Məhkəmə qərarları › İş №2(102)-4955/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4955/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4955/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4955/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyləri) Bakı şəhəri, 04 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X4 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və xxx qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-361/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə bağlanmış 05 fevral 2013-cü il tarixli, 006 saylı kredit kredit müqaviləsinə əsasən Cavabdeh1 18 aylıq güzəştlə 36 ay müddətinə, illik 6 faizlə 15000 manat kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi xxx məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,05 ha torp aq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.

3. İpoteka predmetinin qiyməti müqavilədə 24000 manat müəyyənləşdirilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 6.664,49 manat məbləğində əsas, 273,32 manat məbləğində faiz borcu, 1.513,45 manat məbləğində cərimə borcu, müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 1.167,40 manat faiz borcu, ümumilikdə 9.618,66 manat borcun, 30 manat dövlət rüsumunun, 31 manat DƏDRX rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh Quliyeva Güllü Məhəmməd qızına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, həmin əmlak satıldıqdan sonra və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir.

6. Borc məbləği 23 yanvar 2019-cu ilə hesablanıb.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 317, 319, 385.1, 442, 445.1, 448.1, 449.1, 460.1, 465.2, “İpoteka haqqında” Qanunun 41.2, 47.2, 47.5, 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir.

8. Cavabdeh1 iddiaya etiraz edib. Etirazın dəlilləri: - banka boru yoxdur. Krediti ödəsə də qəbzlər qalmayıb; - ipoteka predemti də yüklülükdən azad edilib; - borcunun ödənilməsi barədə portaldan arayış alıb.

9. Tərtər Rayon Məhkəməsinin 2(061)-10/2020 nömrəli, 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 6.664,49 manat məbləğində əsas borc, 273,32 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, kredit üzrə bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1.167,40 manat faiz borcu, ümumilikdə 8.155,21 (səkkiz min bir yüz əlli beş manat 21 qəpik) manat, 30 manat dövlət rüsumu kimi ödənilən məbləğ, bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh Quliyeva Güllü Məhəmməd qızına məxsus ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın hərracdan satışından əldə olunan vəsait hesabı na "xxxx" ASC-yə borcların ödənilməsi, əmlak satıldıqdan 1 ay ərzində Cavabdeh2 yaşayış evinə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. (hakim Elşad Bayramov)

10. Birinci instansiya məhkəməsi kredit və ipoteka müqavilələrinə, Mülki Məcəllənin 279, 295, 296.1, 385.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 34.1.1, 59.3 və 59.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, cərimə məbləği hissəsi istisna olmaqla, qalan iddia tələbləri əsaslıdır. Cərimə məbləği isə tənasübsüz olaraq yüksık hesablanıb. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh1 apelyasiya şikayəti verib, iş üzrə qiymətləndirmə ekspertizası təyin etməklə yeni qərar çxıarılmasını xahiş etmişdir.

12. A pellyasiya şikayətinin dəlilləri: - borc məbləği ilə razı deyildir. Çünki əsas borcu davamlı ödəmişdir. Lakin ABŞ dollarının bahalaşması və manatın devalvasiyası gəlirlərində azaltma yaratdığı üçün əsas ödənişlərdə ləngimə olmuşdur; - vəsatətlə iş üzrə əmtəəəşünaslıq ekspertizasının təyin olunması üçün məhkəməyə müraciət olunmuş və əmlakın indiki bazar qiymətinin müəyyən olunması xahiş edilmişdir. Lakin məhkəmə vəsatətə baxmamışdır.

13. Apellyasiya baxışında 01 oktyabr 2020-ci il tarixli qərardadla məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilərək, borcun və ipoteka predmetinin likvid dəyəri barədə ekspert qarşısında suallar qoyulub.

14. Məhkəmə Ekspertiza Mərkəzinin 09.12.2020-ci il tarixli, 9/4882 nömrəli ekspert rəyinə əsasən X2 22.02.2016-cı il tarixədək banka 6.702,7 5 manat məbləğində əsas, 268,11 manat məbləğində faiz borcu vardır. 15. "xxxx" MMC-nin 20.04.2021-ci il tarixli, 0740/21/GB nömrəli qiymətləndirmə hesabatına əsasən Quliyeva Güllü Məhəmməd qızına məxsus ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsi ilə birlikdə, həmin sahədə yerləşən 1 mərtəbəli, 2 otaqlı, 110,6 kv.m ümumi, 53,6 kv.m yaşayış, 57 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 26.000 manatdır.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-361/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli, 2(061)-10/2020 nömrəli qətnaməsi faiz borcu ilə bağlı hissədə dəyişdirilmiş, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 6.664,49 manat məbləğində əsas bo rc, 268,11 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1.167,40 manat faiz borcu, ümumilikdə 8.150 (səkkiz min bir yüz əlli manat) kredit borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat pulun alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, qətnamənin tutmanın ipoteka predmeti olan cavabdeh Quliyeva Güllü Məhəmməd qızına məxsus ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən əmlaka yönəldilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, tutmanın cavabdeh Quliyeva Güllü Məhəmməd qızına məxsus ünvan 1 ünvanında 0, 05 ha torpaq sahəsi ilə birlikdə, həmin sahədə yerləşən 1 mərtəbəli, 2 otaqlı, 110,6 kv.m ümumi, 53,6 kv.m yaşayış, 57 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin kimi likvid dəyəri 26.000 manat məbləğində müəyyən edilməsi, iş üzrə ekspertiza xərcinin cavabdehə aid edilməsi qət eilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Afiq Hüseynzadə)

17. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, cavabdeh X.Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini ondan borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində mübahisələndirildiyi üçün birinci instansiya məhkəməsini qətnaməsi həmin hissələrdə yoxlanır.

18. Apellyasiya instansiyası müəyyən etmişdir ki, "xxxx" ASC-nin Bərdə filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.02.2013-cü il tarixli, 006 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 18 ay güzəşt müddəti ilə, 36 ay müddətinə illik 6 fazilə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Bərdə filialı ilə Cavabdeh2 arasında 05.02.2013-cü il tarixli, 006i saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 0,0488 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndində ipotekanın predmeti 24.000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit borcunu müəyyən olunmuş ödəniş qrafikinə uyğun olaraq qaytarmaq b arədə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçı Banka borclu qalmışdır.

19. İddiaçı Bankın 23.01.2019-cu il tarixli maliyyə arayışında Cavabdeh1 həmin tarixə 6.694,49 manat əsas, 273,32 manat faiz, kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1.167,40 manat faiz borcu, 1.513,45 manat cərimə borcu olmaqla, cəmi 9.618,66 manat borcunun yaranması göstərilmiş, birinci instansiya məhkəməsi həmin maliyyə arayışına əsaslanmaqla, iddianın əsas, faiz borcunu və kredit müqaviləsi üzrə müddət bitdikdən sonra hesablanmış faiz borcunu həmin arayışdakı məbləğlərdə təmin etmişdir. Gecikdirilmiş günlər üçün iddiaçı Bank tərəfindən 1.513,45 manat məbləğində cərimə borcu hesablansa da, birinci instansiya məhkəməsi həmin məbləği azaldara q 50 manat məbləğində müəyyən etmişdir.

20. Apellyasiya məhkəməsi əsas borc məbləğinin iddia tələbi həddində, faiz borcunu isə mühasibatlıq ekspertizasının rəyinə əsasən 268,11 manat məbləğində müəyyən etmişdir.

21. Apellyasiya məhkəməsi kredit müqaviləsi üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1.167,40 manat faiz borcunun tutulması hissəsində iddia tələbini də əsaslı sayıb və qeyd edib ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

22. Apellyasiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərində onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdur. Həmin müqavilənin 6.1-ci bəndində müqavilənin tərəflərin imzaladığı andan hüquqi qüvvəyə minməsi və tərəflərin bu müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin tam icra edilməsinə qədər qüvvədə olması müəy yən edilmişdir. Tərəflər arasında 05.02.2013-cü il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmaqla, kredit müqaviləsi üzrə ödənişlərin son tarixi 22.02.2016-cı il müəyyən edilməsinə baxmayaraq, cavabdeh həmin müddət bitdikdən sonra da öhdəliyini icra etmədiyindən iddiaçı Bank cavabdehdən öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

23. Apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi borclunun maddi vəziyyətini, onun cərimə pulunu ödəmək iqtidarında olmamasını, yüksək dəbbə pulunun borclunun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi halları, həmçinin kreditorun əmlak mənafelərini nəzərə alaraq, əsas və faiz borcunun ödənilməsinin gecikdirildiyi günlər üçün iddiaç ı Bank tərəfindən 1.513,45 manat məbləğində hesablanmış cərimə borcunu haqlı olaraq, azaldaraq 50 manat məbləğində müəyyən etmişdir.

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsini qanunvericiliyin pozulması kimi qiymətləndirmiş və qiymətləndirmə rəyinə uyğun olaraq ipoteka predmetinin hərracda satış ilkin qiymətini likvid dəyəri ilə 26000 manat müəyyən etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyaisya baxışına qa ytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri: - borc məbləği ilə razı deyil; - əmlakın qiymətləndirilməsi üçün vəsatət versə də, vəsatətinə baxılmayıb; - ipoteka predmetinin satıldıqdan sonra boşaldılımasını tələb etməyə bankın subyektiv hüququ yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında iştirak edən cavabdeh xxx vəkili X6 kassassiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər, ocümlədən kassator və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3.1. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyi şiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamə borc məbləği, ipoteka predmetinin qiyməti və ipotekanın boşaldılması hissəsində mübahisələndirilir. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni qeyd edilən hissələrdə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

34. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

35. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması hesabın a ödənilməsi barədədir.

36. İşdən görünür ki, cavabdeh apellyasiya şikayətində borcun məbləğinin çox olmasını və ipoteka predmetinin ilkin satış qiymətinin qətnamədə göstərilməməsini bildirmiş, apellyasiya məhkəməsi həmin dəlilləri yoxlamaq üçün mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etmiş, faiz məbləğini və ipoteka predmetinin qiymətini də məhz həmin rəylərə əsasən müəyyən etmişdir.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, cavabdeh borc məbləği ilə razı olmadığını bildirsə də, onun bu dəlili apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə təkzib edilib. Əmlakın qiymətləndirilməsi üçün verdiyi vəsatətin təmin edilməməsi barədə dəlil də əsasızdır. Yuxarıda qeyd edildiyi kimi cavabdehin həmin vəsatəti təmin edilmiş və i poteka predmetinin qiyməti həmin rəylə də müəyyən edilmişdir.

38. İpoteka predmetinin satıldıqdan sonra boşaldılmasını tələb etməyə bankın subyektiv hüququnun olmaması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla bu dəlil işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümlədən apellyasiya şikayətində irəli sürülməyib. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü ma ddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdırş.

40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikay əti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-361/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar