Məhkəmə qərarları › İş №2(102)-4952/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4952/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4952/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(104)90/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Eyvazov, iş 2(044)-478/2018) iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh, Zamin1, Za min2 və Zamin3 müştərək qaydada 4296,90 manat əsas, 1261,10 manat faiz, 1500 manat cərimə, cəmi 7058 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Şəfiyev, A.H.Hüseynzadə və Ş.Q.Rzaquliyev) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada 4296,90 manat əsas, 1261,10 manat faiz, 1500 manat cərimə olmaqla, cəmi 7058 manat borcun tutularaq iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydad a kredit müqaviləsi üzrə tutulan əsas borcun məbləği 2271,58 manat, faiz borcunun məbləği 528,27 manat, cərimə borcunun məbləği 200 manat, ümumi borc isə 2999,85 manat məbləğində müəyyən edilərək, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx.xx.2014-cü il tarixli əsas kredit və bank hesabı müqaviləsinə əsasən “xxxx” KB ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh Zamin1, Zamin2 və Zamin3 zaminliyi ilə 60 ay müddətinə 30.000 manat məbləğində kredit ayrılmış, eyni tarixli əlavə kredit müqaviləsinə əsasən “xxxx” KB ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 28 faiz olmaqla 9000 manat məbləğində kredit verilmişdir 2017-ci ilin noyabr ayında “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka umumilikdə 9128,09 manat məbləğində borcunun yaranmasını əsas göstərərək həmin borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun ondan və zaminlərdən müştərək qaydada bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı “xxxx” KB ASC Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” KB ASC və Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqavi ləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank, iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş məbləğin Cavabdeh verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üz ərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həm in şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Hazırkı iş üzrə kredit müqaviləsinə görə Cavabdeh banka 9000 manat məbləğində əsas kredit borcunu və kreditdən istifadəyə görə 2860,47 manat məbləğində faiz ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. İş üzrə aparılmış ekspertiza rəyinə görə Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixə banka 2271,58 manat əsas, 528,27 manat faiz borcu vardır. Rəydə hesablanma mexanizmi və metodikası göstərildiyindən və ekspertin rəyini şübhə altına ala biləcək sübutlar məhkəməyə təqdim edilmədiyindən apelyasiya instansiyası məhkəməsi rəyi mötəbər sübut kimi qəbul etmiş və cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulmalı olan əsas və faiz borcunu ekspert rə yində göstərilən məbləğdə müəyyən etmişdir. Cərimə məbləğinə dair hissədə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanması barədə nəticəyə gəlmiş, lakin müəyyən edilən cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından cərimə məbləğini 200 manat məbləğində müəyyən etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar