Məhkəmə qərarları › İş №2(102)-4956/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4956/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4956/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, ipotekaya yönəltmə, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, apellyasiya baxışının hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Gənc ə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1702/2019 nömrəli iş üzrə 08 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 06.08.2014-cü il tarixli 167272/01 saylı kredit müqaviləsinə əsasən “X4 Azərbaycan” QSC tərəfindən Cavabdeh1 illik 19 faiz olmaqla 60 ay müddətinə 33000 manat məbləğində kredit verilmişdir. 06.08.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən 06 avqust 2014-cü il tarixli 167272/01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. “X4 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2014 -cü il tarixli 167272/01 saylı ipoteka müqaviləsinə əsasən 06.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu olaraq sonuncuya məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Ü.Gəncəvi küçəsi, ev 118 bank qarşısında yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat “X4 Azərbaycan” QSC Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26359.02 manat əsas borcu, 3761.81 manat faiz borcu, 759.36 manat cərimə borcu, 13.75 manat bildirişlərin göndərilməsinə görə çəkilmiş poçt xərcləri, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, 30 manat dövlət r üsumu, cəmi 30953.94 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, cavabdehlərdən borcun tutulması ilə eyni ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Ü.Gəncəvi küçəsində 0.0308 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.1 kv.m, yaşayış sahəsi 51.4 kv.m, yardımçı sahəsi 29.7 kv.m olan 3 otaqlı, 118 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat olmaqla açıq hərracda satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi cavabdehlərin digər əmlakları hesabına təmin edilməsi, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılması barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi 24.01.2017-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26359.02 manat əsas borcu, 4298.24 manat faiz borcu, 1041.70 manat cərimə borcu, 13.75 manat bildirişlərin göndərilməsinə görə çəkilmiş poçt xərcləri, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, 30 manat dövlət rüsumu, cəmi 31772.71 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Fuad Mirabov) 2(043)-533/2017 saylı iş üzrə 10 fevral 20 17-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26359.02 manat əsas borcu, 4298.24 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 30757.26 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13.75 manat bildirişlərin göndərilməsinə görə çəkilmiş poçt xərcləri, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi, qeyd edilən cəmi borcun ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Ü.Gəncəvi küçəsində 0.0308 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.1 kv.m, yaşayış sahəsi 51.4 kv.m, yardımçı sahəsi 29.7 kv.m olan 3 otaqlı, 118 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat olmaqla açıq hərracda satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin cavabdehlərin digər əmlakları hesabına təmin edilməsi, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit və zaminlik müqavilələri üzrə öz riskləri ilə müqavilələri bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. Cavabdeh1 və Cavabdeh2 müştərək qa ydada tərəflər arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 167272/01 №-li kredit müqaviləsi üzrə 26359,02 manat əsas borc, 4298,24 manat məbləğə hesablanmış faiz borcu, 100,0 manat hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 57,26 (otuz min yeddi yüz əlli yeddi manat 26 qəpik) manat kredit borcu alınaraq, iddiaçı X4 Azərbaycan» QSC-nin xeyrinə verilməlidir. İddiaçı tərəfındən hesablanmış dəbbə pulu (cərimə) cavabdehlərdən tələb edilən əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 100 (yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə həmçinin tutulacaq məbləği kreditin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsində olan 0,0308 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 51,4 kv.m yaşayış, 29,7 kv.m yardımçı, 81,1 kv.m ümumi sahədən ibarət olan 118 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğin banka olan borcunun ödənilməsinə sərf edilməsi nəticəsinə gəlmişdir. Tərəflər ipoteka müqaviləsinin 3.1-ci bəndinə görə ipoteka predmetinin (evin) dəyərinin 50.000 manat məbləğ təşkil etməsinə dair razılığa gəlmişlər. Ona görə də məhkəmə qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 739, 385.1, 386.1, 442, 443.1, 448.1, 449, 460.1, 462.1, 463.1, 465.2, 467, 472.1, 472.2, 472.3, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10, 34.1.1, 36.1, 36.2, 39.1, 39.3.3, 59.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)533/2017 saylı iş üzrə 10 fevral 2017-ci il tarixli qətnaməsinin ləğv edilib, cavabdehlərin iddiaçı ilə barışıqlarının təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə prosesləri cavabdehlərdən xəbərsiz keçirilmiş, onların məhkəmədə iştirakları təmin edilməmişdir. Bundan başqa bank tərəfindən hesablanmış borcla razı deyillər. Gəncə Apelyasiya Məhkəməsinin 14.06.2019-cu il tarixli qərardadı əsasında ekspertiza keçirilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olan 11.09.2019-cu il tarix li ekspert rəyinin nəticəsindən müəyyən edilmişdir ki, iş materiallarında olan arayış məlumatları, kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 23.01.2017-ci il tarixə «X4 Azərbaycan» QSC-yə əsas borc üzrə 27043.84 manat, faiz borcu üzrə 4145.86 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ədil Məmmədov - sədrlik edən və məruzəçi, Rəhman Muradov və Şəfiqə Əliyeva) 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)533/2017 saylı mülki iş üzrə 10 fevral 2017-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş 4298.24 manat faiz borcu hissəsində dəyişdirilərək, faiz borcu 4145.86 (dörd min bir yüz qırx beş) manat 86 qəpik məbləğində, cəmi borc isə 30604,88 (otuz min al tı yüz dörd) manat 88 qəpik məbləğində müəyyən edilməsi, qalan hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, ekspertiza xərclərinin Cavabdeh1 aid edilməsi qət edilmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı “X4 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 167272/01 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən tələb edilən kreditdən istifadəyə görə hesablanmış 4298.24 manat məbləğində faiz üzrə borc düzgün hesablanmamış, həmin borc 4145.86 manat məbləği təşkil etmişdir. Məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddianın təmin edilmiş 4298.24 manat faiz borcu və cəmi borcun məbləği hissəsində dəyişdirilməli, cavabdeh tərəfin banka olan faiz borcu 4145.86 manat məbləğində, cəmi borc isə (26359,02+4145,86+100)=30604,88 manat məbləğində müəyyən edilməlidir. Qalan hissələrdə qətnamənin ləğvi və yaxud dəyişdirnilməsi üçün əsaslar müəyyən edilmədiyindən, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Cavabdeh1 kassasiya şikayəti və müddətin bərpa edilməsinə dair ərizə verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1702/2019 nömrəli iş üzrə 08 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 19.02.2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vermə müddətinin bərpasından imtina edilmişdir. Bundan sonra, cavabdeh Cavabdeh2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(104)-1702/2019 nömrəli iş üzrə 08 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məhkəmə əmlakın ilkin satış qiymətini müəyyən edilməsində səhvə yol verib. Belə ki, məhkəmə 6 avqust 2014-cü il tarixdə tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə istinad edərək, ilkin satış qiymətini 50.000 manat olaraq müəyyənləşdirib. Halbuki, ilkin satış qiyməti müəyyən edilərkən, bir neçə amil, o cümlədən əmlakın hazırkı mövcud vəziyyəti, bazar qiymət və likvid qiyməti müəyyən edilməlidir. Əmlakın texniki göstəriciləri məhkəmə qətnaməsi ilə müəyyən edilmiş göstəricilərə nisbətən xeyli dərəcədə fərqlidir. Belə ki, qətnamədə girov predmetinin 0,0308 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81.1 kv.m, yaşayış sahəsi 51,4 kv.m, yardımçı sahəsi 29.7 kv.m olan 3 otaqlı ev olduğu göstərilir. Halbuki, hazırda onun texniki göstəriciləri aşağıdakı kimidir. “A” tikilisində 1-ci mərtəbədə sahəsi 14.0 kv.m, 9.4 kv.m, yaşayış otaqlarından, 24.9 kv.m keçid qaraj, 6.8 kv.m qarderob, 62.0 kv.m zal, 3.5 kv.m hamam, 4.4 kv.m dəhliz, habelə, sahəsi 28.0 kv.m, 14.6 kv.m, 28.0 kv.m yaşayış otaqları; 2-ci mərtəbə, 6,8 kv.m dəhliz, 16 kv.m dəhliz, 3.0 kv.m anbar, 5.1 kv.m hamam, 2.9 kv.m sanitar qovşaq, ümumilikdə 229,4 kv.m ümumi, mansard sahəsi isə 96,3 kv.m “B” tikilisində sahəsi 10.6 kv.m, yaşayış otağı, 8.5 kv.m mətbəx, 29,7 kv.m yaşayış otağı, ümumi sahəsi 48.8 kv.m. “C” tikilisində 21.4 kv.m mətbəx Göründüyü kimi, girov əmlak kifayət qədər fərqli parametrlərə malikdir. Kassasiya şikayətinə əlavə olunan, ev alqı-satqısı üzrə mütəxəssis X1 tərtib etdiyi qiymətləndirmə rəyindən görünür ki, həmin evin real bazar qiyməti 150.000 manatdır. (Bu sənədi məhkəməyə sübut qismində deyil, məhkəmədə real vəziyyətlə bağlı rəy yaratmaq üçün təqdim edilmişdir). Məhkəmə borcun əmlaka yönəldiyi halda, onun likvid dəyərini müəyyən etməyə borcludur. Aşağı instansiya məhkəmələrində cavabdehlər bu barədə yazılı vəsatətlə çıxış etməsələr də, məhkəmənin nəzərinə ilkin satış qiymətinin əmlakın nə bazar, nə də likvid dəyərinə uyğun olmadığını çatdırıblar. Belə olan halda, məhkəmə onun likvid dəyərinin müəyyən edilməsi üçün tədbirlər görməli idi. Bu tələb qanunvericilikdə də nəzərdə tutulub. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Madd ə 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamə Cavabdeh2 tərəfindən ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən məhkəmə aktı mübahisələndirilən hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayəti həddindən kənara çıxmaqla, mübahi sələndirilməyən hissələrdə də yoxlamış və qətnaməni Cavabdeh1 mübahisələndirdiyi borcun məbləği hissəsində dəyişdirməklə yanaşı qalan digər hissələrdə qətnaməni dəyişdirmədən saxlanılması nəticəsinə gəlmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iş üzrə Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində borcun vaxtında ödənilməməsinin iddiaçının təqsiri üzündən baş verdiyini, məhkəmə iclasları barədə məlumatlı olmadığı barədə dəlillərini irəli sürmüş, digər cavabdeh apellyasiya şikayəti verməmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə borc məbləğinə dair hissədə, ipotekaya yönəlmə, ipotekanın satış qiyməti və digər hissələrdə qətnamə mübahisələndirilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilməyən hissələrdə də yoxlamaqla və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya baxışının hədlərindən kənara çıxmış, MPM-in 372.6-cı maddəsinin tələblərini pozmuşdur. Bu hal isə son nəticədə qanunsuz olaraq digər cavabdehin iddianın təmin olunmuş digər hissələrində, o cümlədən ipotekanın satış qiyməti hissəsində birinci instansiya məhkəməsinin aktından şikayət vermək hüququndan məhrum olması ilə nəticələnmişdir. MPM-in 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının ap elyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadının 22-ci bəndində qeyd edilmişdir ki, apelyasiya baxışının obyekt və predmetini müəyyən edən MPM-in 372.6 və 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərki bi istinad edilən prosessual normalar və bununla bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından hesab etmişdir ki, mübahisə predmetinin bölünməz olduğu hallar istisna olmaqla, apelyasiya instansiyası məhkəməsinin yoxlaması şikayətin obyekti ilə, yəni qətnamənin mübahisələndirilən hissəsi ilə məhdudlaşsa da, məhkəmə həmin hissədə şikayətin predmetini təşkil edən maddi hüquq normasının pozuntusu ilə bağlı irəli sürülmüş dəlillərlə bağlı olmayıb, ondan kənara çıxma hüququna malik olmaqla mübahisələndirilən hissənin tam şəkildə təkrar hüquqi qiymətləndirilməsini keçirməlidir. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsinə gəldikdə isə məhkəmə bu halda qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozun tularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, qətnaməni bütövlükdə və şikayətin dəlillərindən kənara çıxmaqla yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPMin 382.2.1 - 387.2.7-ci maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin mübahisələndirilməyən hissəsində yoxlanılması tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə (ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsihissəsində) dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadının 56-cı bəndində qeyd edilmişdir ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının baxış hədlərindən kənara çıxmaqla yoxladığını müəyyən e tdiyi halda, işi həmin hissədə yeni apelyasiya baxışına göndərmədən sadəcə qətnamənin həmin hissədə ləğv edilməsi haqqında qərar qəbul etməli və şikayət vermiş tərəfə prosessual qanunvericiliyə uyğun olaraq apelyasiya şikayəti vermək hüququnu izah etməlidir. Bu səbəbdən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə (ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində) dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, Cavabdeh2 həmin hissədən prosessual qanunvericiliyə uyğun olaraq apelyasiya şikayəti vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 ka ssasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1702/2019 nömrəli iş üzrə 08 noyabr 2019-cu il tarixli qətnaməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə (ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində) dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. Cavabdeh2 həmin hissədən prosessual qanunvericiliyə uyğun olaraq apelyasiya şikayəti vermək hüququ izah edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar