Məhkəmə qərarları › İş №2(102)-4951/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4951/2018

16.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4951/2018 16.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4951/2018 16 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, Cavabdeh2 vəkili Vəkilin iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli 2(106)-1092/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2yə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 27.04.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.02.2015-ci il tarixli 172079 nömrəli kredit müqaviləsinə və Cavabdeh2 arasında bağlanmış 16.02.2015-ci il tarixli 17-2079/1 nömrəli zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.416 ABŞ dolları əsas borc, 1.976 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 13.892 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar rayon Məhkəməsinin (hakim A.Səmədov) 08.06.2016-cı il tarixli 2(022)1189/2016 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13.892 ABŞ dolları kredit borcunun Azərbaycan manatına olan ekvivalentinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, T.Heydərov, Z.Babayev) 04.04.2018-ci il tarixli 2(106)-1092/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Biləsuvar rayon Məhkəməsinin 08.06.2016-cı il tarixli 2(022)-1189/2016 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili Vəkil iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 04.04.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiyi göstərilmişdir. Halbuki, Cavabdeh2 apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etmiş, izahat verərək, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılmasından və qətnamə çıxarılmasından isə xəbəri olmamışdır. Bu barədə Cavabdeh2 yalnız icra məmurları tərəfindən icra şöbəsinə dəvət edilərkən xəbər tutmuşdur. İşlə tanış olan zaman Cavabdeh2 məlum olmuşdur ki, zaminlik müqaviləsinin 2-ci səhifəsində olan imza onun deyildir. Bundan başqa, bankda ondan xəbərsiz rəsmiləşdirilən kredit müqaviləsindəki imzalar da ona məxsus deyildir. Cavabdeh2 qeyd olunan imzaların kim tərəfindən icra edilməsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilməsini xahiş etsə də, apellyasiya instansiyası məhkəməsi vəsatəti təmin etməmişdir. İşin faktiki halı ondan ibarətdir ki, Cavabdeh2 2015-ci ilin fevral ayında digər Cavabdeh1lə birlikdə "xxxx" ASC-də olmuş və bank tərəfindən Cavabdeh1 veriləcək 2.000 manata görə zamin dayanmışdır. Məhkəmədən sonra Cavabdeh1 Cavabdeh2 bildirmişdir ki, o, zaminlik müqaviləsini imzaladıqdan sonra, bankın işçisi Cavabdeh1 12.700 ABŞ dolları kredit verməyə razılaşmış və onlar birlikdə Cavabdeh2 əvəzinə saxta imzalar etmiş və göstərilən məbləğ Cavabdeh1 tərəfindən götü rülmüşdür. Bundan başqa, tənasübsüz surətdə yüksək hesablanmış dəbbə pulu da azaldılmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosessual məsələlər: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlu mat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətini təmin etməyib, iş üzrə Biləsuvar rayon Məhkəməsinin 08.06.2016-cı il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən ha qlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 16.02.2015-ci il tarixli 17-2079 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Binə filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 28 % hesablanmaqla 12.700 ABŞ dolları kredit verilmişdir. Cavabdeh2 ilə "xxxx" ASC arasında 16.02.2015-ci il tarixli 17-2079/1 nömrəli zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 kredit müqaviləsindən irəli gələn borclunun öhdəliklərinin icrası üçün kreditor qarşısında borclu Cavabdeh1lə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsas ən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclu Cavabdeh1 "xxxx" ASC-yə 11.04.2016-cı il tarixə 16.02.2015-ci il tarixli müqaviləyə əsasən 11.416 ABŞ dolları əsas borc, 1.976 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 13.892 ABŞ dolları borcu yaranm ışdır. Bu səbəbdən, zamin Cavabdeh2 həmin borcun ödənilməsi üçün borclu Cavabdeh1lə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və b orclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Kassasiya kollegiyası kassasiya şikayətində tənasübsüz surətdə yüksək hesablanmış cərimənin azaldılmaması barədə dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən cərimə məbləği əsas borc və faizə münasibətdə tənasüb qorunmaqla hesablanmışdır və məhkəmə cavabdehlərdən müştərək qaydada məhz həmin məbləği tutmaqda haqlı olmuşdur. Kassasiya kollegiyası kassasiya şikayətində kredit və zaminlik müqaviləsində olan imzaların Cavabdeh2 ai d olmaması barədə digər dəlilə münasibətdə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsinə ümumiyyətlə imza etməmiş, belə zərurət olmamış, kredit müqaviləsi kredit götürənlə bank arasında bağlanmış, həmin müqavilənin zamin tərəfindən imzalanması üçün bölmə, öhdəliklər və vəzifələr barədə bəndlər olmamışdır. Zaminlik müqaviləsinə gəldikdə isə, Cavabdeh2 bankda olmuş, zaminlik müqaviləsi ilə tanış olaraq, həmin müqaviləni imzalamışdır. Cavabdeh2 kassasiya şikayətində qeyd etmişdir ki, həqiqətən bankda olmuş və zaminlik müqaviləsini imzalamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini d əyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etməd ən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli 2(106)-1092/2018 nömrəli qətnaməsi - Cavabdeh2 münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar