Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4955/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyytə Alim qızının katibliyi, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-932/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Alm az Süleymanova) 01 noyabr 2017-ci il 2(001)- 13808/2017 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Cavabdeh ilə "İddiaçı" Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış 17.11.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsinə edilən 01 saylı əlavə, 26.11.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsinə edilən 01 saylı əlavə, 03.08.2015-ci il tarixli, *************** nömrəli kredit müqaviləsi, 21.09.2015-ci il tarixli, *************** nömrəli kredit müqaviləsi, 21.09.2015-ci il tarixli, *************** nömrəli kredit müqaviləsi, 29.09.2015-ci il tarixli *************** nömrəli kredit müqaviləsi, 19.10.2015-ci il tarixli *************** saylı kredit müqaviləsi, 26.11.2015-ci il tarxli ******************* saylı kredit müqaviləsi, 30.11.2015-ci il tarixli ****** ********* saylı kredit müqaviləsi, 09.12.2015-ci il tarixli ****************** saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh 17.11.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsinə edilən 01 saylı əlavəyə əsasən 26000 manat əsas, 12952,18 manat faiz, 3000 manat dəbbə pulu, 26.11.2014-cü il tarixli, *************** saylı kredit müqaviləsinə edilən 01 saylı əlavəyə əsasən 44500 manat əsas, 22171,20 manat faiz, 2000 manat dəbbə pulu, 13.08.2015-ci il tarixli, *************** saylı kredit müqaviləsinə əsasən 67474,14 ABŞ dolları əsas, 34044,44 ABŞ dolları faiz, 300 ABŞ dolları dəbbə pulu, 21.09.2015-ci il tarixli *************** saylı kredit müqaviləsinə əsasən 411000 ABŞ dolları əsas, 210642,94 ABŞ dolları faiz, 5000 ABŞ dolları dəbbə pulu, 29.09.2015-ci il tarixli, ******* *********** nömrəli kredit müqaviləsinə əsasən 75929,89 ABŞ dolları əsas, 38311,36 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu, 19.10.2015-ci il tarixli, *************** saylı kredit müqaviləsinə əsasən 81226,43 ABŞ dolları əsas, 40983,33 ABŞ dolları faiz, 1000 ABŞ dolları dəbbə pulu, 26.11.2015-ci il tarxli ***************** saylı kredit müqaviləsinə əsasən 23405,07 ABŞ dolları əsas, 11809,10 ABŞ dolları faiz, 500 ABŞ dolları dəbbə pulu, 30.11.2015-ci il tarixli *************** saylı kredit müqaviləsinə əsasən 35741,35 ABŞ dolları əsas, 18033,81 ABŞ dolları faiz, 1000 ABŞ dolları dəbbə pulu, 09.12.2015-ci il tarixli, *********************** saylı kredit müqaviləsinə əsasən 89683,56 4BŞ dolları əsas, 45250,36 ABŞ dolları faiz, 3000 ABŞ dolları dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manatın "İddiaçı" Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh qıznın mülkiyyətində olan Bakı şəhəri, ***************************** yerləşən 536 kv. metr ümumi, 243,7 kv. metr yaşayış, 292,3 kv. metr yardımçı sahədən ibarət, 8 otaqlı, 2 nömrəli fərdi yaşayış evinə və onun tərkibindəki cəmi 197,5 kv. metr tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 2.500.000 manat məbləğində müəyyən edilsin. Hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, İpoteka predmeti olan- Bak ı şəhəri, ********************************* yerləşən 2 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, ən geci bir ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh çıxarılmaqla mənzilin boşaldılması qət edilmişd, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Namiq Cəfərov) 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin 01 noyabr 2017-ci il 2(001)-13808/2017 saylı qətnaməsi faiz borcun məbləğinə aid hissədə dəyişdirilmiş, 17 noyabr 2014-cü il tarixli müqavilə üzrə 03.08.2017-ci il tarixə faiz borcu 5247,32 manat, 26 noyabr 2014-cü il tarixli müqavilə üzrə 03.08.2017-ci il tarixə faiz borcu 8975,53 manat, 13 avqust 2015-ci il tarixli müqavilə üzrə 03.08.2017-ci il tarixə faiz borcu 13817,71 ABŞ dolları, 21 sentyabr 2015-ci il tarixli müqavilə üzrə 03.08.2017-ci il tarixə faiz borcu 85799,04 ABŞ dolları, 29 sentyabr 2015-ci il tarixli müqavilə üzrə 03.08.2017-ci il tarixə faiz borcu 15548,73 ABŞ dolları, 19.10.2015-ci il tarixli müqavilə üzrə 03.08.2017-ci il tarixə faiz borcunun 16633,39 ABŞ dolları, 26 noyabr 2015-ci il tarixli müqavilə üzrə 03.08.2017-ci il tarixə faiz borcu 4792,86 ABŞ dolları, 30 noyabr 2015-ci il tarixli müqavilə üzrə 03.08.2017-ci il tarixə faiz borcu 7319,04 ABŞ dolları, 09 dekabr 2015-ci il tarxli müqavilə üzrə 03.08.2017-ci il tarixə faiz borcu 18365,25 ABŞ dolları müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat İddiaçı BOKT ASC-dən tutularaq dö vlət büdcəsinə, qiymətləndirmə rəyinin alınması üçün 200 manat Cavabdeh tutularaq «xxxx» MMC-yə ödənilməsi, qətnamə Cavabdeh münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «İddiaçıbank» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə "İddiaçı" BOKT ASC arasında bağlanmış 17.11.2014-cü il tarixli *************** saylı kredit müqaviləsinə edilən 01 saylı əlavə, 26.11.2014-cü il tarxili *************** N-li kredit müqaviləsinə edilən 01 saylı əlavə, 13.08.2015ci il tarixli *************** N-li kredit müqaviləsi, 21.09.2015-ci il tarxili *************** N-li kredit müqaviləsi, 21.09.2015-ci il tarxlli *************** N-li kredit müqaviləsi, 29.09.2015-ci il tarxlli *********************N-li kredit müqaviləsi, 19.10.2015-ci il tarixli *************** N-li kredit müqaviləsi, 26.11.2015-ci il tarixli ******************* kredit müqaviləsi, 30.11.2015-ci il tarixli *************** N-li kredit müqaviləsi, 09.12.2015-ci il tarixli ************** N-li kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh "İddiaçı" BOKT ASC-nin xeyrinə 17.11.2014-cü il tarixli *************** saylı kredit müqaviləsinə edilən 01 saylı əlavəyə əsasən 26000 manat əsas, 12952,18 manat faiz, 34.235,00 manat dəbbə pulu, bu müqavilə üzrə, cəmi 73187,18 manat, 26.11.2014-cü il tarixli *************** N-li kredit müqaviləsinə edilən 01 saylı əlavəyə əsasən 44500 manat əsas, 22171,20 manat faiz, 144.216,10 nıanat dəbbə pulu, bu müqavilə üzrə cəmi 110887,30 manat; 13.08.2015-ci il tarixli *************** N-li kredit müqavi ləsinə əsasən 67474.14 ABŞ dolları əsas, 34044,44 ABŞ dolları faiz, 2698,97 ABŞ dolları dəbbə borcu, bu müqavilə üzrə cəmi 104217,55 ABŞ dolları; 21.09.2015-ci il tarixli *************** N-li kredit müqaviləsinə əsasən 411000 ABŞ dolları əsas, 210642,94 ABŞ dolları faiz, 235092,00 ABŞ dolları dəbbə pulu, bu müqavilə üzrə cəmi 856734,94 ABŞ dolları, 29.09.2015-ci il tarxlli ***************** N-li kredit müqaviləsinə əsasən 75929,89 ABŞ dolları əsas, 38.311,36 ABŞ dolları faiz, 28.245,92 ABŞ dolları dəbbə, bu müqavilə üzrə cəmi 142.487,17 ABŞ dolları, 19.10.2015-ci il tarixli *************** N-li kredit müqaviləsinə əsasən 81226,43 ABŞ dolları əsas, 40983,33 ABŞ dolları faiz, 17220,00 ABŞ dolları dəbbə, bu müqavilə üzrə cəmi 139429,76 ABŞ dolları; 26.11.2015-ci il tarixli **************** N- li kredit müqaviləsinə əsasən 23 405.07 ABŞ dolları əsas, 11809,10 ABŞ dolları faiz, 4364,20 ABŞ dolları dəbbə, bu müqavilə üzrə cəmi 39848.37 ABŞ dolları, 30.11.2015-ci il tarxlli *************** N-li kredit müqaviləsinə əsasən 35741,35 ABŞ dolları əsas, 18033,81 ABŞ dolları faiz, 13224,30 ABŞ dolları dəbbə, bu müqavilə iizrə cəmi 66999,46 ABŞ dolları; 09.12.2015-ci il tarxlli **************** JSTo-li kredit müqaviləsinə əsasən 89683,56 ABŞ dolları əsas, 45 250,36 ABŞ dolları faiz, 36949,63 ABŞ dolları dəbbə pulu, bu müqavilə üzrə cəmi 171883,55 ABŞ dolları borcun, manatla ödənilməli kredit müqavilələri üzrə ümumi 70500 manat əsas, 35123,38 manat faiz, 78451,10 manat dəbbə, cəmi 184074,48 manat borcun, ABŞ dolları ilə qaytarılmalı kredit müqavilələri üzrə ümumi 784460,44 ABŞ dolları əsa s, 381041,53 ABŞ dolları faiz borcu, 338065,02 ABŞ dolları dəbbə, cəmi 1521600,80 ABŞ dolları borcun, hüquqi yardıma görə 500 manat xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin ******* manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, *********************************** yerləşən Cavabdeh mülkiyyətindəki, 536 kvadrat metr ümumi, 243,7 kvadrat metr yaşayış, 292,3 kvadrat metr yardımçı sahədən ibarət, 8 otaqlı 2 nömrəli fərdi yaşayış evi və onun tərkibindəki cəmi 197,5 kvadrat metr tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğulara yönəldilməsi, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, ************************************** yerləşə n Cavabdeh mülkiyyətindəki, 536 kvadrat metr ümumi, 243.7 kvadrat metr yaşayış, 292,3 kvadrat metr yardımçı sahədən ibarət, 8 otaqlı 2 nömrəli fərdi yaşayış evindən orada yaşayan Cavabdeh fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra bir ay ərzində tərk etmədikdə məcburi çıxarılması və fərdi yaşayış evi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı BOKT ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsinin cavabdehin apellyasiya şikayətinin təmin edilən hissədə ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi həmin nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsinin apellyasiya şikayətinin təmin edilməyən hissədə ləğv edilməsini iddia tələbinin dəbbə pulununu tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, cavabdehin mənizldən çıxarılması və əmlakın boşaldıılması hissədə rədd edilməsi və faiz borcunun 24.10.2016-cı il tarixdədək müəyyən olunmasına dair qərar qəbul edilməsini xahi ş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi həmin nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında təmsil etdiyi şəxslə iddiaçı bank arasında məhkəmədən kənar razılıq əldə edildiyini, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətindən imtina etdiyini, şikayətdən imtinanın qəbul edilməsini, kassasiy a instansiyasında icraata xitam verilməsini və kassasiya şikayətindən imtinanın nəticələrinin onlara aydın olduğunu bildirdi. İddiaçı «İddiaçıbank» Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə kassasiya şikayətindən imtina barədə ərizə göndərilərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətindən imtina etdiyini, şikayətdən imtinanın qəbul edilməsini, kassasiya instansiyasında icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini və təqdim edilmiş ərizələri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-932/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı BOKT ASC və Cavabdeh ayrı-ayırılqda verdikləri kassasiya şikayətindən imtinaları qəbul edilməli, iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir. Belə ki, məhkəmənin ünvanına göndərilmiş ərizələrdən görünür ki, iddiaçı və cavabdeh mübahisəmni məhkəmədən kənar könüllü qaydada həll etdiklərini və bu səbəbdən də kassasiya şikayətlərində imtina etdiklərini bildirərək kassasiya şikayətlərindən imtinanın qəb ul olunmasını və kassasiya instansiyasında icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kollegiya hesab edir ki, kassasiya şikayətlərindən imtinanın məhkəmə kollegiyası tərəfindən qəbul edilməməsi üçün əsasla r yoxdur. Belə olan halda ərizələr təmin edilməklə kassasiya şikayətindən imtina qəbul olunmalı və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı BOKT ASC və Cavabdeh Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-932/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərindən imtinaları qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4955/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4955/2019
04.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver