Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-495/2025 06.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadından iddiaçının şikayə tinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı
1. İddiaçı (bundan sonra – “iddiaçı” və ya “MMC”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, “RAVON R3 SX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 8103,8 manat məbləğində pulun, həmin nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə 389 manat məbləğində inzibati cərimə və 105 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq MMC-yə verilməsi qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia belə əsaslandırlmışdır ki, cavabdeh “Avtomobilin müddətli satışı üzrə müqavilə”yə əsasən iddiaçıdan “RAVON Nexia R3 SX” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasi təsini satın almışdır. Müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi cavabdehə təhvil verilmiş, həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün cavabdehə etibarnamə də verilmişdir. Cavabdeh əvvəllər öhdəliyini icra etsə də, sonradan öhdəliyini icra edə bilmədiyi üçün qeyd edilən nəqliyyat vasitəsini MMC-yə təhvil vermişdir. Qeyd edilən nəqliyyat vasitəsi təhvil alınarkən bir sıra qüsurları olduğuna görə nəqliyyat vasitəsi MMC-nin servis mərkəzində yoxlanılmış və aşkar edilmiş qüsurlarla bağlı akt tərtib edilmişdir. Qüsur aktına əsasən nəqliyyat vasitəsi cavabdehin sahibliyi və istifadəsində olduğu müddət ərizində cavabdeh həmin nəqliyyat vasitəsinə ümumilikdə 8103,8 manat məbləğində zərər vurmuşdur. Həmçinin nəqliyyat vasitəsini idarə edərkən cavabdeh dəfələrlə yol hərəkəti qaydalarını ko bud şəkildə pozmuşdur. Buna görə də X1 tərəfindən cavabdeh barəsində çoxlu sayda inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin cavabdehdə olduğu dövrdə cavabdeh və onun həmin nəqliyyat vasitəsini qanunsuz olaraq idarə etmək üçün verdiyi digər şəxslər tərəfindən törətdilən inzibati xətalara görə X1 tərəfindən çoxlu inzibati tənbehvermə haqqında qərar çıxarılmış, cərimələrin ümumi məbləği 389 manat məbləğində olmuşdur. Cavabdeh həmin cərimələri ödəmədiyi üçün iddiaçı məcbur qalaraq həmin cərimələri ödəmişdir
3. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya həmin tələblə bağlı aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. (hakim Fuad Fərhadov)
4. Məhkəmə qeyd etmişdir ki, cavabdeh vergi uçotuna alınmış fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN: **********), fəaliyyət istiqaməti şəxsi maşınların sürücü ilə icarəsi üzrə fəaliyyətdir. İlkin vəziyyətdən belə görünür ki, tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur.
5. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə kommersiya hüquqi şəxsi və fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasındadır. Mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisə olduğu müəyyən edilmir. Buna görə də hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalı deyil. İddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 26.2, 152.1-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq bəndləri ilə əsalandırmışdır.
7. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadı ilə ş ikayət təmin edilməmiş, şikayət işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir. (hakim Fuad Fərhadov).
9. Məhkəmə əvvəlki qərardadındakı mövqeyini yenidən vurğulamışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin 07 noyabr 2024-cü il tarixli qərardadı tamamilə əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaq üçün tək istinadı cavabdehin vergi ödəyicisi kimi vergi orqanında uçota alınması, VÖEN-nin olması və şəxsi maşınların sürücü ilə icarəsi fəaliyyəti ilə məşğul olmasıdır. Şəxsin vergi ödəyicisi kimi vergi orqanında uçota alınması, VÖEN-nin olması və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması həmin şəxslə digər sahibkarlıq subyekti arasında yaranmış münasi bətlərin sahibkarlıq fəaliyyətindən yaranmış münasibətlər olması demək deyil. İşə məhkəmənin mövqeyindən yanaşılsa, o zaman hazırkı iş üzrə cavabdeh olan şəxsin istənilən bir sahibkarlıq subyekti ilə yaranan mübahisəsinə mütləq kommersiya məhkəməsində baxılmalıdır. Çünki o, vergi ödəyicisi kimi vergi orqanında uçota alınmışdır, VÖEN-ni var və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məsələn, cavabdehin nəqliyyat vasitəsi üçün hər hansı bir satış mərkəzindən aldığı malla bağlı mübahisə yaranarsa, bu zaman işə kommersiya məhkəməsində baxılmalıdır. Çünki məhkəmənin mövqeyindən yanaşılsa, hər iki tərəf vergi ödəyicisi kimi uçota alınmışdır. Halbuki mübahisənin kommersiya xarakterli olması üçün həmin tərəflər arasında yaranmış münasibətlərin bilavasitə tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı y aranması mütləq şərtdir. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı sahibkarlıq subyektidir və nəqliyyat vasitəsini satması onun bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Lakin cavabdeh həmin nəqliyyat vasitəsini sahibkarlıq subyekti kimi deyil, bir vətəndaş kimi almışdır. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən də görünür ki, müqavilədə cavabdeh sahibkarlıq subyekti kimi deyil, bir vətəndaş kimi iştirak edir. Müqavilədə cavabdehin fərdi sahibkar olması ilə bağlı hər hansı bir müddəa, o cümlədən onun fərdi sahibkar olması, VÖEN-i, bank rekvizitləri və sair məlumatlar göstərilməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən sahibkarlıq subyektləri ilə bağlanmış müqavilələrdə qeyd edilən məlumatların göstərilməsi mütləq şərt kimi müəyyən e dilmişdir. Bundan başqa, müqavilədə ödənişin də vətəndaşlar üçün nəzərdə tutulmuş şərtlər əsasında icra edilməsi nəzərdə tutulmuşdur. Belə ki, qüvvədə olan qanunvericliyin tələblərinə əsasən malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs mütləq qaydada bununla bağlı qarşı tərəfə elektron qaimə-faktura təqdim etməlidir. Lakin hazırkı halda tərəflər arasında yaranmış münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlər olmadığından iddiaçı tərəfindən cavabdehə elektron qaimə-faktura təqdim edilməmişdir. Göründüyü kimi elektron qaimə-fakturanın təqdim edilməsi və onun əsasında ödənişin icra edilməsi ilə bağlı tərəflər arasında bağlanmış müqavilədə də hər hansı bir müddəa yoxdur. Tərəflər arasında yaranmış münasibətlər sırf mülki hüquq münasibətləri olduğu üçün müqavilədə də ödəniş şərtləri vətəndaşlar üçün müəyyən edilmiş şərtlər əsasında müəyyən edilərək tərəflər arasında razılaşdırılmış və cavabdeh də müvafiq olaraq ödənişi sahibkar kimi deyil, vətəndaş kimi icra etmişdir. Həmçinin sahibkarlıq subyektləri ilə bağlanmış müqavilələrdə məhz bu cür məlumatlar öz əksini tapır və ödəniş şərtləri də tamamilə fərqli olur. Analoji məsələ ilə bağlı iddiaçı ilə başqa şəxslər arasında yaranmış bir çox mübahisələr mövcuddur və həmin mübahisələr müxtəlif rayonların məhkəmələrinin icraatında baxılır və bir çoxuna da baxılıb. Cavabdehlə yaranmış münasibətlər mülki xarakterli olmasına baxmayaraq məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla qanun vericiliyin tələblərini pozmuşdur. Halbuki tərəflər arasında yaranmış münasibətlər heç də cavabdehin sahibkar olması və sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı deyil. Cavabdeh sadə bir vətəndaş kimi nəqliyyat vasitəsinin alınması ilə bağlı iddiaçıya müraciət etmişdir. Cavabdehlə müqavilə də vətəndaşlarla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq bağlanmışdır. Beləliklə aralarında yaranmış münasibət kommersiya deyil, mülki hüquqi münasibətdir. Yuxarıda qeyd edilənlər sübut edir ki, məhkəmə hazırkı işin kommersiya məhkəməsində baxılmaslı olması barədə qənaətə gəlməklə səhvə yol vermişdir. b) Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə ver gi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikas ının Mülki Məcəlləsi Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyekt iv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin r ədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitə sindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəq iq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı 10-cu bənd. 2019-cu i l 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçiril məsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin s ahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya i şlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Ali məhkəmənin mövqeyi
12. Məhkəmə tərkibi işin materiallarını araşdır araq hesab edir ki, aşağıdakı səbəblərdən iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir.
13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, həmçinin Plenum Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
14. İş materiallarından müəyyən olunanlara əsasən, hazırki iş üzrə iddiaçı hüquqi şəxs, cavabdeh isə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edən tarixdə də iddiaçı və cavabdeh vergi ödəyicisi kimi qeydiyyatda olmuşlar. Bu baxımdan qeyd olunmalıdır ki, Plenum Qərarına əsasən mübahisənin tərəflərdən ən azı iki qarşı tər əfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması işə kommersiya icraatı qaydasında baxılmasına imkan verir. Beləliklə, subyekt tərkibi baxımından hazırkı mübahisəyə kommersiya baxılması mümkündür.
15. Lakin mübahisənin predmeti və xarakterinə gəldikdə məhkəmə tərkibi hesab edir ki, qeyd olunan əsaslar üzrə işin aidiyyətinin müəyyən edilməsi ilə bağlı qəti nəticəyə gəlmək üçün iş materiallarından kifayət qədər əsas müəyyən edilmir. Birinci instansiya məhkəməsi də iş üzrə mübahisənin xarakteri barədə nəticəyə gələrkən, ilkin vəziyyətə istinadən göstərmişdir ki, tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlər dən yaranan mübahisə olmuşdur.
16. Məhkəmə tərkibi isə hesab edir ki, aidiyyət məsələsi ilə bağlı zəruri araşdırma aparmayan birinci instansiya məhkəməsinin yuxarıda göstərilən əsaslandırması tam olmamaqla yanaşı, iş materiallarından da tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsi üçün kifayət qədər əsas mövcud deyil.
17. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında münasibətin şəxsi istehlak və ya onların ayrı-ayrılıqda və ya birgə həyata keçirilən iqtisadi fəaliyyət sferasında yaranıb-yaranmamasını, mübahisənin iş üzrə tərəflər arasında olan hansı fəaliyyətdən irəli gəlməsini və ya aralarında, ümumiyyətlə, sahibkarlıqla bağlı hər hansı əlaqəli fəaliyyətin mövcud olub-olmaması məsələlərini tam araşdırmamışdır.
18. Birinci instansiya məhkəməsi hazırkı mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda qeyd edilən halların aydınlaşdırılması istiqamətində tam araşdırma aparmamış və zəruri əsaslandırma həyata keçirməmişdir. Bunun nəticəsidir ki, hazırkı vəziyyətdə tərəflər arasında hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti barədə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür. Halbuki bu məsələlərə aydınlıq gətirilmədən məhkəmə aidiyyətinin müəyyən edilməsi istisna edilir.
19. Plenum Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
20. Mülki Prosessual Məcəl lənin 151.2-ci maddəsinə görə zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.
21. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, qərardad ləğv edilməli, mübahisənin tərəfləri arasında hüquq münasibətlərinin xarakterinin dəqiq aydınlaşdırılması və nəticəsinə uyğun olaraq müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün hazırki iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalı, iddia ərizəsinin mümkünlüyü haqqında məsələ çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxılıb müəyyən edilməlidir.
22. Birinci instansiya məhkəməsi aidiyyət məsələsini yenidən müəyyən edərkən, yuxarıda qeyd edilən məqamları tam araşdırmalı, bundan sonra Plenum Qərarında müəyyən edilmiş aidiyyət qaydalarını nəzərə almaq la qanuni və əsaslı nəticəyə gəlməlidir.
23. Məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.8.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilərək, işə məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.