Məhkəmə qərarları › İş №2(102)-4954/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4954/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4954/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh1, Cavabdeh3 İddia tələbi: borcun tutulması Açar sözlər: kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 60 ay müddətinə illik 18 faizlə 10670 manat məbləğində kredit verilmişdir. Həmin borcun təminatı olaraq həmin tarixdə bankla Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 9272 manat əsas və 928 manat faiz tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmış, nəticədə Banka tələb olunan məbləğdə borcu yaranmışdır. G əncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2628/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.A.Mirabov) iddia təmin edilmişdir. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verərək borc məbləğinin düzgün müəyyən edilmədiyindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Apelyasiya icraatı zamanı alınmış məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə cavabdehin xx xxxx 2018-ci il tarixinə 9.270 manat əsas, 808 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-226/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Şəfiyev, Ş.Q.Rzaquliyev, A.Q.Hüseynov) apelyasiya şikayəti qismən təmin olunmuş, qətnamə əsas və faiz borcuna aid hissədə dəyişdirilmiş, cavabdehlərdə n müştərək qaydada 9270 manat əsas, 808 manat faiz borcunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 425.1, 448.1, 449-cu maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, borcalanın kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməməsi işin mübahisələndirilməyən halıdır. Bununla bərabər ödənilməmiş borc məbləğinin müəyyən edilməsi üçün alınmış ekspert rəyi əsaslıdır, ekspert hesablama apararkən təqdim edilmiş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, borcludan kredit müqaviləsi üzrə tutulan əsas və faiz borcunun məbləği rəyə uyğun müəyyən edilməlidir. Kassasiya şikayətinin dəlilləri, on a etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iş üzrə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 kassasiya şikayəti əsasında iddianın təmin edilən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin s onunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri isə formal mülahizələr olmaqla, apelyasiya məhkəməsi tərəfindən konkret hansı pozuntuya yol verilməsinə ümumiyyətlə istinad edilməmiş, şikayət ümumi ifadələrlə əsaslandırılmışdır. Məh kəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar