sürən şəxs kimi çıxış etmək üçün ərizə verərərkən, həmin ərizə məhkəmə tərəfindən geri qaytarılmasına baxmayaraq, cavabdeh ərizədə olan tələbi, yəni hazırki tələblə eyni tələbi, etiraf etmişdir. Lakin hazırda borcu qaytarmaqd an yayınmaq üçün müxtəlif əsassız bəhanələrlə borc almadığını göstərir. Cavabdeh tərəfin təqdim etdiyi "xxxx" ASC-dən Cavabdeh1 adına verilmiş arayışa və qəbzlərə münasibətdə bildirir ki, iddiaçı Almaniyadan Azərbaycana avtomobil gətirərək ticarəti ilə məşğul olur, həmin ticarətə Cavabdeh1 də cəlb etmək istəyib ki, sonuncu qazanc edərək borclarını ödəsin, bununla əlaqədar cavabdehin onda olan etibarnaməsi əsasında cavabdehin adına bank hesabı açaraq öz vəsaitini ora əvvəlcə mədaxil sonra isə məxaric edib ki, cavabdehə viza verilməsi üçün Almaniya səfirliyinə müvafiq arayış verə bilsinlər.
8. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, arvadı Cavabdeh2 ona qarşı əmlak bölgüsünə dair iddia qaldırdığı vaxt, 18 avqust 2021-ci il tarixdə məhkəmə prosesindən çıxdıqd an sonra qardaşı, yəni İddiaçı onu çağıraraq bildirmişdir ki, “gəl yoldaşını qorxudaq, guya 2016-cı ildə məndən borc pul almısan, xərcləmisən”. Onlar birlikdə iddiaçıin vəkilinin ofisinə getmiş, orada iddiaçı cavabdeh2yə təzyiq olsun deyə ona müqaviləyə qol çəkdirmişdir. Müqaviləni vəkil yazmış, guya 2016-cı ildə tərtib edilmişdir. Lakin müqaviləni imzalasa da, bu müqavilə həqiqi deyil, həmin ildə müqavilə olmamış və o, borc almamışdır. Bundan başqa cavabdeh onu aldatmışdır ki, onun mənzilini alacaq və buna görə də, cavabdeh onun adına hesab açaraq oraya müəyyən vəsait daxil etmişdir. cavabdeh həmin hesabı onun adından etibarnamə əsasında açmış və hesaba mədaxil edilmiş vəsait cavabdehə məxsus olmuşdur. O, nə cavabdehdən nədə ki, XXX adlı şəxsdən borc almamışdır.
9. Məhkəmə iclasında Cavab deh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ona məlum olmuşdur ki, guya cavabdehin 72.000 manat borcu var, onun yarısını cavabdeh, yarısını o özü ödəməlidir. cavabdehdən bu barədə soruşduqda, borc almadığını, ona təyziq olsun deyə yalandan müqaviləyə qol çəkdiyini söyləmişdir. Lakin bu barədə xəbəri olmadığını, nə özünün, nədə cavabdehin borc almadığını bildirərək, iddia tələbinin əsassız olduğunu bildirdi.
10. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 heç vaxt iddiaçıdan borc almamış, Cavabdeh1 isə borc alıbalmaması barədə onu deyə bilər ki, bir müddət əvvəl cavabdeh cavabdeh2yə demişdir ki, onların arasında mənzil mübahisəsi olarkən qardaşı iddiaçı cavabdeh2yə təzyiq etmək üçün onunla olmayan borca dair müqavilə bağlamış dır, ancaq əslində o, iddiaçıdən borc almamışdır.
11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilimiş X5 bildirmişdir ki, İddiaçı onun tanışıdır. 2016-cı ilin may ayında iddiaçı onunla əlaqə yaradaraq borc verəcəyi zaman şahid qismində iştirak etməyini xahiş etdi. O, iddiaçıin bu təklifi ilə razılaşdı və ona məlum oldu ki, iddiaçı qardaşı cavabdehə borc verəcək. Onlar birlikdə Sumqayıt Şəhər Məhkəməsinin köhnə binasının yaxınlığında yerləşən hüquqi xidmətləri göstərən yerə gedərək, orada iddiaçılə cavabdeh onun şahidliyi ilə borc müqaviləsi imzaladılar. Bundan sonra iddiaçı cavabdehə 72000 manat pul verdi və cavabdeh pulu aldıqdan sonra qəbz də imzaladı. Həmin qəbzi cavabdehlə yanaş iddiaçı və oda imzaladılar. Sonradan söhbət əsnasında başa düşmüşdür ki, iddiaçı cavabdehə borcu sonuncunun öz təsərrüfatını inkişaf etdirmək üçün vermişdir. 12. "xxxx" ASC-nin Almaniya səfriliyinə təqdim edilməsi üçün verdiyi 27 aprel 2021ci il tarixli 57 saylı arayışından görünür ki, Cavabdeh1 hesabında 14616,32 avro vəsait vardır.
13. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 təqdim etdiyi audio-video diskə baxış keçirilmişdir. Baxış keçirilərkən iddiaçının nümayəndəsi və cavabdehlər həmin diskdə olan audio və video yazıların bir qismində iddiaçı və cavabdehlərin səs yazılarının və video görüntülərinin, bir yazıda isə Cavabdeh1lə XXX adlı şəxsin səs yazılarının olmasını etiraf etmişlər. Diskdə olan danşıqların əksəryyəti rus dilində, biri isə tərəflərin etiraf etdiyinə görə ləzgi dilindədir. İddiaçının nümayəndəsi və cavabdehlər etiraf edir lər ki, həmin danışıqlar zamanı “cavabdeh iddiaçıə dəfələrlə bildirir ki, bu nə oyundur mənim başıma açmısan, iddiaçı isə qeyd edir ki, heç bir oyun yoxdur, hər şey yaxşı olacaq, qanun çərçivəsində məsələlər həll ediləcək”. Tərəflər eyni zamanda etiraf edirlər ki, danışıqların heç birində iddiaçı konkret olaraq hazırki mübahisə üzrə cavabdehin ona borcunun olmamasını və borc müqaviləsinin cavabdeh2yə təzyiq edilməsi üçün yazılması barədə heç bir söz deməmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 72.000 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
15. Məhkəmənin mövqeyi o ndan ibarət olmuşdur ki, Cavabdeh1 İddiaçı 72.000 manat məbləğində borc pul almış və müqavilə şərtlərini pozaraq 16 may 2021-ci il tarixdə pulu qaytarmalı olduğu halda qaytarmamışdır. Ona görə də, həmin pul məbləği Cavabdeh1 tutulmalıdır.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki Cavabdeh1 borc aldığı pulu məhz ailə ehtiyacları üçün sərf etdiyi müəyyən deyil. Cavabdeh2 İddiaçı qarşısında hazırki iddia predmeti üzrə öhdəliyi mövcud deyil, 16 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə tərəf deyil. Ona görə də, məhkəmə iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsi qənaətinə gəlmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 500.1, 500.2, 739.1, 739.2, 740.1, 740.2 və 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında müqavilə imzalansa da, bu müqavilə həqiqi deyil, həmin ildə müqavilə olmamış və o, borc almamışdır. Aralarında bağlanmış əqd əhəmiyyətsiz əqddir, belə ki, həmin əqd aldatma yolu ilə bağlanmışdır. Məhkəmə etibarsızlıqla bağlı maddi hüquq normaları pozmaqla Azərbaycan Respublikası MM-nin 337-ci maddəsinin tələblərinə riayət etməmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-954/2022 nömrəli iş üzrə 4 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun olmaması və onun tərəfindən borc müqaviləsinin bağlanmasının iddiaçının təkidi ilə bağlanması barədə gətirdiyi dəlili heç bir sənədlə sübuta yetirilmir.
22. Bundan başqa, cavabdehin iddiaçı tərəfindən aldadılması barədə dəlilini sübuta yetirməmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 500.1, 500.2, 739.1, 739.2, 740.1, 740.2 və 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 14.2, 76.1, 76.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləğinin verilməsi mübahisələndirilərkən həqiqəti müəyyən etmək baxımından video-audio yazı sübut növlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Məhkəməyə təqdim edilmiş XXXla telefon danışığı ləzgi dilində, iddiaçılə danışğı isə ləzgi, rus və azərbaycan dilindədir. Qarışıq sözlər hər cümlədə işləndiyi üçün ləzgi və rus dilini mükəmməl bilən şəxs söhbətin nədən getdiyini başa düşə bilər. Məhkəmə bu dilləri bilən mütəxəssis köməyi telefon danışıqlarını tərcümə etdirib sonra ona digər sübutlarla yanaşı qiymət vermək əvəzinə, oradakı məlumatı işdə maraqlı olan şəxslərdən almaqla səhvə yol vermişdir.
26. Kassator daha sonra qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisənin səbəbini bilmədən borc məbləğinin ona verilib-verilməməsi məsələsini düzgün həll etmək mümkün deyil.
27. İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş aldatma yolu ilə xüsusi mülkiyyətində olan mənzili ələ keçirməyə cəhd etməsinə işarə edən kifayət qədər dəllillər vardır. X10 Mirzəzadənin külli miqdarda əmlakını ələ keçirməsi üçün ona kömək etmiş, onun əməlində Azərbaycan Respublikası CM-nin 32.178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə işarə edən kifayə t qədər dəlillər vardır. İddiaçı və X4 cinayət hərəkətləri barədə prokurora xəbər verilməsi barədə xüsusi qərardad qəbul edib məhkəmənin bu barədə hökmü qüvvəyə minənə qədər mülki iş üzrə icraatı dayandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisəyə Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsini tətbiq etmək əvəzinə qanunsuz və əsasız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəz ifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
32. Maddə
743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ - Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcəd ə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmələr müəyyən etmişlər ki, xx.xx.2021-ci il tarixli yazılı borc müqaviləsinə əsasən İddiaçı Cavabd eh1 16 may 2021-ci il tarixədək qaytarmaq şərti ilə 72.000 manat məbləğində borc vermişdir. xx.xx.2021-ci il tarixli qəbzdə Cavabdeh1 qardaşı iddiaçıdən həmin anda 72.000 manat pul aldığını həmin sənədi imzalamaqla təsdiq etmişdir.
47. İddiaçı cavabdehə borc verməsi ilə bağlı yuxarıda qeyd olunan yazılı sübutları təqdim etmişdir. Cavabdeh həmin yazılı sübutların onun tərəfindən imzalanmasını təkzib etməmişdir. Bundan başqa, həmin borc müqaviləsini imzalayan başqa bir şahid də məhkəməyə dəvət olunaraq izahatı alınmışdır. X1 bildirmişdir ki, İddiaçı onun tanışıdır. 2016-cı ilin may ayında iddiaçı onunla əlaqə yaradaraq borc verəcəyi zaman şahid qismində iştirak etməyini xahiş etdi. O, iddiaçıin bu təklifi ilə razılaşdı və ona məlum oldu ki, iddiaçı qardaşı cavabdehə borc verəcək. Onlar birli kdə Sumqayıt Şəhər Məhkəməsinin köhnə binasının yaxınlığında yerləşən hüquqi xidmətləri göstərən yerə gedərək, orada iddiaçılə cavabdeh onun şahidliyi ilə borc müqaviləsi imzaladılar. Bundan sonra iddiaçı cavabdehə 72000 manat pul verdi və cavabdeh pulu aldıqdan sonra qəbz də imzaladı. Həmin qəbzi cavabdehlə yanaş iddiaçı və oda imzaladılar. Sonradan söhbət əsnasında başa düşmüşdür ki, iddiaçı cavabdehə borcu sonuncunun öz təsərrüfatını inkişaf etdirmək üçün vermişdir.
48. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilə formal əqddir, həmin müqavilə üzrə pul verilməmiş, başqa razılaşmanı pərdələmək üçün həmin əqdi bağlamışlar.
49. Məhkəmə kollegiyası qeyd edir ki, yazılı sübutların həqiqiliyi prezumpsiyası var. Hazırkı işdə tərəflər arasında tərtib edilmiş borc müqaviləsi var və tərəflərdən başqa həmin müqaviləni bir nəfər şahid də imzalamışdır. Şahid müqavilənin bağlanmasını və pulun verilməsini məhkəmədə təsdiq etmişdir. Eyni zamanda müqavilə ilə eyni tarixdə cavabdeh müqavilədə nəzərdə tutulan pulu aldığını da təsdiq edən qəbzə imza atmışdır. Ona görə cavabdeh müqavilənin əhəmiyyətsiz müqavilə olması barədə bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi prezumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazımdır ki, müqavilənin əhəmiyyətsiz olması dəlilini cavabdeh tərəf irəli sürdüyündən həmin sübutları təqdim etmək vəzifə si onun üzərinə düşür (MPM-in 14.2. və 77.1. maddələri), iddiaçı bunun əksini sübut etməyə borclu deyil.
50. Cavabdehin təqdim etdiyi səs yazılarının (telefon danışıqlarının) ətraflı araşdırılmaması ilə bağlı qeyd olunur ki, əvvəla, həmin səs yazısı ilə bağlı 1-ci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmış və həmin məsələyə həmin məhkəmə və apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Bundan başqa, həmin hal işin faktiki halları ilə bağlı olan məsələdir ki, onun araşdırılması kassasiya instansiyasının səlahiyyətinə aid olan məsələ deyil. Beləki, MPM-in 407.2. maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. 52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məh kəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-954/2022 nömrəli, 4 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanun