Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4953/2018 16.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4953/2018 16 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı “İddiaçı” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, borcun ipoteka predmeti olan evə yönəldilməsi, yaşayış evinin açıq hərracda satılması və evin boşaldılmış vəziyyətdə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 07.02.2018-ci il tarixli 2(106)-224/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, borcun ipoteka predmeti olan evə yönəldilməsi, yaşayış evinin açıq hərracda satılması və evin boşaldılmış vəziyyətdə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə 14.09.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, 29.12.2014-cü il tarixli 812 nömrəli kredit müqaviləsinə əsasən 20.570,80 ABŞ dolları əsas kredit borcunun, 4.895,85 ABŞ dolları faiz, 11.370,94 ABŞ dolları cərimə (dəbbə) pulunun, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzini təşkil edən 500 manat pulun, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsu munun Cavabdehdən alınaraq «İddiaçı» ASCnin xeyrinə ödənilməsi, ipoteka predmeti olan evin 20.000 manat qiymətləndirilməsi, tutmanın Ağcabədi şəhəri H.Hacıyev küçəsində istifadədə olan 0,0068 ha torpaq sahəsində yerləşən Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 59,9 m2-dən ibarət bir mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracda satılması, satışdan əldə edilən pul məbləğindən borcun tutulması, Ağcabədi şəhəri H.Hacıyev küçəsində istifadədə olan 0,0068 ha torpaq sahəsində yerləşən Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 59,9 m2-dən ibarət bir mərtəbəli qeyri-yaşayış binası satıldıqda həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi rayon Məhkəməsinin (hakim X.Fərhadov) 01.08.2017-ci il tarixli 2(01 7)31/2017 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan “İddiaçı” ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, borcun ipoteka predmeti olan evə yönəldilməsi, yaşayış evinin açıq hərracda satılması və evin boşaldılmış vəziyyətdə təhvil verilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh «İddiaçı» ASC arasında bağlanmış 29.12.2014-cü il tarixli 812 nömrəli kredit müqaviləsi üzrə 19.568,15 ABŞ dolları əsas kredit borcu, 1.089,49 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimənin ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə, hüquqi yardıma görə 100 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanmas ı Fonduna ödənilməsi, tutmanın ipoteka predmeti olan 25.02.2011-ci il tarixli 251 nömrəli ipoteka müqaviləsinə 29.12.2014-cü il tarixli 03 nömrəli əlavə ilə yüklü edilmiş, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş 16.03.2010-cu il tarixli MA seriyalı 00569007 nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan Ağcabədi şəhəri H.Hacıyev küçəsində 0,068 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, ümumi sahəsi 59,9 m2-dən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 29.000 manat olmaqla hərrac yolu ilə satılması və satışdan əldə olunan puldan Cavabdeh Məhəmməd oğlunun «İddiaçı» ASC-yə olan 29.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 19.568,15 ABŞ dolları məbləğində, faiz borcu üzrə 1.089,49 ABŞ dolları məbləğində, dəbbə pulu 50 ABŞ dolları məbləğində, hüquqi yardıma görə 100 manat məbləğində, həmçinin 30 manat dövlət rüsumunun ləğv prosesində olan “İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, T.Heydərov, Z.Babayev) 07.02.2018-ci il tarixli 2(106)-224/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağcabədi rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli 2(017)-31/2017 nömrəli qətnaməsi dəyişdirilməklə, ipoteka predmeti olan Ağcabədi şəhəri H.Hacıyev küçəsində istifadədə olan 0,0068 ha torpaq sahəsində yerləşən bir mərtəbəli qeyri-yaşayış binasının ilkin s atış qiyməti 40.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.02.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, “İddiaçı” ASC ilə 29.12.2014-cü il tarixli kredit müqaviləsi 18 ay müddətinə bağlanmışdır. Kredit müqaviləsinin müddəti 29.06.2016-cı il tarixdə bitir və bank, yalnız kredit müqaviləsi bitən vaxta kimi borcu tələb edə bilər. Lakin məhkəmə bankın düzgün olmayan hesablamasına əsasən qətnamə çıxan günə kimi əsas borc və faiz hesablamaqla, qanunun tələbini kobud şəkildə pozmuşdur. Bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsində ümu miyyətlə ABŞ dolları ilə bağlı hər hansı bir bənd yoxdur. Eləcə də, cavabdeh bankın kassasından pulu götürəndə, ona ABŞ dolları ilə deyil, manatla ödəniş edilmişdir. Qətnamədə ödənişin hansı məzənnə ilə edilməli olması müəyyən olunmamışdır. Həmçinin cavabdehin əmlakının dəyəri 40.000 manatdan çoxdur. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.02.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Prosessual məsələlər: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar e dilmişlər. Lakin, iddiaçı “İddiaçı” ASC-nin nümayəndəsi, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.02.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Ağcabədi rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli qətnaməsini dəyişdirib, ipo teka predmeti olan Ağcabədi şəhəri H.Hacıyev küçəsində istifadədə olan 0,0068 ha torpaq sahəsində yerləşən bir mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətini 40.000 manat müəyyən edib, qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı “İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2014-cü il tarixli 812 nömrəli kredit müqaviləsinə əsasən “İddiaçı” ASC tərəfindən Cavabdeh Məhəmməd oğluna 18 ay müddətinə 21 faizlə 29.500 ABŞ dolları məbləğində kredit verilmişdir. 25.02.2011-ci il tarixli 251 nömrəli ipoteka müqaviləsinə e dilən 29.12.2014-cü il tarixli 03 nömrəli əlavə və dəyişikliklər haqqında ipoteka müqaviləsinə əsasən Cavabdeh ilə bank arasında bağlanmış 29.12.2014-cü il tarixli 812 nömrəli kredit müqaviləsinə əsasən 29.500 ABŞ dolları məbləğində 18 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi Cavabdeh mülkiyyətində olan Ağcabədi şəhəri H.Hacıyev küçəsində istifadədə olan 0,0068 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, ümumi sahəsi 59,9 m2-dən ibarət olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflər arasında 29.000 manat məbləğində qiymətləndirilmişdir. Əmlakın ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 30.12.2014-cü il tarixdə qeydiyyata alın mışdır. Bank 11.04.2016-cı il tarixli arayışa əsasən Cavabdeh “İddiaçı” ASC-yə 29.12.2014cü il tarixli kredit müqaviləsinə əsasən 11.04.2016-cı il tarixə 20.570,80 ABŞ dolları əsas borcu, 4.895,85 ABŞ dolları faiz və 11.370,94 ABŞ dolları cərimə olmaqla, cəmi 36.837,59 ABŞ dolları borcu yarandığını iddia etmiş, lakin birinc instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasınnı rəyinə əsasən kredit müqaviləsinin bitdiyi 29.06.2016-cı il tarixə 19.568,15 ABŞ dolları əsas borc, 1.135,56 ABŞ dolları fazi borcunun olduğu müəyyən edilmiş və birinci instansiya məhkəməsi də iddianı ekspert rəyi ilə müəyyən edilən əsas borc və faiz məbləği hissəsində təmin etmiş, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq 11.370,94 ABŞ dolları məbləğində tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldaraq 50 ABŞ dolları müəyyən etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin borcun məbləği hissəsi ilə razılaşaraq, həmin hissələrdə qətnaməni dəyişdirmədən saxlamış, lakin məhkəmənin qərarı ilə keçirilmiş 21.12.2017-ci il tarixli Ç-992 nömrəli qiymətləndirmə rəyinə əsasən ipoteka predmeti olan Ağcabədi şəhəri H.Hacıyev küçəsində istifadədə olan 0,0068 ha torpaq sahəsində yerləşən bir mərtəbəli binanin bazar dəyəri 40.000 manat təşkil etdiyinə görə qətnaməni ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan bir i (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müə yyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülk i Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və ipotoka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə ta m həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin ye rinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Kassasiya kollegiyası kassasiya şikayətində cavabdehin vurğuladığı dəlillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən tutulan məbləğlər ekspert rəyinə əsasən müqavilənin müddətinin bitdiyi tarixə müəyyə n edilmiş məbləğdə düzgün tutulmuşdur. Bundan əlavə, kredit müqaviləsi ABŞ dolları kredit məbləğinin verilməsinə görə bağlanmışdır və ABŞ dollarının ödəniş anına olan məzənnə üzrə (Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə) manatla qaytarılmalı olması aşkardır. Cavabdehin əmlakının qiymətinin 40.000 manatdan çox olması barədə kassasiya şikayətində qeyd olunanlar heç bir yazılı mötəbər sübutla təsdiq olunmur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdi r. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.02.2018-ci il tarixli 2(106)-224/2018 nömrəli qətnaməsi - Cavabdeh münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4953/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4953/2018
16.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver