Məhkəmə qərarları › İş №2(102)-4951/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4951/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4951/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin X5 tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor «xxxx» KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, bor clular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.362,42 manat əsas, 148,25 manat faiz, 13,73 manat cərimə olmaqla, cəmi 5.524,40 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun «xxxx» KB ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə illik 30% ödəmək şərtilə 7.500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan müqavilə şərtlərinə əməl etməmiş, aldığı krediti ödəməmiş, nəticədə onun banka 5.362,42 manat əsas, 148,25 manat faiz borcu yaranmış, müqavil ə öhdəliklərini pozduğuna görə ona 13,73 manat cərimə hesablanmışdır Ağdam Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli, X5 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.105,31 manat əsas, 13,73 manat cərimə olmaqla, cəmi 5.119,04 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Şəfiyev - sədrlik edən və məruzəçi, A.Hüseynzadə və L.Süleymanov) X5 tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Ağdam Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli, X5 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili X1 tərəfindən kassa siya şikayəti verilərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 29.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası MPM-nin 76-78, 385-387, 418-ci maddələrin tələblərinə düzgün riayət etmədən, işi hərtərəfli yoxlamadan qanunsuz, əsassız, ədalətsiz və qeyri-obyektiv qətnamə qəbul etməklə cavabdehlərin konstitusion hüquqlarını pozmuşdur. Belə ki, Cavabdeh1 sübut növü olan bank ödəniş qəbzlərinin əslini təqdim etmiş və vəsatəti əsasında keçirilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2018-ci il tarixli 14310 nömrəli ekspert rəyi ilə Cavabdeh1 aldığı 7500 (yedd i min beş yüz) manat kredit vəsaitinə görə İddiaçı-yə 9004.0 (doqquz min dörd) manat pul vəsaiti ödədiyi müəyyən edilmişdir. 24 dekabr 2015-ci il tarixinədək əsas borc üzrə Cavabdeh1 borcunun qalmadığı və 628,03 (altı yüz iyirmi altı manat 03 qəpik) manat “xxxx” KB ASC-nin balansına artıq məbləğdə pul ödədiyi müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin əsassız, qeyri-obyektiv və hüquqlarını pozmaqla qətnamə qəbul edərək Cavabdeh1 ağır maddi duruma salmışdır. İşə baxan Gəncə Apellyasiya məhkəməsi işdə olan kifayət qədər sübutlara istinadən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2018-ci il tarixli ekspertiza rəyini nəzərə almayaraq iddia tələbinin təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa, iddiaçının nümayəndəsin in vəsatəti əsasında təyin edilmiş təkrar ekspertizanın xərci olan 200 manat cavabdehə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər haqqında “Fərmanından irəli gələn güzəştlər Cavabdeh1 da şamil olunmalı olduğu halda və dəfələrlə bu barədə məhkəmə iclaslarında vurğulamasına baxmayaraq bu halı da nəzərə alınmadan, qeyri-obyektiv, əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. İşdən görünür ki, həm birinci instansiya məhkəməsi, həm də Gəncə Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə sübutlara qeyri-obyektiv, qərəzli, birtərəfli və natamam baxaraq hazırki mübahisəyə tətbiq edilməli olmayan maddi hüquq normalarına əsaslanmaqla mübahisəyə hüqu qi qiymət vermişlər. Hazırki işə mahiyyəti üzrə apellyasiya icraatı qaydasında baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir edilməmiş və nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Prosessual məsələlər İş üzrə proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri kredit borcunun məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlı olduğundan kassasiya baxışının predmetini borcun Cavabdeh1 tutulması hissəsi təşkil etdiyindən məhkəmə kollegiy ası qətnamənin qanuniliyini bu dəlillər əsasında kredit borcunun məbləği və onun cavabdeh Abışovdan tutulması hissəsində yoxlayır. İş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən, kreditor ilə borcalan Cavabdeh1 arasında bağlanmış 08.10.2013-cü il tarixli, 9032nkMNG/13 kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə illik 30% ödəmək şərtilə 7.500 manat məbləğində kredit verilmişdir. Həmin məbləğdən 2898 manat pul, onun kreditorla əvvəllər bağladığı 15.11.2012-ci il tarixli, 1283nkMNG/12 saylı kredit müqaviləsi üzrə qalan borcunun ödənilməsi üçün 08.10.2013-cü il tarixli qəbzlə banka ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan tərəfindən kredit müqaviləsi üzrə öh dəliklər lazımi qaydada icra edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2017-ci il tarixli 21675 saylı rəyinə əsasən Cavabdeh1 24.12.2015-ci il tarixinə banka olan əsas borcu 5.105,31 manat təşkil etdiyi, faiz borcunun isə olmadığı müəyyən edildiyində birinci instansiya məhkəməsi iddianı qismən, 5.105,31 manat əsas borc və 13,73 manat cərimə borcu hissəsində təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, borcalan aldığı krediti, müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər - borcun düzgün müəyyən edilməməsi, aldığı kreditdən 2.989 manatı dərhal kassaya geri ödəməsi, hazırki vaxta kimi banka cəmi 6.114 manat ödəniş etməsi – apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış, həmçinin borc məbləğinin dəqiqləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Cavabdeh1 özünün izahatı, habelə mülki işin 25-ci vərəqində olan qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən 08.10.2013-cü ildə banka ödənilən 2898 manat pul iddia predmeti olan kredit müqaviləsi üzrə deyil, 15.11.2012-ci il tarixli, 1283nkMNG/12 saylı kredit müqaviləsi üzrə qalıq borca görə ödənildiyindən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.02.2019-cu il tarixli, 27893 saylı rəyi ilə müəyyən edilmişdir ki, 15.11.2012-ci il tarixli, 1283nkMNG/12 saylı kredit müqaviləsinin şərtləri əsas g ötürülməklə Cavabdeh1 08.10.2013-cü il tarixə banka olan borcu 409,25 manat məbləğindədir. Cavabdeh1 tərəfindən 08.10.2013-cü ildə banka ödənilən 2898 manat pul 15.11.2012-ci il tarixli, 1283nkMNG/12 saylı kredit müqaviləsi üzrə borca silinmişdir. Cavabdeh1 08.10.2013-cü il tarixli 9032nkMNG/13 saylı kredit müqaviləsi üzrə 15.10.2015-ci il tarixə 6015 manat ödəniş edilmiş, həmin tarixə cavabdehin əsas borcu 5330,15 manat, faiz borcu 44,42 manat olmaqla, cəmi 5374,57 manat təşkil edir. Həmçinin 24.11.2015-ci il tarixdən 19.09.2016-cı il tarixə kimi 575,20 manat ödəniş edilmiş, lakin hesablamalar 15.10.2015-ci il tarixə aparıldığından həmin ödənişlər nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının po zulmasına yol verilməmiş və düzgün qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırs a, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan kredit müqaviləsi üzrə əsas borc və faiz məbləğləri müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri, həmçinin cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla, borc məbləği müəyyən edilmişdir. Kassator tərəfindən 08.10.2013-cü ildə banka ödənilən 2898 manat pul iddia predmeti olan kredit müqaviləsi üzrə deyil, 15.11.2012-ci il tarixli, 1283nkMNG/12 saylı kredit müqaviləsi üzrə qalıq borca görə ödənilmışdır və belə olan halda məhkəmə tərəfindən həmin ödənişin iddianın predmeti olan müqavilə üzrə ödəniş kimi nəzərə alınmaqla hesablama aparılması barədə Məhkəmə Ekspertizası Mərkəzinin 20.06.2018-ci il tarixli ekspert rəyi qəbul edilməyərək, iş üzrə təkrar ekspertiza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassator daha artıq məbləğdə vəsait ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməm işdir. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə kredit borcunun məbləği cavabdeh tərəfindən apelyasiya şikayəti verilməklə mübahisələndirildiyindən və bu məqsədlə iş üzrə ekspertiza və təkrar ekspertizalar təyin edildiyindən, apelyasiya şikayəti təmin edilmədiyinə görə ekspert xərcinin Cava bdeh1 tutulması düzgün olmuşdur. Həmçinin iddiaçının apellyasiya məhkəməsinə ünvanladığı 07.10.2019-cu il tarixli ərizəsindən görünür ki, 08.10.2013-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər haqqında “Fərmanının təsir dairəsinə düşmür, həmin müqavilə kompensasiya ödənilməli və ya kredit borcu restruktizasiya olunmalı kredit müqavilələrinin siyahısında aşkar edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutlar ı tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildi r. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (kredit borcunun məbləği və onun cavabdeh Abışovdan tutulması hissəsində) dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsinin X5 tarixli X5 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (kredit borcunun məbləği hissəsində) dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar