Məhkəmə qərarları › İş №2(102)-4955/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4955/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4955/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5na qarşı «yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 tarixli X5 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətind ə olan ünvan 1 ünvanda yerləşən ev üzərində cavabdehlərlə birlikdə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin X5 tarixli, X5 saylı qətnaməsi ilə (hakim G.Şirinov) İddiaçı cavabdehlər Cavabdeh1 və X5na qarşı «yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsinə» dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi X1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, işə apelyasiya qaydasında baxılan zaman İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun ünvan 1 ünvanda yerləşən mənzilin 12,7 kv.m. sahəsi olan otağına əşyalarının yerləşdirilməsi, həmin otağın ona təhvil verilməsi, habelə cavabdehlərin həmin otaqdan çıxarılması barədə qətnamə çı xarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şəfiyev - sədrlik edən və məruzəçi, Ş.Rzaquliyev və A.Hüseynzadə) X5 tarixli X5 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin X5 tarixli, X5 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı məxsus əşyaların ünvan 1 ünvanda yerləşən mənzilin 12,7 kv.m. sahəsi olan otağına yerləşdirilməsi, cavabdehlər Cavabdeh1 və X5nın ünvan 1 ünvanda yerləşən mənzilin 12,7 kv.m. sahəsi olan otaqdan çıxarılmaları və həmin otağın boşaldılaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 tarixli X5 nömrəli qətnam əsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının özünə məxsus olan, lakin başqa şəxsin adına qeydiyyata alınmış yaşayış evi vardır. O, məhkəməni aldadaraq başqa yaşayış yerinin olmadığını və kirayələrdə qaldığını bildirmişdir. Məhkəmə qətnamə qəbul edərkən mübahisəli evin şəraitsiz olmasını, otaqların iç-içə olmasını, cavabdehlərin 3 uşaqlarının olmasına, mübahisəli evdə iddiaçının heç bir əşyası olmamasına heç bir qiymət verməmişdir. Ümumiyyətlə iş üzrə tam və hərtərəfli araşdırma aparılmayaraq qanunsuz və əsasız qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İşdə iştirak edən şəxslər işə baxılmas ının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qətnamədən yalnız cavabdeh X5 kassasiya şikayəti verdiyindən kassasiya şikayətinin dəlilləri əsasında qətnamə ona münasibətdə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki halları kimi müəy yən etmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlərdən X5 iddiaçının qardaşı, digər cavabdeh X5 isə iddiaçının qardaşı arvadıdır. Hazırda tərəflər mübahisəli mənzildə birlikdə yaşayırlar. Mübahisəli mənzil 12,7 kv.m. sahəsi olan yaşayış otağından və sahəsi 9 kv.m olan yardımçı sahədən ibarətdir. İddiaçı isə mülkiyyətçi kimi 12,7 kv.m. sahəsi olan yaşayış otağına köçmək istəyir. İddiaçı ünvan 1 ünvanda yerləşən ev üzərində cavabdehlərlə birlikdə istifadə qaydalarının müəyyən edilməsini xahiş etmiş və məqsədi evin yaşayış otaqlarından istifadənin müəyyən edilməsindən ibarət olmuşdur. Lakin birinci instansiya məhkəməsi iddiaçıya tələbinin predmetinin dəqiqləşməsi, pozulmuş hüququnun nədən ibarət olması və nə üçün məhkəməyə müraciət etməs ini aydınlaşdırmamış, nəticədə isə məhkəmə tədqiqatı faktiki olaraq qeyri-müəyyən tələbin dinlənilməsindən ibarət olmuşdur. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən iddiaçıya tələbinin qeyri-müəyyən olduğunu diqqətinə çatdırmışdır. Nəticədə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun ünvan 1 ünvanda yerləşən mənzilin 12,7 kv.m. sahəsi olan otağına əşyalarının yerləşdirilməsi, həmin otağın ona təhvil verilməsi, habelə cavabdehlərin həmin otaqdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hər bir halda mülkiyyətində olan əmlakından maneəsiz istifadə etməlidir, buna görə də, onun iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən hər hansı maddi və prossesual hüquq normasının pozulmasına yol verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən m əhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu hüquq normaları baxımından apellyasiya məhkəməsi düzgün olaraq vurğulamışdır ki, iddiaçı evin mülkiyyətçisidir. İstifadəçi ilə mülkiyyətçinin mənafeləri toqquşduğu halda məsələnin həllində hakim hüquqi mövqe ondan ibarətdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətb iq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və aza dlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensiasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Cavabdehin kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər mülkiyyətçinin öz əmlakından sərbəst surətdə istifadə hüququnun məhdudlaşdırılmasına əsas vermir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın cavabdeh X5ə münasibətdə təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 tarixli X5 nömrəli qətnaməsi iddianın cavabdeh X5ə münasibətdə təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar